Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Февраль » 26 » Məhəmməd Peyğəmbər (s) kəlamları...Sədəqə...
    0:21 AM
    Məhəmməd Peyğəmbər (s) kəlamları...Sədəqə...

    Ən yaxşı sədəqə odur ki, sağ əlin verdiyi sol əl bilməsin.


    Ən yaxşı sədəqə ― ürəkdən deyilən sözdür. Bu dərdli ürəklərə təskinlik verənədək ürək onu təkrar etsin.


    Sədəqə vermək sizin vəzifənizdir.


    Sədəqə Allahın buyurduğu kimi varlılardan alınıb yoxsullara verilməlidir.


    Allah yeddi nəfərə heç yerdən üzərinə kölgə salınmadığı bir gündə onları öz kölgəsində pənah verəcəkdir. Onlardan biri məhz o adam olacaq ki, verdiyi sədəqəni gizli saxlaya...


    Məhəmməd Həzrətləri (s) buyurdu: "Sədəqə vermək hər bir müsəlmanın borcudur".
    Peyğəmbərin (s) tərəfdarları dedilər:
    ― Əgər heç nəyi olmasa?
    Həzrət (s) buyurdu:
    ― Əgər o şəxsin heç nəyi olmasa, gərək əlinin zəhmətilə bir şey qazansın, mənfəət əldə etsin və həmin mənfəətdən yoxsullara və fağır-füqaraya pay versin.
    Dedilər:
    ― Əgər həmin adamın özünə və özgəsinə mənfəət yetirmək üçün əlindən heç bir iş gəlmirsə, onda necə?
    Allahın Rəsulu buyurdu:
    ― Elə olduqda, onda gərək ehtiyacı olanlara və məzlumlara kömək etsin.
    Soruşdular:
    ― Əgər məzmunlara kömək edə bilməsə, onda necə?
    Peyğəmbər (s) buyurdu:
    ― Elə olduqda, onda gərək başqalarını xeyir iş görməyə rəğbətləndirsin.
    Soruşdular:
    ― Əgər edə bilməsə?
    Peyğəmbər (s) buyurdu:
    ― Onda gərək başqalarına əziyyət verməkdən çəkinsin. Bu isə ehsan və sədəqələrin ən böyüyü olar.

    Peyğəmbərin əhli-beyti* bir keçinin başını kəsdikdə həzrət buyurdu:
    ― Heyvandan nə qalıb?
    Aişə dedi:
    ― Qabırğasından başqa nəyi vardısa, fağır-füqaraya və qonşulara paylamışıq.
    Rəsuli-əkrəm buyurdu:
    ― Qabırğa qalıbsa, deməli, keçi bütöv evdə qalıbdır...


    Mələklər soruşdular:
    ― Ey böyük Allah, Sənin yaratdıqlarının içində sıldırım qayalarından möhkəm bir şey varmı?
    Allah buyurdu:
    ― Dəmir qayalardan möhkəmdir, çünki onu qırır.
    Mələklər dedilər:
    ― Pərvərdigara, Sənin yaratdıqlarında dəmirdən qüvvətlisi varmı?
    Vahid Allah buyurdu:
    ― Bəli, Od dəmirdən güclüdür, çünki onu əridir.
    Mələklər dedilər:
    ― Ey böyük Allah, yaratdıqlarının arasında oddan da güclüsü varmı?
    Allah buyurdu:
    ― Bəli var. Su oda qalib gəlir, onu söndürür.
    Mələklər soruşdular:
    ― Sənin xilqətində sudan da qüvvətlisi varmı?
    Qadiri-mütləq buyurdu:
    ― Bəli. Yel suya qalib gəlir, onu coşdurur və hərəkət etməyə məcbur edir.
    Mələklər dedilər:
    ― Ey mehriban bağışlayan Allah, Sənin yaratdıqlarında yeldən də güclüsü varmı?
    Xudavənd buyurdu:
    ― Bəli, sədəqə verən Adəm övladı, yəni o adamlar ki, sağ əlilə bağışladıqlarını sol əllərindən gizlədirlər. Bax, bunlar hamıya qalib gələn ən güclülərdir.


    Malı az olan (yoxsul) və malını öz zəhmətilə qazananın imanı çərçivəsində özlərinə verdiyi sədəqə ehsanların ən böyüyüdür.


    Yoxsullara ehsan verməyin bir mükafatı (əvəzi) varsa, qohum-əqrabaya verilən ehsanın iki mükafatı var: biri ehsan üçün, digəri isə qohumlara yardım və sədəqə üçün.


    Sədəqə və ehsan birinci növbədə gərək ehtiyacı olan qohum-əqrabaya verilsin.

    Категория: Hədislər | Просмотров: 2486 | Добавил: Mermidonec | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер