Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 870
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня

    Права Муселманам

    Fitnə-fəsadın qara buludlar kimi dünyanı əhatə edib, öz atəş və azğınlığı ilə din və dünyamızı yandırıb bütün dini, mənəvi və əxlaqi dəyərləri təhdid etdiyi bu dövrdə Peyğəmbər (s) və mə`sum imamların (ə) müqəddəs və nurani kəlamlarından bəhrə almaqdan başqa çarəmiz yoxdur.
    Əhli beytin (s) əxlaqi və tərbiyəvi xəbərdarlığının bir qismətindən təşkil tapmış bu məqaləni ixtisarla aşağıdakı üç ünvan əsasında tərtib etdik ki, bu yolda bizə çıraq olsun:
    1. Kişi və qadınların bə`zi müştərək vəzifələri.
    2. Kişilərə məxsus olan bə`zi vəzifələr.
    3. Qadınlara məxsus olan vəzifələr.
    Kişi və qadınların bə`zi müştərək vəzifələri:
    Dəyərli gözlər:
                Allahın Rəsulu (s) buyurub: "Qiyamət günü 3 gözdən başqa bütün gözlər ağlayar:
    1. Allah qorxusundan yaş tökən gözlər.
    2. Allah yolunda oyaq qalan gözlər (yəni gecəni ibadətlə məşğul olmaq, quran oxumaq, dini müzakirələr etmək və ya gecəni səhərə qədər müsəlmanların keşiyinə dayanmaq, sərhədçilər kimi).
    3. Allah-Taalanın haram buyurduğu şeylərdən qapanan gözlər.(Səvabul əəmal və iqabul əəmal, səh.392)
    Şeytanın zəhərli oxları:
              İmam Baqir (ə) buyurub: "Naməhrəm qadına baxmaq şeytanın zəhərli oxlarındandır".(Vəsailuşşiə, 14/138)
    Qadınların özlərini kişilərə, kişilərin özlərini qadınlara oxşatmaqları barəsində xəbərdarlıq!
    Allahın Rəsulu (s) buyurub: "Özünü qadına oxşadan kişilərə və özünü kişiyə oxşadan qadınlara, Allah lənət etsin.(Nəhcül fəsahə,səh.474)
    Evlənmədə vasitə olmağın savabı!
                 İbni Əbbas rəvayət edir: "Allahın Rəsulu (s) vəfatından bir neçə gün qabaq oxuduğu xütbədə camaata elə bir nəsihət etdi ki, gözlər ağladı, ürəklər qorxdu, bədənlər titrədi".
              Biz həmin xütbədən bəzi cümlələri bu kiçik məqalənin münasib olan yerlərində pərakəndə şəkildə çatdırmışıq.
    Peyğəmbərimiz (s) o, xütbənin bir hissəsində belə buyurur:
    "Böyük Allah, möminə qadın və mömin kişinin evlənmə işində vəsitəçilik edən və onların şəriətyolu ilə bir-birinə qovuşmasından ötrü çalışan şəxsə dür və yaqutdan düzəldilmiş saraylarda min cənnət hurisi bağışlayar və bu yolda atdığı hər addım və dediyi hər söz üçün gecələri səhərə kimi namaz qılınmış və gündüzləri oruc tutulmuş bir ilin əməlinin savabını verər. (Səvabul əəmal və iqabul əəmal,səh.668)
    Ər və arvad arasını vurmağın cəzası!
                Həzrət Rəsul (s) buyurur:
    "Ər və arvadın arasında soyuqluq yaradan və onların bir-birinə olan məhəbbətini aradan götürən şəxs isə, həm dünyada, həm də axirətdə Allahın qəzəb və lənətinə düçar olar. Allah onun öz nəzər və lütfündən məhrum edər. (Səvabul əəmal və iqabul əəmal(tərcümə ilə),səh.669)
    Ər və arvadın ayrılığına səbəb olan şəxsin cəzası!
               Həzrət o xütbənin başqa bir hissəsində buyurur:
    "Ərlə arvadın ayrılığı üçün çalışan şəxs həm dünyada, həm axirətdə Allahın qəzəb və lənətini qazanar. Allahın haqqıdır ki, onu min dənə atəşli daşla daş-qalaq etsin.(Səvabul əəmal və iqabul əəmal(tərcümə ilə),səh.668)
            Naməhrəm qadını kişilər üçün tərif və təsvir etməyin əzabı!
    Həzrət buyurur: "Əgər bir şəxs qadınlardan birini kişilərdən biri üçün tə`rif edə, (və onun gözəlliyini elə cilvələndirə ki, o kişi o qadının vurğunu ola, nəticədə o qadınla haram iş görə) Allah-Taalanın qəzəbinə düçar olmayınca dünyadan getməz. Və Allahın qəzəbinə düçar olan şəxsə yeddi göy və yeddi yer də qəzəb edər. Onun günahı haram yolla o qadınla əlaqədə olan şəxsin günahı kimi olar".
    Soruşdular: Ey Allahın Rəsulu, o qadın və kişi tövbə edib özlərini islah etdikləri halda da, tərif edən şəxs üçün günah var?
    Buyurdu: Allah-Taala o harama düşən qadın və kişini bağışlayar. Amma vasitəçilik edib qadını tərifləyən, fitnəyə salıb bu macəraya səbəb olan şəxsin tövbəsini heç vaxt qəbul etməz. (Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.661)

    Kişi və qadını haram yolla bir-birinə qovuşdurmağın əzabı!
    Həzrət buyurur: "Hər eyb və nöqsandan pak və münəzzəh olan Allah, bir qadın və kişini haram yolla bir-birinə qovuşduran şəxsə cənnəti haram edər və onun yerini cəhənnəmdə qərar verəcəkdir. Bu onun üçün pis bir alın yazısıdır, (bu dünyada) və həmişə can verənə qədər Allahın qəzəbinə düçar olar. (Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.660)
    Camaatın evinə boylanmaq və baxmağın əzabı!
               Başqa bir hissəsində buyurmuşdur: Allahın haqqıdır ki, qonşunun evinə boylanıb sonra bir kişinin övrətinə (bədəndə utanılacaq və gizlədilən yerlər), ya bir qadının saçına və bədənindən bir yerinə baxsa, o şəxsi cəhənnəmə aparıb münafiqlərlə (dünyada camaatın eyiblərini axtarmaqla məşğul olan kəslər) həmdəm etsin. Onu rüsvay etməmiş bu dünyadan aparmaz və qiyamət günü onun övrətini (ya eyiblərini) camaat üçün aşkar edər..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.648)
    Naməhrəm şəxslə zarafat etməyin əzabı!
                O xütbədən nəql edirlər ki, həzrət belə buyurur: "Naməhrəm qadınla zarafat edən şəxs bu dünyada o qadınla danışdığı hər kəlməsindən ötrü qiyamətin günü min il həbsdə saxlanılar. Əgər o qadın öz ixtiyarı ilə özünü onun ixtiyarında qoysa, və kişi onu öz ağuşuna alıb öpə ya, onunla yaxınlıq edə ya, o qadının zarafatı nəticəsində kişi onunla yaxınlıq edə, kişi üçün təyin olunmuş günah və əzab qadın üçün də vardır. Amma, əgər qadın öz razılığı ilə özünü kişinin ixtiyarında qoymasa, və kişi zorla onunla yaxınlıq etsə, hər iki şəxsin günahı kişi üçündür və iki əzab görəcəkdir. (Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.652)
    Ərli qadınla (haram yolla) yaxınlıq edən şəxsin günahı:
                 O xütbənin başqa bir hissəsində buyurulur: "Ərli qadınla yaxınlıq edən şəxsin və ərli qadının övrətindən (utanılacaq və gizlədilən yerlər) qan və çirk axar və bütün cəhənnəm əhli onun üfunətindən əzab çəkərlər. O iki nəfərin əzabı hamının əzabından çətin olar". (Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.662)
    Öz həyat yoldaşına əziyyət verməyin əzabı!
                 O xütbədən nəql edirlər ki, Allah-Taala öz ərinə əziyyət verən qadının namazını və yaxşı işlərini, bütün günü oruc tutub, gecələri ibadət edib, qulları qulluqdan azad edib, Allah yolunda öz malından xərcləsə, belə qəbul etməz. O qadın cəhənnəmə daxil olan birinci şəxs olar, məgər ki, öz həyat yoldaşını razı salıb onu sevindirsin və ona kömək etsin.
    Sonra Allahın Rəsulu (s) buyurdu:- Öz həyat yoldaşına əziyyət verən və ona zülm edən kişi üçün də həmin günah və əzab olacaqdır..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.653)
    Günahsız bir şəxsə cinsi töhmətlər vurmağın əzabı!
                    O xütbənin başqa bir hissəsində buyurur:- Allah- təala pak və iffətli qadın və yaxud kişiyə töhmət və böhtan deyən şəxsin yaxşı əməllərini batil edər (bütün işlərini savabsız və nəticəsiz qoyar),qiyamət günü yetmiş min mələk qarşısından və arxasından ona taziyanə vurarlar.İlanlar və əqrəblər onun bədənini sancarlar.Sonra onun atəşə atılması əmr olunar.(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.656)
    Kişilərə məxsus olan bəzi vəzifələr.
               Kişilərin ən yaxşısı!
                 Allahın Rəsulu (s) buyurmuşdur:-Sizlərdən ən yaxşısı o şəxsdir ki,öz həyat yoldaşı və öz qızları ücün yaxşı (xoş rəftar) olsun.(Nəhcül fəsahə,səh.318)
    Öz ailəsinə xidmət edən şəxsin savabı!
                  Allahın Rəsulu(s) buyurmuşdur:- Öz həyat yoldaşına xidmət etmək böyük gunahların kəffarəsinə səbəb (onların bağışlanmasına ) səbəb olar, Allahın qəzəbini söndürər və hurul eyn mehriyyəsi olar.Yaxşı əməllərin çoxalmasına və dərəcəsinin artmasına səbəb olar.(Cameü ssəadəh,2-ci cild,səh142)
    Qadınların kişilərin boynunda olan bəzi vəzifələri:
                 Həvla adında bir xanım Allahın Rəsulundan (s) soruşdu: "Kişilərin boynunda qadınlar üçün hansı haqqlar var?
    Buyurdu:-Qardaşım Cəbrayilin arası kəsilmədən mənə qadınlar barəsində xəbərdarlıq etməsi o yerə çatardı ki, mən kişinin qadına uf (incidici kəlmə) deməsini belə caiz olmadığını güman etdim. O mənə xəbər verdi:-Ya Mühəmməd! Qadınlar barəsində Allahdan qorx (qadılarla bəd rəftarlıq etməkdən çəkin).Çünki,onlar yaşayış işlərində sizin köməkçiləriniz və Allah tərəfindən sizə əmanət verilmişlər.Sizin öhdənizdə həqqlər var ki, o həqqləri yerinə yetirmək sizə vacibdir.Onlarla mehribanlıq edin,sizinlə yaşamaqları üçün onları şad edin. Onlara ehtinasızlıq etməyin, onlara qəzəblənməyin.Onlara verdiyiniz şeylərdən icazəsiz olaraq onlardan almayın.(Mütədrəkül vəsail,təzə çap,14-cü cild,səh.252)
    Həyat yoldaşına sərtlik etməyin əzabı:
                    Allahın Rəsulu (s) buyurmuşdur: "Əgər bir şəxsin öz həyat yoldaşına qarşı sərtliyi o yerə çata ki, o qadın özünü xilas etmək üçün malından verməyə hazır ola (ya öz mehriyyəsini bağışlaya) Allah onun əzabında cəhənnəm odundan başqa bir şeyə razılıq verməz, çünki, Allah-təala yetimlər barəsində qəzəbləndiyi kimi qadınlar və (onların hüquqları barəsində) də elə qəzəblənər..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.658)
    Öz həyat yoldaşını vurmağın əzabı:
                Allahın Rəsulu (s) buyurmuşdur:
    "Mən qiyamət günü öz həyat yoldaşını nahaqq yerə vuran şəxsə düşmənəm. Öz həyat yoldaşlarınızı vurmayın! Öz həyat yoldaşını nahaqdan vuran şəxs Allahın və onun Rəsulunun əmrinə itaətsizlik etmiş olar". (İrşadul qulub (Deyləmi),səh.291)
    Yenə Allahın Rəsulu buyurmuşdur: "Allah-təala öz həyat yoldaşına sillə vuran şəxs üçün atəş xəzinədarına o şəxsə atəşdən olan yetmiş sillə vurmaq üçün əmr edər və sizlərdən hər kişi əlin müsəlman qadının saçına qoya (onun saçını çəkə və qopara) onun əlləri atəşli mıxlarla mıxlanar".(Müstədrəkül vəsail,14-cü cild,səh.250)
    Caiz olmayan işlərdə həyat yoldaşına itaət edən kişinin əzabı:
               Həzrət Əli (ə) buyurmuşdur: "Allah-təala öz həyat yoldaşına caiz olmayan işlərdə itaət edən kişini üzü üstə cəhənnəm oduna atar.
    Sual olundu: hansı itaət və hansı şeylərdə itaət etmək?
    Buyurdu: Qadının ümumi hamamlara (şəri qanunlara riayət olunmayan hamamlar), bəzəkxanalara, toylara və fatihə məclislərinə bədən göstərən (nazik) paltarlar geyib getdiyi halda kişi də onun bu işinə razı ola..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.505 və 506)
    İki arvad arasında ədalətsizliyin əzabı!
                Peyğəmbər buyurub:
    "İki daimi arvadı olan və onların arasında yaşayış xərci, evlənmə rabitələri və şəriətin qanunlarına əsasən öhdəsində olan məsuliyyət və öhdəçiliklər cəhətindən ədalətsizlik edən şəxs qiyamət günü boynunda zəncir bədəninin bir hissəsi iflic olan şəxs kimi zahir olacaq və nəhayət cəhənnəmə daxil olar..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.650)
    Naməhrəm şəxsə əl verib görüşməyin əzabı!
    Allahın Rəsulu (s) buyurmuşdur:"Naməhrəm qadına əl verib görüşmək Allahın qəzəbinə səbəb olar".(Biharul ənvar,104-cü cild,səh.4)
    Günahdan qorunmağın savabı və harama düçar olmağın əzabı:
                 Allahın Rəsulu (s) ibni Əbbasdan nəql olunmuş və ibarətlərindən bəzisi bu məqalənin əvvəlində qeyd olunmuş xütbənin başqa bir hissəsində buyurur:
    "Allah-təala bir qadına və ya kənizə haram yolla əl tapıb ( yəni onun ixtiyarında ola) Allahın qorxusundan haram bir işə düçar olmayan şəxsə cəhənnəm odunu haram edər və onu qiyamət gününün qorxusundan amanda saxlayaraq cənnətə daxil edər.Amma o qadın və ya kənizlə haram işə düçar olduğu halda cənnəti ona haram edib cəhənnəmə göndərər..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.651)
    Çirkin əməl olan zina və ləvatın əzabı!
                 Yenə həmən xütbədə buyurmuşdur:
    "Allah-taala qiyamət günü naməhrəm qadınla (arxadan) ya bir kişi və ya oğlan uşağı ilə yaxınlıq edən şəxsi ölmüş heyvanın leşinin qoxusundanda pis bir qoxu ilə zahir edər. Bütün camaat onun qoxusundan əzab çəkər və sonra isə cəhənnəmə daxil olar... (Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.646)
    Qadınlara məxsus olan bəzi vəzifələr.
    Evdə xidmət edən qadının savabı!
               Allahın Rəsulu buyurmuşdur:
    "Allah-təala öz ərinə yeddi günə kimi xidmət edən qadın üçün cəhənnəmdə yeddi qapı bağlayar və cənnətdə səkkiz qapı açar ki, hər hansı birindən istəsə,daxil olar".(İrşadul qulub(Deyləmi),1-ci cild,183)
    Nümunəvi qadınlar:
                Həzrəti Əli Əmirəlmöminin (ə) buyurmuşdur:-Sizin ən yaxşı qadınlarınız beş dəstədirlər:
    Soruşdular:- O beş dəstə hansılardır? Həzrət buyurdu: -Mehriyyəsi az olan, xoş xasiyyət olan, öz həyat yoldaşının qarşısında sözə qulaq asan,itaət edən, həyat yoldaşı ondan narazı olan halda onu razı salmamış, yatmayan qadın. Və həyat yoldaşı evdə olmadığı halda onun malını və namusunu qoruyan qadın.(Frui kafi, Darul əzva capı,5-ci cild,səh.326)
    Nazik (bədən əzalarını göstərən) paltar geyməkdən çəkinmək!
             Üsamə ibni Zeyd deyir: Ulu və əziz peyğəmbər (s) Dihyə Kəlbinin Misirdən o həzrət üçün gətirdiyi paltarı mənə hədiyyə etdi və mən onu həyat yoldaşıma geyindirdim.
    Bir gün həzrət buyurdu:-O paltarı niyə geyinmirsən? Mən dedim: -Onu öz həyat yoldaşıma geyindirdim.
    Buyurdu: -Onda ona o paltarın altından başqa paltar geyməsini əmr et. Çünki, onun bədəninin həcminin bu paltarla məlum olmasından qorxuram.(Əlhicabul əlbani,səh.60)
         İslam peyğəmbəri (s) buyurmuşdur:
              "Ümmətim axirəz-zamanda libas geyindikləri halda, çılpaq olacaqlar (yəni onların nazik libasları bədənlərini örtməyəcək və haram olan üzvlərini naməhrəmlərdən gizlətməyəcəkdir). Onların başlarının üstə dəvə hürgüclərinə bənzər bir şey olar. (Bəlkədə bu söz qadınların saçlarını başlarının yuxarı hissəsində cəm etmələrinə və bunun kimi müxtəlif saç bəzəmələrinə işarədir). Onlara lənət edin. Çünki, onlar Allahın rəhmətindən uzaqdırlar və cənnətə daxil olmazlar. Hətta çox uzaq məsafədən belə hiss olunan cənnət qoxusunu dərk etməzlər".
    Xanımları şalvar geyməyə sövq etmək!
                Həzrəti Rəsul (s) bir dəfə öz ətrafındakıların yanında üç dəfə buyurdu:
    "İlahi şalvar geyən qadınların günahlarını bağışla".
    (Əlbəttə burada söhbət şübhəsiz ki, uzun köynəklərin, mantoların və ya çadraların altından geyilən şalvardan gedir. Bizim zamanımızda dəbdə olan şalvar geyimlərindən deyil!)
                Sonra o həzrət buyurdu: "Ey camaat, şalvar geyinin! Çünki, libaslarınızdan bədən örtməklikdə ən yaxşısı odur. Evdən xaric olan zaman qadınlarınızı şalvar geyindirməklə hifz edin".
    Naməhrəm üçün bəzənməyin əzabı!
    Allahın Rəsulu (s) Hövla adında bir xanıma belə buyurdu:"Ey Hövla, öz bəzək və zinətlərini həyat yoldaşından başqaları üçün aşkar etmə. Qadının əl və ayaqlarındakı zinət əşyalarını öz həyat yoldaşından başqa bir kişi üçün aşkar etməsi dügün deyildir. Və əgər belə etsə, həmişə Allahın lənət və qəzəbinə düçar olacaqdır. Allah ona qəzəb və mələklər ona lənət edərlər. Allah onun üçün çətin və dəhşətli əzab hazırlayar".
    Axirəz-zaman qadınlarının nişanəsi və onların əzabı!
               Həzrət Əmirəlmöminin Əli (ə) buyurmuşdur: "Allahın Rəsulundan eşitdim ki, buyururdu: "Dövrlərin ən pisi olan axirəz-zamanda və qiyamət gününün yaxınlaşdığı dövrdə bu sifətdə qadınlar meydana gələcək:
    1. Geyindikləri halda çılpaqdırlar.
    2. Öz zinətlərini naməhrəm kişilərə göstərərlər.
    3. Dindən xaric və fitnəyə daxil olarlar.
    4. Şəhvətlərə meyl edərlər.
    5. Dünya ləzzətlərinə tərəf tələsərlər.
    6. Halalları haram edərlər.
    Onlar cəhənnəmə daxil olub həmişə orda qalacaqlar".
    Naməhrəmlər üçün ətirlənməyin əzabı:
    Allahın Rəsulu (s) buyurmuşdur:
                "Özünü xoş iyli şeylərlə ətirləyib evdən xaric olan hər qadına, Allahın mələkləri, o evə qayıdana qədər arası kəsilmədən lənət oxuyarlar".
    İmam Sadiq (ə) buyurmuşdur:
              "Özünü ərindən başqa kişilər üçün ətirləyən qadının namazı, özünü cənabətdən yumaq üçün qüsl edən şəxs kimi yumayınca, qəbul olunmaz".
    Ərindən icazəsiz evdən xaric olan qadınların əzabı:
    Allahın Rəsulu (s) buyurur:
               "Öz həyat yoldaşının icazəsi olmadan evdən xaric olan qadın evə qayıdana qədər və ya yoldaşı ondan razı olana qədər Allahın qəzəbinə düçar olar".
    Əri ilə yersiz olaraq razılaşmayan qadınların əzabı:
    Allahın Rəsulu (s) buyurmuşdur:
                     "Əgər qadın öz əri ilə xoş davranmazsa, ərinin gətirdiyi halal ruziyə qane olmayaraq, ona qarşı tələbkar olarsa, ərindən, onun gücü çatmayacağı şeyləri tələb edərsə, Allah-Taala o qadının heç bir yaxşı əməlini qəbul etməyəcəkdir. Bu sifətləri tərk edincəyə qədər Allahın qəzəbi ilə birlikdə olacaqdır".
    Yersiz olaraq ərinədn boşanmaq istəyən qadının əzabı:
    Allahın Rəsulu (s) buyurmuşdur:
                 "Cəhətsiz və üzürsüz olaraq öz ərindən boşanmaq tələb edən qadına cənnət qoxusu haramdır".
    Me`rac hədisi:
                  Qadınların günahlarına görə müxtəlif əzabları:
    Həzrət Əbdül Əzim Həsəni imam Məhəmmədtəqidən (ə) və o həzrət də hörmətli atalarının vasitəsi ilə nəql edir ki, həzrət Əli (ə) buyurub:
                "Bir gün mən və Fatimə (s) həzrət Rəsulun (s) xidmətinə getdik və o həzrəti çox ağlayan halda gördük.
    Soruşdum: "Atam və anam sənə fəda olsun, ağlamağına səbəb nədir?"
    Buyurdu: "Ey Əli, mən meraca aparıldığım zaman ümmətimin bir dəstə qadınlarını şiddətli əzabda gördüm. Onların halına təəccüb edib, əzablarının çətinliyindən ağladım:
                 Qadınlardan birini saçlarından asılmış və beyni qaynayan halda, birini dilindən asılmış və cəhənnəmin qaynar suyu boğazına tökülən halda, digərini döşlərindən asılmış halda, birini öz bədəninin ətini yeyən halda... başqasını gördüm ki, ayaqları əllərinə bağlanıb, ilanlar və əqrəblər onu əhatə edib,... atəşli tabutda beyni burnundan tökülən və bədəni xora və pisi (dəridə yaranan ağ ləkələr) xəstəliklərindən para-para olan kar, kor, lal qadın gördüm, başqa bir qadını atəşdən olan təndirdə ayaqlarından asılan gördüm, başqa birisini gördüm ki, bədəninin əti hər iki ağzı atəşdən olan qayçı ilə doğranır. Başqa birisinin əl-üzü yanırdı və o öz bağırsaqlarını yeyirdi. Başı donuz başı, bədəni isə ulaq bədəni olan qadına minlərlə əzab olunurdu..."
    Həzrət Fatimə (ə) ərz etdi: "Ey mənim həbibim və ey gözümün işığı!Mənə Allah-Taalanın bu əzabları onlar üçün qərar verməsinə səbəb olan işlərdən və əməllərdən xəbər ver".
             Həzrət Rəsul (s) buyurdu: !Əziz qızım! Saçlarından asılan və beyni qaynayan qadın, saçlarını naməhrəm kişilərdən qorumayan qadındır.
                 Dilindən asılan və cəhənnəmin qaynar suyu boğazına tökülən qadın öz dili ilə həyat yoldaşına əziyyət verən qadındır.
                 Döşlərindən asılan qadın evlənmə vəzifələrinin yerinə yetirilməsindən boyun qaçıran qadındır.
                    Öz bədənin ətini yeyən qadın isə özünü camaat üçün bəzəyən qadınlardandır.
              Ayaqları əllərinə bağlanmış, ilanlar və əqrəblərlə əhatə olunmuş qadın özünü yumayan, libaslarını paklamayan, heyz və cənabət qüslu etməyən, bədənini nəcis şeylərdən təmizləməyən və namazı yüngül sayan qadınlardandır.
                 Yanar tabutda beyni burnundan tökülən, bədəni xora və pisi xəstəliklərindən para-para olmuş kar, kor və lal qadın isə, zinadan övlad qazanıb və bu övladı öz həyat yoldaşının boynuna atan qadınlardandır.
    Atəşdən olan təndirdə ayaqlarından asılmış qadın evdən həyat yoldaşının icazəsi olmadan xaric olan qadınlardandır.
               Bədəninin əti qabaqdan və daldan atəşli qayçı ilə doğranan qadın isə, naməhrəm kişilərin ona rəğbət etməsi üçün özünü onlara nümayiş etdirən qadınlardandır.
                  Əl-üzü yanan və bağırsaqlarını yeyən qadın, bir-birinə naməhrəm olan qadın və kişini qeyri şəri yolla bir-birinə qovuşduran qadınlardandır.
                 Başı donuz və bədəni ulaq olan qadın söz gəzdirən və çox yalançı qadınlardandır..."
    Sonra həzrət Rəsul (s) buyurdu:
    "Vay olsun öz həyat yoldaşını qəzəbləndirən qadına və xoş öz həyat yoldaşının razılığını qazanan qadının halına".
     
     
     
    İSLAMIN BOŞANMAYA MƏNFİ MÜNASİBƏTİ
     

               Təbiidir ki, başqa müqavilələr kimi evlilik müqaviləsinin də pozulma imkanı vardır. Belə ki, bəzən həyat yoldaşlarının müştərək həyatında elə vəziyyət yaranır ki, onların bir yerdə yaşamasını çox çətin olur, və ya bu evliliyi davam etdirmək çox mürəkkəb olur. Ona görə də İslam təlağı - boşanmanı inkar etmir. Lakin bu bir istisnavi ve İlahi qəzəbə səbəb olan bir addımdır.
    Elə bu baxımdan İslam təlaqı pislənmişdir.
               Peyğəmbərimizdən (s) gələn hədisdə oxuyuruq: "Allah dərgahında İslam ailəsinin əsasını viran edən əməldən (təlaqdan) pis əməl yoxdur".
                  İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuruq: "Allah dərgahında təlaqdan mənfur əməl yoxdur".
    Peyğəmbər-Əkrəmdən(s) gələn başqa hədisdə deyilir: "Evlənin, ancaq təlaq verməyin ki, təlaq Allah ərşini titrədər".
    Çünki boşanma halları olan zaman ailələr üçün çox böyük problemlər yaranar, kişi və qadın üçün də, xüsusilə övladlar üçün də. Bu problemləri üç hissədə xülasə etmək olar:
                 1. Duyğu problemləri: illərlə bir yerdə yaşayan həyat yoldaşları bir-birindən ayrı düşürlər. Duyğular cəhətindən böyük bir zərbə alırlar. Növbəti evlilikdə keçmiş evliliyin xatirəsi daima onları nigaran edəcəkdir. Hətta sonrakı həyat yoldaşlarına bir növ sui-zənnlə baxmağa başlayacaqlar. Bu əməlin ziyanverici nəticələri heç kimə gizli deyildir. Belə ki, çox hallar müşahidə olunur ki, belə insanlar bir daha ailə qurmurlar.
              2. İctimai problemlər: qadınların bir çoxunun təlaqdan sonra yenidən ailə qurmaq üçün çox az şansları olur. Ona görə də ailə səadətindən məhrum olmaqla bir tərəfdən içtimai qınaq, digər tərəfdən prolemlərlə üz-üzə qalırlar. Hətta təlaq verən kişilərin daha yaxşı ailə qurmaq şansı az olur. Xüsusilə də əgər övladları vardırsa. Ona görə də çarəsiz elə qadınlarla evlənirlər ki, onların tələblərini qarşılamır, ancaq ömürlərinin axırına qədər dözməyə məcbur olurlar.
                  3. Övlad problemləri: bunların hamısından mühümdür. Çox az hallarda olur ki, ögey ana doğma ana kimi mehriban və mülayim olsun və ana sevgisindən məhrum olan bu körpələrə həmin sevgini verə bilsinlər. Bu məsələ ögey ataya da aiddir. Elə ona görə də təlaqdan ən çox əziyyət çəkən tərəf övladlar olurlar. Onların çox hissəsi ömürlərinin axırına qədər öz psixoloji tarazlıqlarını əldən verirlər. Və ən pisi isə odur ki, gələcəkdə onlar da ailələrini dağıtmağa qeyri-adi bir əməl kimi baxmırlar.
    Bu məsələ təkcə ailəni deyil, cəmiyyəti də silkələyir. Çünki ata və ana sevgisindən məhrum olan bu uşaqlar cəmiyyətə ziyan vuran xətərli canilərə çevrilirlər. Onlar öz intiqamlarını cəmiyyətdən alırlar.
    Ona görə də deyə bilərik ki, İslamın bu məsələyə xüsusi yanaşmasının səbəbi onun verdiyi mənfi nəticələrə görədir.
    Elə bu səbəbdən Quran dəfələrlə tövsiyə edir ki, əgər həyat yoldaşları arasında ixtilaf yaranarsa, hər iki tərəfin yaxınları çalışmalıdırlar ki, bunu aradan qaldırsınlar və məsələ təlaqa çatmasın. Ona görə də o şeylər ki, ailəni möhkəmləndirər və həyat yoldaşları bir-birinə olan bağlılığını gücləndirər - İslam onu bəyənir, ancaq o şeylər ki, bu evliliyi silkələyir, İslam ona nifrət edir. Uca Allahdan diləymiz budur ki, ailə səadətini hər bir insanın həyatının ayrılmaz hissəsi etsin! Amin!
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер