Quran ayələrinə diqqət etsəkgörərik ki,İslamda "tohid”bəhsindən sonra "məad”bəhsi də əhəmiyyətlidir.Quranın təqribən 1200 ayəsinin məad bəhsi barəsində nazil olması da buna dəlildir.Həqiqətən məadı inkar etmək azğınlıqdır və Quranın bu bəhsə verdiyi əhəmiyyəti nəzərə alaraq məadın haqq olmağı barədə dəlillərlə sizi taniş edirik. Məadın isbatı üçün daha tutarlı və məşhur 5 dəlil vardır: 1) "Fitrət”dəlili: "Fitrət” dəlilindən məqsəd budur ki,insan öz vücudunun dərinliklərində bu dünyadan sonra başqa bir dünyanın olmağına inanır.Buna dəlil olaraq Rum surəsinin 30-cu ayəsini misal gətirmək olar: "Üzünü Allahın xalis dininə tərəf çevir.Bu İlahi fitrətdir ki,Allah insanları onun əsasında yaratmışdır...” Bəlkə də çoxları güman edirlər ki,bu ayədəki "fitrət” tənha hər insanda mövcud olan fitrətə işarədir.Lakin ayəyə diqqət yetirsək görərik ki,ayənin mövzusu ümumidir.Həqiqətdə Quran bütün dini fitrət hesab edir.Yəni bütün əqidələr və hətta dini hökmlərin xülasəsi insanın vücudunun daxilində mövcuddur.Ayədəki "fitrət” kəlməsinin mənasını İmam Sadiq (ə)-dan soruşan səhabənin cavabında İmam Sadiq (ə) buyurmuşdur: "Bu "fitrət”-dən məqsəd İslamdır.” Qiyamət surəsinin 1-dən 3-ə qədər olan ayələrində buyurur: "And içirəm qiyamət gününə və and içirəm özünü qınayan nəfsə (nəfsi ləvvamə),məgər insan güman edir ki,onun sümüklərini bir yerə yığa bilmərik?” Xoşa gəlməz bir əməl törədən insanın vicdanı onu daxildə sorğu-sual edib,onu narahat edir.Qiyamət günü,Allahın quracağı böyük məhkəmə,nəfsi ləvvamə isə hər insanın daxilində olan kiçik məhkəmədir.Bu ikisinə,qiyamət və nəfsi ləvvaməyə bir yerdə and içilməsinin mənası budur ki,necə ola bilər ki,daxilinizdə bu İlahi məhkəməni görürsünüz amma qiyamət ki,böyük məhkəmədir qəbul etmirsiniz?! 2) "Hikmət” dəlili: Varlıq aləminə nəzər salsaq görərik ki,hər şey hədəf və hikmət üzündən yaradılmışdır.Belə olan halda insan həyatına nəzər salırıq.O,bu dünyada yeyir,içir,çoxalır və xülasə pis və ya yaxşı yaşayır və son olaraq ölüb puç olur...Aya biz deyə bilərikmi ki,insanın yaradılışından hədəf və hikmət puçluq idi? Allah Təala Muminun surəsinin 115-ci ayəsində buyurur: "Elə güman edirdiniz ki,sizi boş yerə yaratmışıq və bizim ynımıza qatıtmayacaqsınız?” Bəli insan bu dünyada "o dünya”-ya keçmək üçün gərək bir müddət qalıb yetişsin.Necə ki,körpə ana bətnində olarkən bu dünyaya gəlmək üçün cismi cəhətdən hazırlanır.O,ana bətnində göbək vasitəsi ilə qidalanır.Bir halda ki,ağız və diş də var.Amma bu əzalar ana bətnindən xaric olandan sonra işə düşür.Bundan əlavə ana bətninidə ciyərləri ola-ola tənəffüzü də başqa yolladır.Bu dünyada da insan ruhi baxımdan digər bir aləm üçün hazırlanır. 3) "Ədalət” dəlili: Allah Təala ədalətlidir.Hətta bundan da yuxarı Allah Fazildir.Adil və Fazil fərqli məfhumlardır.Adil (ədalətli) əməlin lazım olan əvəzini verir.Birə bir,beşə beş...Fazil (fəzilətli) isə əməlin əvəzindən daha çox verir.Birə beş,beşə yüz... Təsəvvür edin ki,bir orta məktəb müəllimi sinif uşaqları ilə gəzintiyə çıxıb.Uşaqların içində zəif və güclülər müəllimin gözü önündə bir-biri ilə savaşır.Güclü zəifin gözünü çıxarır və ya qolunu sındırır və sair.Müəllim də onların heç birini sorğu-sual etmir.Gəzintinin vaxtı qurtaranda da hamısı məktəbə qayıdırlar...Belə bir gəzinti başçısına ədalətli şəxs demək olarmı?Əlbəttə demək olmaz. Bəli yer üzündə Yezid,Müaviyyə,Hitler,Səddam və sairləri kimi əzaba layiq şəxslərlə birgə Həzrət Əli (ə),Əbuzər,Əllamə Hilli kimi əcr və mükafata layiq kəslərə əməllərinin əvəzinin tamam kamal verilməsi üçün müəyyən zaman və müəyyən məkan lazımdır və bu zaman qiyamət günü,məkan da məhşərdir. 4) "Hərəkət və hədəf” dəlili: İnsan fitrətən kamal arxasınca gedəndir və bu yaranışdan hədəf də kamala çatmaqdır.Əgər insan öləndən sonra puç olursa,hədəfə çatmamışdır.Necə ki,Molla Sədra kimi böyük islam alimləri buyurmşlar ki,insanın kamalı axirətdə də davam edir. 5) "Rəhmət”dəlili: Allah Rəhman və Rəhimdir.Buna görə də daim bəndələrinə nemət və feyz əta edir.Bəndə öz gözəl əməlləri ilə Allahın razılığını qazandığı bir halda ölüm onu haqlayır və ilahi nemət və feyz kəsilir... Fəzl və ehsan sahibi olan Allah heç vaxt bəndələrindən öz nemətini əsirgəməz.(Əlbəttə əgər bəndənin özü nemətlərə küfr etməsə...)Necə ki,Allah Təala ənam surəsi 12-ci ayəsində buyurur: "O, rəhmət (etməyi) özzünə vacib etmişdir...”
|