Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Февраль » 25 » MƏAD
    11:57 PM
    MƏAD

    MÜQƏDDİMƏ
    Ölüm haqqında çox danışılıb. Amma mehrab (mehrab-məsciddə namaz zamanı İmamın durduğu yer-red.) şəhidi, ilahi insan Ayətullah (Ayətullah-böyük din alimlərinə verilən ad-red.) Dəstğeybin 25 il əvvəlki söhbətləri qədər ürəyəyatımlısını xatırlamıram. Mərhum alimin Quran ayələrindən, hədislərindən, dini kitablardan o qədər əhatəli məlumatı var idi ki, tam bir mübarək Ramazan ayını axirət səfəri haqqında söhbət etdi, ölümü həyatın böyük qapısı, Haqqın rəhmətliyə görüşün başlanğıcı kimi tanıtdırdı. Xalqı bərzəx (bərzəx–dünyasını dəyişənlərin böyük Qiyamət gününədək müvəqqəti məkanları-red.) və onun nemətlərindən şövqə gətirdi, əzabından qorxutdu. Ayə və hədislər oxumaqla dinləyiciləri günahdan çəkindirib, xeyir işlərə sövq etdi.
    Ruhun şad olsun, ey əxlaq ustadı!
    Rəhbərin buyurduğu kimi, bir millət mürşidi idin ki, ömrün boyu xalqı bu sayaq həqiqətə doğru çağırıb, zəlalətdən uzaqlaşdırdın! Şəhadətinlə daha artıq rövnəq verdin. O əziz rəfiq (rəhbər) belə yazmışdı: "Ayətullah Dəstğeybin qanı onun bəyanından inqilab üçün daha uca, düşmən üçün daha acı oldu.”
    Dəfələrlə deyirdi, fəryad çəkirdi, yazırdı ki, ölüm yox olmaq deyil, əbədiliyin başlanğıcıdır.
    Şəhid ailələrinə təkrar-təkrar müjdə verirdi ki, Qurani-Kərim sizin əzizlərinizi diri adlandırmışdır ("Bəqərə” 154, "Ali-İmran” 169). həqiqi həyat və kamil idrak onlara məxsus olduğundan, biz onlara nisbətən ölüyük.
    Ruhun şad olsun ki, öz şəhadətinlə bu mənanı daha da işıqlandırdın! İki aydan artıq deyil ki, aramızdan gedib. Ondan o qədər kəramətlər görünüb və eşidilib ki, gedişi ilə hamını narahat edib. Təəssüf edirlər ki, axı niyə onu olduğu kimi tanımadıq, feyz dolu bağından şaxələr qoparmadıq!
    Bu kitabın mövzusu, eləcə də özünün dəfələrlə "şəhidlər ölmürlər”, "şəhidlər diridirlər” deməsi münasibətilə onun şəhadətinin yeddinci günü baş vermiş bir hadisəni (bu hadisədən Şirazın böyük əksəriyyəti xəbərdar oldu və bu xəbər Tehranda nəşr edildi) təkrarlamaq istəyirəm.
    Qəməri 1402-ci il İmam Hüseyn (əleyhissalam)-ın ərbəinin (qırxının) sübhü gündəlik məramnaməyə uyğun şəhid atamın mənzilinə getdim. Katibliyin məsul işçisi məni qarşıladı. Salam, hal-əhval tutandan sonra ilk cümləsi bir ələviyyə (Həzrət Əli (əleyhissalam) soyuna mənsub) qadının yuxusu barədə məlumat oldu: "Mənzili bizimlə qonşuluqda olan, hörmətli bir ələviyyə bir xanım deyir ki, dünən mərhum ağanı (Dəstğeybi) yuxuda gördüm. Buyurdu ki, bədənimin hissələrindən küçə divarının kərpicləri altında qalıb, mənə çatdırın.”
    Mən əvvəlcə bu məsələyə əhəmiyyət vermədim. Xeyli məlumatlar dinlədim. Adamların gəliş-gedişi iki saatadək çəkdi, adi gündəlik işlər davam edildi. Sonra fatihə (mərhumu yad etmə) məclisində iştirak etmək üçün bir dəstə adamla bayıra çıxdıq. Mərhum alimin şəhid olduğu yerə çatanda, həmin yuxunu xatırladım.
    Yoldaşlarımdan bəzilərinə əhvalatı danışdım ki, belə bir yuxu görüblər, deyilən yerə bir nəzər salsaq, yaxşı olar. Elə ilk nəzərdən də uçulmuş kərpiclərin arasında bədəndən qopmuş hissələr gördük.
    Rəfiqlərimizdən ikisi qabağa düşüb, şəhidin bədənindən qopmuş hissələri iki plastik torbaya yığdılar. Xüsusən, İmam Hüseyn (əleyhissalam)-ın ərbəini münasibətilə Şirazda tətil olduğundan, hadisə sür”ətlə bütün şəhərə yayıldı. Adət üzrə cümə axşamı "Came” məscidində, şəhidin ildönümü və "Kumeyl” duasına xeyli əhali toplandı. Hamı əhvalatı eşitdi. E”lan olundu ki, bu gecə saat onda şəhid Ayətullahın bədəninin qalan hissəsi dəfn ediləcək.
    Əzadarlıq məclisi gecənin yarısınadək çəkdi. Nəhayət, rəvayətə əsasən, ərbəin günündə İmam Hüseyn (əleyhissalam)-ın bədəninin qalan hissəsinin dəfni yad edildi və parça-parça olmuş əzalarla dolu iki plastik torba camaatın arasına gətirildi. Qəbri aşağı hissədən açıb qalan əzaları dəfn etdilər.
    Doğrudan da, təəccüblü, maraqlı hadisə idi. Unutmuşdum deyəm, elə həmin gün dağılmış yerin axtarışından bir saat sonra ruhani libaslı möhtərəm dostlardan biri xəbər verdi ki, iki nəfər başqa şəxs də dünən belə bir yuxu görüblər. Onlardan biri mərhum şəhidə yaxın adamlardandır. Hadisə ciddi şəkil aldığı üçün həmin ələviyyə xanıma xəbər göndərdim ki, gördüyü yuxunu, özünün və həyat yoldaşının adlarını, həmçinin ev ünvanlarını dəqiq yazıb təqdim etsin. Onlar da bu xahişi yerinə yetirdilər. Hazırda həmin yazı qarşımdadır. Əziz oxucuların icazəsi ilə tarix üçün, indiki və gələcək nəslin ibrəti üçün həmin yazıdan bir hissəsini burada nəql edirəm. Ələviyyə xanım belə yazmışdı:
    Yuxu:
    "Böyük bir bağda idim ki, Ayətullah Dəstğeyb irəlidə gedirdi, mən də onun arxasınca. Lakin onun olduğu hissə çəmənlik idi. Qəhvəyi əbası çiynində olan ağa mənə dedi: "Get, onlara de ki, ətimdən parçalar divarın layları altında qalıb.” Neçə dəfə təkrar etdi. Yuxudan ayılanda çox narahat oldum.”
    İndi özünüz mülahizə edin ki, bu sadiq (doğru, ilahi) yuxu və gerçək dastan nə qədər ibrətamizdir! Böyük bir kitabdan daha ibrətamiz! Alimin dediyi "ölüm yox olmaq deyil, yeni bir həyata qapıdır”; "Şəhidlər diridir və Allah yanında onlara ruzi verilmişdir” sözləri və ya bu dünya hadisələrindən, bərzəxdə ruhların xəbərdarlıqları, ruhun cəsədə baxması barədə deyilənlər hamısı həqiqətdir. Mərhum şəhid öz əməlləri ilə sübut etdi ki, bəli, bu belədir.
    Bu kitabın mətləblərinə ümumi bir nəzərdən sonra onun kiçik həcmindəki böyük dəyərlərə şahid oluruq. Müəllif axirət səfərini çox şirin bir dillə ölümdən başlayır, yaxşılar və pislər üçün ölümün qismlərini sadalayır.
    Canvermə (ehtizar) halını oxucu üçün elə canlandırır ki, sanki özü artıq can vermişdir.
    Sonra bərzəx aləminə varid olub, ayələr və hədislər əsasında bərzəx Behişti və onun nemətlərindən söhbət açır. Eləcə də, bərzəx Cəhənnəmi və onun əzablarını açıqlayır. Tarixi hadisələri, sadiq yuxuları dediklərinə sübut kimi şahid gətirir və aydın bəyanı ilə oxucunun diqqətini onun gələcək mənzilinə yönəldir.
    Sonra Qiyamətin başlanğıcından, ölümdən sonrakı həyatın–məadın ayə və hədislərlə dəlillərindən yığcam, sadə söhbət edir.
    Mö’təbər mənbələrə istinad etməklə Sirat (axirət körpüsü), Mizan (əməl tərəzisi), Behişt və Cəhənnəm, nemət və əzablar barədə nəzərini bildirir. Üstəlik, bu kitabda yüzlərlə maraqlı, oxumalı mətləblər oxucuya təqdim edilir.
    Ruhun şad olsun ey şəhid Ayətullah! On səkkiz yaşlı nəvən Seyyid Məhəmməd Təqi Dəstğeybin vəfalı yoldaşlarının ruhu şad olsun!
    Şiraz, Seyyid Məhəmməd Haşim Dəstğeyb



    BİRİNCİ FƏSİL
    ÖLÜM
    VƏHYDƏN BAŞQA YOL YOXDUR
    "Məad” «əvd» kökündən olub "qayıtmaq” mənasını verir. Çünki ruh ikinci dəfə bədənə qaytarılır. Məad müqəddəs İslam dininin əsaslarındandır. Buna inanmaq vacibdir ki, hər bir insan ölümdən sonra yenidən dirilir və əqidəsinin, əməllərinin əvəzini alır.
    Başlanğıcı ölüm və qəbir, sonrası Bərzəx, daha sonrası böyük Qiyamət, sonu Behişt və ya Cəhənnəm olan məad məsələsi əql yolu ilə sübuta yetsə də, zahiri hisslərlə dərk olunmaz. Ölümdən sonra nə olacağını insanın təkbaşına dərk etməsi qeyri-mümkündür. Bu məsələdə vəhydən (Allah buyruqlarından) başqa yol yoxdur, çünki insanın dərki onun yaşadığı aləmin, tutduğu məqamın hüdudlarını aşa bilmir. Məsələn, ana bətnində olan uşağın bətndən bayırdakı aləmin böyüklüyünü, necəliyini anlaması qeyri-mümkündür. Eləcə də qeyri-mümkündür ki, bu uşaq fəza və onda mövcud olanların sonsuzluğunu qavrasın. Həmçinin, maddi aləmdə olub, maddə və təbiətin əsiri olan bir kəs mələkut aləmini necə dərk edə bilər; necə bilər ki, mələkut aləmi maddi aləmin batinidir və bu dünyadan xilas olmaqla yeri həmin mələkut aləmi olacaq? Bir sözlə, dünya aləmində olan insan üçün ölümdən sonrakı aləmlərin xüsusiyyətləri gizlidir və o xüsusiyyətləri tanımaq üçün Yaradanın buyurduqlarını (vəhyləri) təsdiq etməkdən başqa bir yol yoxdur.
    MƏADIN XÜSUSİYYƏTLƏRİNİN ƏQLLƏ ƏLAQƏSİ YOXDUR
    Bu səbəbdən də əgər bir şəxs desə ki, ölümdən sonra filan cür olacaq, ağıla sığmır, o şəxsin sözləri ümumiyyətlə qəbul olunmamalıdır. Çünki ölümdən sonrakı hadisələrin xüsusiyyətlərinin ağılla heç bir əlaqəsi yoxdur və dünyanın bütün ağıllıları çiyin-çiyinə versələr belə, digər bir aləmdəki cərəyanların möhtəvasından xəbərsiz qalacaqlar. Bildiklərimiz yalnız Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun məsum övladlarının buyurduqlarıdır ki, biz də onu tamamilə təsdiq edirik. Çünki onlar məsum şəxslər, Yaradanın vəhylərinin nazil olma məhəllidirlər.
    ÖLÜ DƏ DANIŞARMI?
    Bəzi nadanların "ölü də danışarmı?” deməklə şübhə toxumu səpməsi tamamilə əsassızdır. Məsələn, onlar deyirlər: "İnsan öldüyü zaman onun bədəni quru budaq kimi adi cansız materiya hökmündədir, qəbirdə sual-cavab nədir?! Əgər ölünün ağzını bir şeylə doldurub, səhəri gün qəbrini qazıb ağzına baxsaq, görərik ki, ağzından bir zərrə belə çölə çıxmayıb.” (Bu şübhələrə tezliklə cavab veriləcək).
    NİTQ, DANIŞIQ DİLƏ MƏXSUS DEYİL
    Sadalanan şübhələr axirətdən, yaranış dəsgahından xəbərsizlik, qeybə imanın olmaması nəticəsindədir. Bu təəccüblər məlumatın, düşüncənin azlığına bir sübutdur. Bu cür düşünənlər güman edirlər ki, nitq yalnız dilə məxsusdur, ruhların isə nitqi yoxdur. Guya hərəkət təkcə cismə aiddir, ruhlar isə hərəkətdən məhrumdurlar. Halbuki, bu sözü deyənlərin özlərinin hər gecə yatdıqları, yuxuda olduqları zaman nitqləri, danışıqları var; dodaqları tərpənmədiyi halda danışırlar, yanlarında dayanmış adam isə onların səsini eşitmir. Eləcə də, bədənləri yataqda hərəkətsiz olduğu halda, yuxuda hərəkət edir, gəzirlər.
    YUXUNUN HİKMƏTİ PEYĞƏMBƏRLƏRİ TƏSDİQ ETMƏKDİR
    «İmam Kazim (əleyhissalam) buyurur: "Yaranışın ilk çağlarında bəşəriyyət üçün röya (yuxu görmə) yox idi. Sonradan bu xüsusiyyət Allah Tərəfindən verildi. Səbəbi də bu oldu ki, Allah bir peyğəmbəri onun öz dövründəki insanların dəvət və hidayəti üçün göndərdi. O peyğəmbər də xalqı Allaha itaət və bəndəçilik etməyə əmr etdi. Ona dedilər: "Əgər biz Allaha pərəstiş etsək, əvəzində nə alacağıq? Bir halda ki, sənin sərvətin bizdən azdır.” O peyğəmbər buyurdu: "Əgər Allaha itaət etsəniz, əvəzi Behişt, günah edib məni dinləməsəniz, yeriniz Cəhənnəm olacaqdır.” Dedilər: "Behişt və Cəhənnəm nədir?” Peyğəmbər hər ikisi barədə şərh verdi. Soruşdular ki, bəs nə vaxt onlara çatacağıq? Buyurdu ki, öldüyünüz zaman. Amma onlar "bizim ölülər çürüyüb torpaq olurlar və onlar üçün sənin vəsf etdiyin şeylərdən heç biri yoxdur”-deməklə, o peyğəmbəri inkar etdilər.
    Allah bu adamlar üçün əhlam (yuxu görmə) müəyyən etdi. Yuxuda gördülər ki, yeyirlər, içirlər, hərəkət edirlər, danışırlar, eşidirlər. Elə ki, yuxudan oyandılar, sadalananlardan bir əsər-əlamət görmədilər. Həmin peyğəmbərin yanına gəlib, yuxularını danışdılar. Peyğəmbər buyurdu: "Allah-Taala bu dəlillərlə sizə xəbərdarlığını sona yetirdi. Sizin ruhlarınız belədir. Öldüyünüz vaxt bədənləriniz torpaqda çürüsə də, ruhlarınız Qiyamət gününədək əzabda və ya naz-nemət içindədir.”
    QƏBUL ETMƏMƏK AZ TUTUMLUQDANDIR
    Ehtimalların çoxluğu əql üçün zəruridir. (İnsanın əqli onun verdiyi ehtimalların çoxluğu ilə tanınar.) Yəni, insan əqli nöqteyi-nəzərdən qeyri-mümkün olmayan bir mətləb eşitdikdə, ehtimal verməlidir ki, ola bilsin ki, doğrudur. Amma xəbər verən şəxs məsum (günahsız, pak) olarsa, gərək desin ki, mütləq doğrudur. Lakin insan cahil və ağlı az olarsa, deyəcək: "Bu nə sözdür?!” Qəbul etməmək tutumun kiçik, az olması dəlilidir ki, belə adam fövqəl-təbii (təbiətin fövqünü), maddiyyatdan xaricdəki şeyləri dərk etməkdə acizdir. øBelə insan iki ayaqlı heyvan kimidir və yalnız yemək, içmək, cinsi yaxınlığı dərk edir. Əlbəttə, əgər ulağa, öküzə də desələr ki, öləndə mələk gəlir, qəbirdə sual-cavab olur, qəbul edə bilməzlər. Çünki onların düşüncə hədləri qarın və fərcdən uzağı əhatə etmir. Beləcə, ali mətləblərin qəbulu böyük sərvət və ruhun ucalığıdır.π
    Məad məsələsinin geniş izahına ehtiyac yoxdur. Yalnız ilk mənzildən son mənzilədək olan hadisələrin izahını, Əhli-beyt (məsum İmamlar (əleyhimüssalam)-ın) hədislərində zikr edilənlərlə şərh etməklə kifayətlənirik.
    İLK MƏNZİL – ÖLÜM
    Ölümün həqiqəti-ruhun bədənlə əlaqəsinin qırılmasıdır. Ruhun bədənlə əlaqəsini çox şeyə oxşatmışlar. Bəziləri bu əlaqəni gəmi və gəminin sükançısının əlaqəsi ilə müqayisə etmişlər ki, ölüm gəmini gəmiçinin ixtiyarından çıxarır.
    Deyirik, "mənim ayağım”, "mənim əlim”, "mənim gözlərim.” Amma əsl "mən” ayaq deyil, əl deyil, göz deyil, qulaq deyil. (Yəni, insan ayağını, əlini itirməklə "mən”i itməz-red.) "Getdim” deyəndə, düzdür ki, sən gedirsən, amma ayağınla gedirsən. "Sən” ayaqdan qeyri bir şeysən. Gördüm, eşitdim, dedim, hər biri vahid şəxsə qayıdır. Bu şəxs şərif ruhdur ki, həmin üzvlərlə zühur edir. Görən, eşidən ruhdur. Amma görəsən qulaq və gözdən eşidib görürmü? Deməli görən ruhdur. Göz, qulaq isə yalnız ruhun görüb, eşitməsi üçün çatlardır. Deməli, göz yalnız ruhun görmə alətidir, ruh isə görəndir. Ruh cismin, bədənin zülmətini işıqlandıran çıraq kimidir və göz, qulaq və digər hiss üzvlərinin məcrasından işıqlıq verir.
    Ölüm, yəni bu çırağın yerini dəyişmək. Məsələn, fərz edin bir neçə deşiyi olan daxmaya çıraq daxil edirik. Görəcəyik ki, həmin dəliklərdən işıq verir. Elə ki, çırağı daxmadan çıxartdıq, zülmətə bürünür. Ölüm, yəni bədəndən həmin çırağın (ruhun) çıxarılması.
    RUHUN BƏDƏNLƏ ƏLAQƏSİ DAXİL VƏ YA XARİC OLMAQLA DEYİL
    Bilməliyik ki, ruhun bədənlə əlaqəsi ona daxil olmaq cəhətindən deyildir. Çünki ruh mücərrəd bir şeydir, cisim deyildir. Onun daxil olub, xaric olması kimi bir şey yoxdur. Bu əlaqə yalnız bədənə tam nəzarətdən ibarətdir. Ölüm yəni həmin əlaqənin bədəndən qırılması.
    İnanmağımız vacibdir ki, ölüm Allahın izni, icazəsiylədir. Yalnız ana bətnindən son günədək ruhu bədənlə əlaqələndirən Kəs bu əlaqəni qıra bilər. Dirildən də Odur, öldürən də. Bu həqiqət, Qurani-Kərimdə çox zikr olunmuşdur. Bəzi nadanlar isə Əzraili (ölüm mələyini) xoşlamır, onu düşmən tuturlar. Amma bilmirlər ki, o, özbaşına iş görmür, yalnız Allahın əmrlərini icra edir.
    RUHUN AYRILMASI KEYFİYYƏTİ
    Ruhun çıxarılmasının necəliyi "Me”rac" hədislərinə əsasalanır ki, xülasəsi belədir: Həzrət Əzrailin qarşısında bütün bəşəriyyətin adı qeyd olunmuş bir lövhə mövcuddur. Ömrü sona yetmiş, əcəli çatmış insanın adı bu lövhədən silinir və Əzrail dərhal onun ruhunu çıxarır. Mümkündür (eyni bir anda) minlərlə adamın adı silinsin və Əzrail də eyni bir anda onların ruhunu çıxarsın. Təəccüblü bir şey yoxdur, axı bir külək də minlərlə çırağı bir dəfəyə söndürə bilir. Hamı öz Rəbbinə tərəf qayıdır. Ruhları Əzrail ayırır, amma həqiqətdə Allah öldürür. Çünki bu iş Allah-Tərəfindəndir.
    ÖLDÜRƏN ALLAHDIR, ƏZRAİLDİR, YOXSA MƏLƏKLƏR?
    Buna görə də Qurani-Məcid ruhun çıxarılmasının bir yerdə Allaha (39-cu surə, 41-ci ayə), digər yerdə Əzrailə (32-ci surə, 11-ci ayə), daha başqa yerdə isə Əzrailə bağlı mələklərə (41-ci surə, 26-cı ayə) aid edir. Hər üçü həqiqətdir. Çünki Əzrail və ona bağlı mələklər Allah-Taalanın əmri ilə canları alırlar. Məsələn, əgər bir sultan öz sərkərdələri və qoşunu vasitəsilə bir ölkəni fəth edirsə "filan ölkəni sultanın qoşunu fəth etdi” və ya "filan sərkərdə fəth etdi” deməyin heç bir eybi yoxdur və həqiqətdə qoşunun hökmranlığını və rəhbərliyini öhdəsinə alan sultan fəth etmişdir. Əlbəttə, bu misallar məsələnin dərk olunması üçündür, yoxsa əsil mətləbimiz bundan çox-çox ucadır.
    RƏBBİMİZ ÖLÜM ÜÇÜN VASİTƏLƏR YARADIB
    Bir sözlə, ölüm məqamı Allah-Taala ruhu, canı alır. Amma diqqət etməliyik ki, Allah dünyanı səbəblər evi kimi yaratmışdır, o cümlədən ölüm üçün də vasitələr müəyyən etmişdir. Məsələn, damdan yıxılmaq, xəstələnmək, öldürülmək və sair. Əlbəttə bütün bunlar səbəbdir. Axı ölənlərdən də ağır xəstəliyə tutulanlar vardır ki, yaşayırlar. Deməli, bu (xəstəlik), təklikdə ölümə səbəb olmur. Bəli, yalnız ömür sona yetdikdə Allah onun ruhunu çıxarır. Necə ki, bəzən tam sağlam adamların qəfil ölümünə şahid oluruq.
    CAN VERƏNLƏR ÜÇÜN ÖLÜM MƏLƏYİNİN SURƏTİ
    Növbəti söhbətimiz ölüm mələyinə aiddir. Ruhu çıxarmaq üçün gələn bu mələk can verənlərə müxtəlif şəkillərdə görünür. Rəvayətə görə Həzrəti İbrahim (əleyhissalam)-a kafir şəxsin canını alan vaxtda Əzrailin surətini görməyi arzuladı. Bildirildi ki, buna taqətin çatmaz. Amma İbrahim (əleyhissalam) görmək istədiyini təkid etdi. Əzrail özünü deyilən surətdə İbrahim (əleyhissalam)-a göstərdi; rənki qara, bədəninin tükləri biz-biz durmuş, pis qoxulu, qara libaslı, ağız və burnundan od qığılcımları püskürən bir kişi! İbrahim qəşş etdi... Özünə gəldiyi zaman buyurdu: "Əgər kafir şəxsə heç bir əzab verilməzsə, səni görmək əzabı ona bəsdir.”
    ÖLÜM ANINDA MƏLAİKƏ VƏ ŞEYTANLARIN İŞTİRAKI
    Can verən insanı son anda da sapdırmaq, azdırmaq qəsdiylə şeytanlar ona sol tərəfdən yaxınlaşır. Məlaikələr isə sağ tərəfdə hazır olurlar. Şeytanların işi həmişə adamları aldatmaqdır, xüsusilə can verən vaxtda, hətta imanlı adamların da imanlarını oğurlamaq üçün çalışırlar. Çünki səadət və bədbəxtliyin mizanı işin son nəticəsidir. İnsan yaşadığı tərzdə ölər və öldüyü təzrdə də dirilər. Hansı arzularla ömür sürmüsənsə, o arzularla da ölərsən. Əgər arzun Əli (əleyhissalam)-ın cəmalını görməkdirsə, munisin onun cəmalı olar. Yox əgər, arzun həva-həvas (şəhvət, tamah və s.) olmuşdursa, o son anda da üzə çıxar.
    Lakin, Rəbbimiz imanlı şəxsləri qoruyacağını Vəd etmişdir. Şeytan belə insanlara yol tapmaz (14-cü surə, 32-ci ayə). Əbu Zəkəriyya Raziyə ölüm anında söylədilər: "De, "la ilahə illəllah” (Bir Allahdan savayı heç bir məbud yoxdur). Dedi: "Söyləmirəm.” Qəşş halına düşdü. Huşu başına gələndə dedi: "Gözlərimin qarşısına bir şəxs gəlib deyirdi ki, əgər xoşbəxt olmaq istəyirsənsə, de İsa Allahın oğludur. Cavab verdim ki, demərəm. Sonra çox israr edib "la ilahə illəlah” söylə, dedi. Cavab verdim ki, sən istədiyin üçün demərəm. Bir silahlı gəlib onu kənarlaşdırdı. İndi isə həqq kəlmələrini deyirəm.” Şəhadət kəlmələrini dilinə gətirib, dünyadan köçdü. Axı bir ömür sədaqətlə vahid Allaha pərəstiş etmiş insana can verən halda şeytan necə qalib gələ bilər?! Yox əgər ömrü şeytanla yaxınlıqla ötmüşsə, həmin saatda da munisi şeytandır.
    CAN VERMƏNİN ASANLIĞI VƏ ÇƏTİNLİYİ
    Hədis və rəvayətlərdə ruhun, canın çıxarılmasının çətinliyi, ağırlığı açıqlanmışdır. Bəzi hədislərdə bu halı diri şəxsin dərisinin soyulmasına oxşatmışlar. Başqa bir yerdə isə belədir: "Əgər dəyirman daşı Qala qapısı mıxı ilə gözə otursa və hərəkətə gəlsə, o hal canvermədən (səkərat) daha asandır. Bir qisim rəvayətlərdə isə ruhun çıxarılmasının çətinliyi bədənin tikə-tikə qayçılanmasına, mişarlanmasına bənzədilib. Hətta bəzilərinin can verməsi son dərəcə narahatlıqla olur ki, deyiləsi mümkün deyil. Bəziləri üçün isə ölmək ən ətirli çiçəyi qoxulamaq kimidir. (16-cı surə, 32-ci ayə)
    Rəvayətlərdə bu sayaq oxşatmalar da vardır: Çirkli paltarın yenisi ilə əvəz olunması, bədənin buxov və qandallardan azad olması. Yəni, ölüm təbiət aləmi zindanından bir növ xilas olmaqdır.
    ÇƏTİN CAN VERMƏ MÖMİNİN GÜNAHLARININ ƏVƏZİDİR (KƏFFARƏSİDİR)
    Ümumiyyətlə bu iki növ canvermənin heç birinin küliyyəti yoxdur. "Bütün imanlı adamlar (möminlər) asan can verir”, deyilməsi doğru deyildir. Çoxlu möminlər var ki, günahlarının bəzisi çətin can verməklə silinir. Bu hal Allah-Taalanın möminlərə göstərdiyi lütfün sayəsindədir. Mömin dünyadan pak getməli olduğuna görə, onu islah edirlər. Ağır canvermə möminlər üçün islah, kafirlər üçünsə əzabın müqəddiməsidir. (47-ci surə, 27-ci ayə)

    KAFİRİN ASAN CANVERMƏSİ ETDİYİ YAXŞILIQLARA GÖRƏDİR
    Bəzən də belə olur ki, kafir və günahkar şəxs asan can verir. Bu şəxs əzab (Cəhənnəm) əhlidir. Amma ömründə qismən də olsa, yaxşı işlər görmüşdür. Belə şəxs asan can verir ki, onun hesabı elə oradaca təmizləsin. Məsələn, kafir adam sədəqə vermiş, bir məzluma yardım etmişsə, bu yaxşılıqlar müqabilində asan can verir ki, artıq axirətdə heç bir tələbi olmasın. Eləcə də mömin şəxs günahdan pak olmaq üçün çətin can verir. Əslində isə istər asan, istərsə çətin, kafir üçün canvermə halı bədbəxtliyinin başlanğıcıdır. Həmçinin mömin üçün canvermə səadətdir, istər asan, istərsə də çətin. Buna əsasən kafir və möminə, əməlisaleh və bədəmələ nisbətən asan, yaxud çətin canvermə külli bir qanun deyildir.
    KAFİR RUHLARININ İŞGƏNCƏ İLƏ ÇIXARILMASI
    "Biharül-ənvar” kitabının 3-cü cildində şərif bir hədisdə buyurulur: "Bir gün Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alihi və səlləm) əziz əmioğlusu Əliyyibni Əbi Talib (əleyhissalam)-ı görməyə getdi. İmamın o qədər şiddətli göz ağrısı var idi ki, nalə çəkirdi. Allahın Rəsulu dağca səbri olan Əli (əleyhissalam)-a elə qorxunc, vəhşətli bir xəbər verdi ki, İmam göz ağrısını unutdu.
    Buyurdu: "Ya Əli! Cəbrail xəbər verdi ki, kafirlərin ruhu alınarkən bir neçə əzab məlaikəsi gələr və taziyanələrlə, qızmış şişlərlə canını çıxararlar.” Əmirəl-möminin ərz etdi: "Ya Rəsuləllah! Sizin də ümmətinizdən belə can verənlər olacaqmı”? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Bəli, müsəlmanlardan üç tayfa bu sayaq can verərlər: zalım hakimlər, yetim malını yeyənlər və nahaq yerə şahidlik verənlər (yəni, həqiqətin ziddinə şahidlik edənlər).”
    Ümumiyyətlə, olacaqlar özümüzdəndir. Hər kəs etdiklərini görər. Asan və çətin can vermək, əməllərimizin nəticəsidir. Pənah Allaha, bəzən mümkündür pis əməllərə görə insan dünyadan imansız getsin (30-cu surə, 10-cu ayə).
    FÜZEYLİN ŞAKİRDİ İMANSIZ ÖLÜR
    Məşhur Füzeyl haqqında yazırlar: "Ən bilikli şakirdi xəstələnib ölüm həddinə yaxınlaşdı. Füzeyl və bir dəstə adam onun görüşünə getdilər. Füzeyl "Yasin” surəsini oxumağa başladı. Bədbəxt tələbə öz ustadının əlinə vurub dedi: "Quran oxumağını istəmirəm!” Bədbəxtliyə bax ki, bir ömür məscidə, mədrəsəyə, ibadət məclislərinə gedəsən, Quran əhli olasan, indi isə "istəmirəm Quran oxunsun” deyəsən. Bəli, bu şəxs şəhadət kəlmələrini də demədən həmin məclisdə öldü.
    Füzeyl bu əhvalatdan çox kədərləndi. Bir guşəyə çəkilib, evdən bayıra çıxmadı. Nəhayət, həmin şakirdi yuxuda gördü. Ondan pis aqibətinin səbəbini soruşdu. Cavab verdi: "Məndə üç xasiyyət olduğundan dünyadan imansız getdim. Əvvəlincisi həsəd idi ki, kimsəni özümdən yüksək görə bilmirdim.”
    Bəli, od çubuğu yandırıb yox etdiyi kimi, həsəd də imanı puç edər.
    GÜNAHLAR SƏBƏBİNDƏN İMANSIZ ÖLMƏK
    İkinci xasiyyət xəbərçilik, sözgəzdirmək olmuşdur. Yəni, camaatın arasını vurmaq, ərlə-arvadın arasına girib ayrılıq salmaq kimi. Əgər bir kəs digərinin arxasınca danışdısa, məbada o adama bu sözləri xəbər verib deyəsən ki, filakəs belə dedi! Əksinə, əgər iki nəfərin arası yaxşı olmasa de ki, filankəs sənin yaxşılığından danışırdı. Belə yerdə yalan danışmağın heç də eybi yoxdur. Çünki iki nəfərin arasını düzəldirsən; əksinə, xəbərçilik isə çox böyük günahdır. Ona görə ki, kini, nifaqı artırır. Üstəlik xəbərçi xəbər apardığı adamın rahat xəyalını aradan götürər. Qəlbini çirkləyər və qətldən də pis olan fitnə yaradar.
    Üçüncü xasiyyət isə onun şərab içməsi olmuşdu.
    Bəli, bu üç böyük günah alim, fazil, müdərris bir şəxsin dünyadan imansız getməsinə bais oldu.
    ÖLÜMÜ SEVMƏK
    Bilməliyik ki, Allahla görüşə (liqaullaha) məhəbbət mühüm məsələdir. Yəni, möminin ölümdən acığı gəlməməlidir, ondan qorxmamalıdır. Elə də yox ki, ölüm arzulaya və ya (Allaha pənah) özünü öldürə. Çünki bu dünyada qaldıqca insan günahlardan tövbə edə bilər, paklanar, xeyir işlərini artıra bilər. Amma Allah onun ölümünü istədikdə gərək ölümü nemət hesab etsin. Çünki itaət əhlidirsə, tezliklə savab evinə çatar. Savab, xeyir işlərinin bəhrəsini görər. Yox əgər günahkardırsa ölüm vasitəsilə günahkarlığı dayanar və layiq olduğu cəza az olar. Xülasə, aqil şəxs ölümü, Allahın istədiyi vaxtda dost tutmalıdır. Çünki bütün səadətlərə çatmağın yeganə vasitəsi ölümdür. Qürur evindən xilas olub səadət, sevinc evinə yetmək, Həzrət Yaradanın nemətlər büsatına daxil olmaq, həqiqi dostların, yəni Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak ailəsi (əleyhimüssalam) ilə, şərif ruhlarla görüş yalnız ölüm sayəsində mümkündür. Eləcə də, Allahın istədiyi həddə uzun ömür və əcəlin təxirə düşməsini istəmək lazımdır ki, mübarək və uzun axirət səfəri üçün lazımi hazırlıq görülsün.
    DÜNYAYA BAĞLILIQ ƏQLƏN VƏ ŞƏRƏN MƏZƏMMƏT OLUNMUŞ, PİSLƏNMİŞDİR
    Əksər adamlarda olduğu kimi dünya ləzzətlərinə görə ölümə ikrahla yanaşıb, dünyada qalmaq istəyi əqlən və şər”ən (şəriət nöqteyi-nəzərindən) pislənmişdir.
    Əvvəla, əqlən bu dünyada mütləq xoşbəxtlik yoxdur. "Ağıza yüz sillə vurmamış ona bir tikə qoymazlar.” Axı o hansı ləzzətdir ki, əvvəlində, axırında yüzlərlə narahatçılıq olmasın?! Əgər bu xoşbəxtlik cavanlıqdırsa, axırı mütləq qocalıq və zəifliklə sona yetər; yox əgər dünya səadətinin əsası olan sağlamlığı ləzzət bilsək, onda bu da hər an cürbəcür xəstəliklərlə hədələnir; ləzzətlərə çatmaq üçün vasitə olan var-dövlətdirsə, o da əziyyətlə ələ gəlir və min bir çətinliklə əldə saxlanılır; və əgər vəzifə, mənsəbdirsə, onun da yollarında çox bəlalar, çətinliklər vardır. Nəhayətdə isə bütün sadalanmış "ləzzətlər” puç olub, əldən çıxma ərəfəsindədir.Dünyaya vermə könül, bu vəfasız gözəlçə,
    Kimsənin məhəbbətin yaşatmamış bir gecə.

    DÜNYAYA MƏHƏBBƏT KAFİRLƏRİN XASİYYƏTİ VƏ BÜTÜN GÜNAHLARIN BAŞIDIR
    Amma şərən: Qurani-Məcid dünya məhəbbətini kafirlərin sifətlərindən biri kimi bildirib və buyurub: "Kafirlər dünya həyatından xoşhal olub, ona bağlandılar.” ("Yunis”, 7). Başqa bir ayədə: "Əbədi axirət həyatı əvəzinə müvəqqəti dünyanı bəyəndiniz?” ("Tövbə”, 37) Yəhudilər haqqında isə belə buyurur: "Onlar hər biri dünyada min il yaşamaq arzusundadırlar.” ("Bəqərə”, 96).
    Bu barədə ayələr və hədislər çoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə bir məhşur hədis vardır: "Dünya məhəbbəti bütün günahların başıdır.”
    ÖLÜMƏ İKRAH VƏ BAĞLI OLDUĞU ŞEYLƏRƏ GÖZ YAŞI
    Deyilənlərdən aydın oldu ki, ölümün insanla onun sevdikləri arasında ayrılıq saldığına görə ölümə pis baxmaq və uzun ömür arzulamaq əqlən və şər”ən xoşagəlməzdir. Lakin axirət səfərinə daha artıq hazırlaşmaq niyyəti ilə ölümün təxirini istəmək, əməl dəftərinin gec bağlanmasını arzulamaq çox yaxşıdır. Lakin dostların, yaxın adamların ölməsindən, onların ölməsindən irəli gələn bu narahatlıq, qorxu maddi cəhətdən olarsa, yersiz və səhvdir. Məsələn, insan ağlaya ki, nə üçün onlar dünya ləzzətlərindən ayrılmış və yaxud nə üçün onun özü həmin yaxın adamların vasitəsi ilə çatacağı səadətdən məhrum olub. Amma bu göz yaşları ayrılıq xatirinə olsa, yaxşıdır. Necə ki, bir yerdə səfərə çıxmış adamlardan biri ayrılıb, vətənə tez çatdıqda, mütləq o biriləri təsirlənər. Əgər belə olsa, çox gözəldir, hətta müstəhəbdir (yaxşıdır) ki, möminin ayrılığı, uzaqlığı üçün ağlayasan. Xüsusilə, o halda ki, bu möminin olması ilə axirət səfərinə daha çox tədarük görə bilərdin.
    SƏBİRSİZLİK AXİRƏTDƏN XƏBƏRSİZLİK NƏTİCƏSİDİR
    Adamların çoxu, xüsusilə qadınlar, dünya məhəbbətinə giriftar olduqlarına görə, onların bir yaxın adamı öldükdə, çox narahat olur, əldən-ayaqdan gedir, səbirsizlikdə həddi aşırlar. Həmişə dünyada qalmaq istəyən bu adamların hədsiz səbirsizliyinin səbəbi ölümü yoxluq kimi başa düşmələridir. Əgər bilsəydilər ki, ölən adam səfərdə idi, öz vətəninə çatdı və onlar da tezliklə ölən şəxsə qovuşacaqlar, belə səbirsizlik etməzdilər.
    Həzrət Sadiq (əleyhissalam) oğlu ölmüş bir kişini gördü ki, oğlunun ölümündə haray-həşir qoparıb çox səbirsizlik edirdi. İmam (əleyhissalam) buyurdu: "Kiçik müsibətdə haray-həşir qoparırsan, daha böyük müsibətdənsə, (axirət müsibətindən) xəbərsizsən?! Əgər öz axirət səfərin üçün hazırlıq görsəydin, oğlunun ölümünə bu cür səbirsizlik göstərməzdin. Öz axirətinin fikrində olmamağın oğlunun ölüm müsibətindən daha ağırdır.”
    İLAHİ LÜTF VƏ ƏNAM
    Neçə illər bir sultana xidmət etmiş şəxsə xəbər gətirirlər ki, hansısa bir vaxtda sənə lütf göstərib, xidmətlərinin əvəzini, ən”am verəcəklər. Sözsüz ki, bu adam həmin xəbərdən fərəhlənir, lakin daha artıq ən”am almaq üçün, sultanın xoşladığı əməlləri daha artıq icra etmək üçün həmin vaxtın gec gəlməsini istəyir–bəli, mömin kəs ölüm xəbərini belə gözləməlidir! Mömin savab evinə yetişmək üçün bir əsl olan ölümdən fərəhlənməli, daha artıq bəndəlik etmək üçün ölümün yubanmasını istəməlidir. Eyni halda, Allah onun ölümünü istədiyi zaman, Allahla hüsnü-zənn əsasında, Onun dostları Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun ailəsi (əleyhimussalam) ilə görüşdən razı qalmalıdır.
    CANVERMƏ ZAMANI ƏHLİ-BEYT (ƏLEYHİMÜSSALAM)-IN İŞTİRAKI
    Çox rəvayətlərdə zikr olunmuşdur ki, Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Əli (əleyhissalam) (bəzi digər rəvayətlərdə Fatimə, Həsən və Hüseyn (əleyhimussalam), bəzilərində isə 14 məsum) möminin ölümü zamanı onun başı üstə hazır olarlar. Əlbəttə, onların nur surətləri və misali cisimləri nəzərdə tutulur. (Bu məsələ sonra aydınlaşacaq.)
    Həzrət İmam Riza (əleyhissalam)-ın yaxın adamlarından biri can üstəydi. Həzrət onun görüşünə getdi. Həmin şəxs canvermə halında, gözlərini yummuş halda dedi: "İndi Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm), Əli (əleyhissalam), Fatimə (əleyha salam), Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam), ta İmam Kazim (əleyhissalam)-adək məsumları görürəm.”
    Həmçinin, "sizin də nurlu surətiniz görünür” dedi.
    Bir sözlə, aydındır ki, hər kəs ölüm zamanı Əhli-Beyt (əleyhimussalam)-ı görsə, onlara mərifəti, məhəbbəti qədər bəhrə aparar.
    Haris Həmdanidən məşhur bir hədisdə nəql olunub ki, Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: "Hər kəs ölüm zamanı bizi görəcəkdir; istər mömin olsun, istərsə də kafir.”
    Bəli, bu görüş möminlər üçün nemətdir. Onun dilruba camalını görmək bütün ləzzətlərdən ləzizdir. Amma bu görüş kafirlər və riyakarlar üçün Yaradanın qəzəbindəndir.
    ÖLÜMDƏN SONRAKI XƏBƏRLƏR
    Can alındıqdan sonra ruh bədənin üzərində (üstündə) dayanır. Möminin ruhu asimanlara, kafirin ruhu isə aşağıya aparılır. Cənazə götürüləndə möminin "məni tez öz mənzilimə çatdırın!”, kafirin isə "məni qəbrə aparmağa tələsməyin”! sədası gəlir. Möminə qüsl veriləndə mələk soruşur: "Dünyaya qayıtmaq istəyirsənmi”? Cavab verir: "Yox, bir daha dünyanın çətinliklərinə qayıtmaq istəmirəm.”
    Qüsl zamanı və dəfndə meyyitin ruhu iştirak edir: qüsl verən şəxsi görür, dəfn edənləri müşahidə edir, onların söhbətlərini eşidir. Bu səbəbdən də əmr olunmuşdur ki, meyyitin ətrafında qalmaqal salınmasın, müxtəlif söhbətlər edilməsin, çox get-gəl olunmasın, əksinə, zikr və Quran tilavətinə yer verilsin.
    Bəzi mühəddislərin rəvayət etdiklərinə görə, elə ki, onu dəfn etdilər, ruh bədənlə başqa bir əlaqə və məhəbbət tapır. Dəfn edənlər getdikdə o, tək qaldığını anlayır və narahat olur.
    Qəbirdə möminə verilən ilk müjdə odur ki, "Allah səni və dəfndə iştirak edənlərin hamısını bağışladı.” Möminlər diqqətli olsunlar ki, canvermə, qüsl, kəfən və dəfn vaxtı məzhəbi mərasimə, müstəhəb hökmlərə riayət edilsin. Xüsusilə, müstəhəbdir ki, dəfn edənlər getdikdən sonra, meyyitin vəlisi geri qayıdıb, təlqin desin. Bu, sonuncu təlqindir. Bundan əvvəl iki təlqin vardır: biri canvermə halında, digəri isə dəfn zamanı.


    QƏBİR SUAL-CAVABI
    Şiə məzhəbinin zəruriyyətlərindən və həmçinin, inanmalı olduğumuz bir şey də qəbirdə Münkər və Nəkrin sualıdır. Ümumiyyətlə, qəbir sorğusuna e”tiqadımız olmalıdır. Amma görək bu sorğu necədir? Görəsən həmin maddi bədənlərdir, yoxsa misali bədən ilə? Həmin torpaq qəbirdədir, yoxsa ruhdan sual olunur? Və ruh da bədənlə əlaqəli olduğuna görə, görəsən bu əlaqədən də təsirlənirmi? Bütün bunları bilmək üçün yenə də hədislərə müraciət etməkdən başqa bir yol yoxdur.
    Əllamə Məclisi "Biharul-ənvar” kitabının 3-cü cildində və "Həqqül-yəqin”də buyurmuşdur: "Mötəbər hədislərdən aydın olur ki, qəbir sorğusu və qəbir sıxıntısı əsl bədənlədir. Ruh ya bütün bədən, ya da bədənin bir hissəsinə qayıdır ki, (sinə və ya qurşağadək) sualı dərk edib, cavab verməyə qüdrəti olsun.”
    ƏQİDƏ VƏ ƏMƏLLƏRİN SORĞUSU
    Nədən sual olunduğunu bilməliyik. Qəbirdə əqidə və əməllərdən sual verilir. Deyirlər Rəbbin kim idi, Peyğəmbərin kim idi? Hansı dində idin? (Bu suallar yetkinliyə çatmamış uşaqları, divanələri, ağlıkəmləri çıxmaqla hər bir mömindən və kafirdən soruşulur.)
    Həqiqi əqidəsi olanlar əqidələrini deyib, Allahın vahidliyinə, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətinə, Məsumların (əleyhimussalam) İmamətinə şəhadət verərlər. Əks halda isə, (həqiqi əqidəsi olmadıqda) dili tutular. Elələri də vardır ki, qorxudan mələklərə "sən Allahsan” deyərlər. Gah da cavab verərlər ki, camaat deyirdi ki, Mühəmməd peyğəmbərdir, Quran Allah kitabıdır (yəni, cavabın öhdəsindən gəlməzlər). Xülasə əgər insan cavab verə bilsə, yuxarı tərəfdən qapı açılar, qəbir göz işlədikcə genişlənər; yəni, bu şəxs Qiyamət oyanışınadək uzanacaq Bərzəx aləmində rahatlıq içərisindədir. ("Vaqiə”, 87) Ona deyərlər: "Yat, ərus yatışı ilə.” ("Vaqiə” 93)
    Əgər suallara cavab verə bilməsə Bərzəx Cəhənnəmindən bir qapı açılar, Cəhənnəm nəfəsindən bir külək qəbrini oda çəkər (bu cümlələr eynilə rəvayətdən götürülmüşdür).
    QƏBİR SORĞUSUNUN FAYDASI NƏDİR?
    İnsanın mömin və ya kafir, əməlisaleh və ya bədəməl olduğunu Allah-Taala bilir. Bəs sorğu nə üçündür?
    Mömin üçün qəbir sorğusu nemətə yetişməyin başlanğıcıdır. Qəbirdə gözəl qiyafəli, dilruba iki mələyi görən, onların gətirdiyi Behiştə məxsus gül və reyhan qoxusu iyləyən mömin çox xoşhal olur. Buna görə də bu mələklərin adı "Bəşir” və ya "Mübəşşir” (xoş müjdəçi)dir. Digər tərəfdən, möminlə sorğunun özü də onun üçün ləzzətdir.
    Məktəbdə dərsini yaxşı oxuyan uşaqların sual-cavabdan ləzzət aldıqlarını görmüsünüzmü? Möminin də meyli olur ki, ondan Allahı barədə soruşulsun, o da kamil yəqinliklə Allahın vahidliyi və Peyğəmbərin risalətinə şəhadət versin.
    ƏZAB MƏLƏYİ İLƏ GÖRÜŞ VƏ NARAHATLIĞIN BAŞLANĞICI
    Mömin kəs üçün qəbir sorğusu ləzzətlərin və rahatlıqların başlanğıcıdırsa, kafir şəxs üçün isə bədbəxtliklərin əvvəlidir. Mələklərin gəlişi kafir üçün qorxulu, dəhşətlidir. Rəvayətə görə, onlar gələrkən ildırım səsi verirlər, gözlərindən od sıçrayır, saçları yerlə sürünür. Kafir meyyitə qorxunc surətdə görünürlər. Elə bu səbəbdən də kafir üçün onların adları "Nəkir” və "Münkir” (müşkülçü, inkarçı)dır.
    DİGƏR SUALLARDA ACİZ OLARLAR
    Bir ömür Allahı düşünüb tanımamış insandan Allah barədə soruşulanda, onun başına nə gələcəyi məlum məsələdir. Ömür boyu Allahı pul, şöhrət, rəyasət olub, aləmlərin Rəbbini yada da salmayıb. Belə insandan Rəbbi barəsində soruşulanda, onda elə bir titrəyiş yaranır ki, heç bir cavab verə bilməz. Bəziləri isə 1-ci suala cavab versələr də, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) barəsindəki sualda tutularlar. Bəziləri də digər haqq əqidələrdən verilən suallara cavab verə bilməz, ya da əqidə məsələlərindən ötüşsə də, əməllərinin sorğusunda aciz qalarlar.
    ƏMƏLLƏRDƏN SUAL OLUNAR
    "Biharul-ənvar”ın 3-cü cildində nəql edilmişdir ki, qəbir sorğusunda əqidə məsələlərinə yaxşı cavab vermiş bir şəxsdən əməllər barədə soruşulanda, yenə də yaxşı cavab verdi. Xatırladıldı ki, bir məzlumu görüb fəryadına çatmadığın yadındadırmı?! Abrı, sərvəti əldən alınan o şəxsə kömək edə biləcəyin halda, dayandın. Bu sualın cavabında tutuldu

    Категория: Umumi | Просмотров: 819 | Добавил: Mermidonec | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер