Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Апрель » 18 » Islamdan evvelki qadinlar
    6:38 PM
    Islamdan evvelki qadinlar
    İSLAMDAN ƏVVƏLKİ DÖVRLƏRDƏ
    QƏHRƏMANLIQLAR
    GÖSTƏRMİŞ NÜMUNƏVİ
    QADINLAR
    Ardi...
    İslamdan əvvəlki dövrlərdə bir çox məşhur nümunəvi qadınlar olub. O cümlədən:
    1. Hizbilin həyat yoldaşı.
    2. Fironun həyat yoldaşı Asiyə.
    3. Həzrət İbrahimin (ə) anası Buna.
    4. Həzrət Musanın (ə) anası.
    5. Həzrət Musanın (ə) bacısı.
    6. Həzrət İsanın (ə) anası Məryəm.
    7. Həzrət İsmayılın (ə) anası Hacər.

    Biz burada İslamdan əvvəlki dövrlərdə yaşamış bir neçə nümunəvi qadının həyatını şərh edəcək, onların nümunəvi qadın olmalarının və adlarının əbədi qalmasının səbəbini zikr edəcəyik ki, digər qadınlar da onlardan örnək alıb bu yolla müqavimət dərsi öyrənsinlər.
     
    6-İsmayılın (ə) anası Hacər
              Əvvəllər kəniz olmuş Hacər, Həzrət İbrahim Xəlilin (ə) həyat yoldaşı oldu. O, bir neçə dəfə çox ağır və acı hadisələrlə rastlaşdı. Onlardan biri də bu idi ki, Allah İbrahimə (ə) oğlu İsmayılı Məkkənin susuz və yandırıcı çöllüyündəki uca dağların yanında qoymağı əmr etdi. Hacər bu ağır işi, Allahın və Peyğəmbərinin (ə) istəyinə əməl etmək üçün qəbul etdi. Uzun müddət uşağıyla tək-tənha, uca Əbu Qubeys dağının kənarında yaşadı. Ora elə bir yer idi ki, ilk dəfə uşağı susayanda su tapılmadı. Hərçənd ki, sonralar yerdən Zəmzəm bulağı qaynadı və onlar bu sudan istifadə etdilər. Hacər uşağıyla birlikdə mehriban ərindən uzaqda özünü bütün çətinliklərə öyrəşdirdi. İsmayıl boy-buxunlu cavan oğlan olanda, İbrahim (ə) bəzi vaxtlar onların görüşünə gələrdi. O, Allahın fərmanı və İsmayılın köməyi ilə Kəbə evini tikdi. Amma bu ev, allahpərəstlik tarixində bu ailənin özündən sonra yadigar qoyduğu axırıncı ev deyildi. Onları tezliklə böyük bir imtahan gözləyirdi; ata-ana öz qoçaq övladı İsmayılı Allah yolunda, Onun razılığı üçün qurban kəsməli idi. Ata və oğul, Hacəri analıq məhəbbətinə xatir bu əhvalatdan xəbərdar etmədilər. Qəlbən Allaha təslim olduqlarına xatir, Allahın əmrini yerinə yetirmək üçün evdən çıxdılar. Hacər bu əvhalatdan xəbərdar oldu. Əgər o adi bir qadın olsaydı, çox narahat olardı. Çünki, qəlbinin bir parçası, ömrünün səmərəsi olan İsmayılı qurban kəsirdilər. Şeytan qoca kişi cildində gəlib əhvalatı ona söyləyəndə o, cavabında: "Heç bir ata oğlunun başını kəsməz” dedi.
    Şeytan: "İbrahim (ə) deyir ki, Allah buyurub”.
    O zaman bu ixlaslı qadın dedi: "Mənim və İsmayılın min canı da olsa, Allaha fəda olsun. Ey kaş min oğlum olaydı, hamısını Allah yolunda qurban verəydim”.
    Sonra əlinə bir neçə daş götürüb, şeytana tərəf ataraq onu özündən qovdu. Şeytan Hacərdən məyus olub yolunu itirdi.
    7-İmranın qızı Məryəm
             İmranın qızı Məryəm İslamdan qabaqkı dönəmin digər nümunəvi və kamil qadınlardandı. Allah onu da Quranda Asiyə kimi möminlər üçün məsəl çəkir, örnək kimi qeyd edir və buyurur: "Məryəm ismətli və namuslu bir qız idi. Biz Cəbrayıl vasitəsi ilə ona üfürdük (və o Həzrət İsaya (ə) hamilə oldu). O, tövhidi, peyğəmbərləri, səma kitablarını təsdiq etdi və Allah dərgahında daim ibadət və itaət edənlərdən oldu”.
            Bir gün Peyğəmbər (s) mehriban həyat yoldaşı Xədicənin (s) yanına gəldi. Gördü ki, Xədicə hamiləlik ağrısından əziyyət çəkib qıvrılır. Həzrət (s) buyurdu: "Mən də sənin əziyyət çəkməyinə görə narahatam. Ancaq Allah əziyyətdə çoxlu xeyir qərar veribdir. Sakit bir yerə gedəndə, mənim salamımı o qadınlara çatdır”.
    Xədicə dedi: "Onlar kimdir?”
    Peyğəmbər (s) buyurdu: "Onlar İmranın qızı Məryəm, Məzahimin qızı Asiyə və Musanın (ə) bacısı Kəlimədən ibarətdirlər”.
    Xədicə (s) rahat oldu və ərz etdi: "Bəh-bəh, nə yaxşı insanlardırlar!”
    Həzrət Peyğəmbər (s) buyurdu: "Kişilərdən bir çoxları kamilliyin son həddinə çatıblar. Ancaq qadınlardan dörd qadın kamilliyin ali dərəcəsinə çatıb: 1-Asiyə, 2-Məryəm, 3-Xədicə (s), 4-Fatimə (s)”.
             Həzrət Məryəmin (s) "Hənna” (Anna) adlı anası sonsuz idi və digər qadınlar kimi övlad sahibi olmağı arzu edirdi. O və bacısı Əşya Bəni İsrailin adlı-sanlı qadınlarından idilər. O İmranın, bacısı isə Zəkəriyyanın həyat yoldaşıydı. Məryəmin anası sonsuz olduğu üçün çox pərişan idi və həmişə buna çarə axtarardı. Axırda böyük Allaha pənah apardı. Ondan istədi və nəzir etdi ki, əgər övladı olsa, o dövrdəki adət-ənənəyə uyğun olaraq onu ibadətgaha xidmətçi olmaq üçün Beytül-Müqəddəsə vəqf etsin. Bu nəzir, Məryəmin (s) anasının ixlası və tövhidindən xəbər verirdi ki, o, övladı təkcə özünün təskinlik tapması üçün istəmirdi. Əksinə, Allah ibadətgahının xidmətçisi və Ona pərəstiş edən bir övlad istəyirdi. Allah onun xalis niyyətlə etdiyi duasını qəbul etdi. Bundan bir qədər sonra qadın hamilə olduğunu hiss etdi. Bir qız uşağı dünyaya gətirdi. Onun adını Məryəm qoydular. Ana öz nəzrinə vəfalı olaraq Məryəmi Beytül-Müqəddəsin böyüyünün yanına apararaq, onu ibadətgaha xidmətçi kimi təqdim etdi. Məryəmin anası ərini itirdiyinə görə qəlbi təkcə qızıyla şad olardı. O tez-tez Beytül-Müqəddəsə gedib qızından xəbər tutar və evə qayıdardı. Beytül-Müqəddəsin böyüklərinin içərisində hamıdan çox Məryəmin xalasının əri, yəni Həzrət Zəkəriyya (ə) Məryəmi himayə etməyə meyilli idi. O, Məryəmi saxlamaq üçün təyin edildi. Zəkəriyya mehriban ata kimi Məryəmi saxlamaqda və qorumaqda bütün ehtiyatlara riayət edirdi. Bir gün Zəkəriyya Məryəmin mehrabına yaxınlaşdıqda, onun yanında bir yemək tabağını görərək təəccübləndi. Çünki ondan savayı heç kəs Məryəmin yanına gəlmirdi. Məryəmdən soruşdu: "Bu fəsli çatmamış meyvələr sənin yanına haradan gəlibdir? Hərçənd ki, qapılar bağlı olub və heç kəs bura girmirdi?”
    Məryəm dedi: "Bunlar mənim Allahım tərəfindəndir. Allah istədiyi şəxsə ruzi verər”.
             Zəkəriyya başa düşdü ki, Allah Məryəmə uca bir məqam bəxş edərək onu digər qadınlardan fərqləndirir. O, belə bir mənzərəni müşahidə etdikdən sonra Allahdan istədi ki, ona da pak bir övlad əta etsin. (Çünki Zəkəriyya görürdü ki, Məryəm özünün Allahla qurduğu xalis rabitə və etdiyi dua sayəsində, məqamı elə bir həddə çatır ki, onun üçün behişt meyvələri gəlirdi). Zəkəriyyanın duası qəbul oldu. Allah ona Yəhya (ə) adlı bir oğlanı müjdə verdi. Zəkəriyya dedi: "Mən və qadınım qocalıb əldən düşmüşük. Biz necə övlad sahibi olacağıq?”
    Allah ona buyurdu: "Allah belə istəyir”.
                Məryəm ayaq üstə o qədər ibadət etdi ki, ayaqları şişdi. Doqquz yaşında oruc tutmaqla, namaz qılmaqla və pərhizkarlıqla öz zamanının bütün ibadət edənlərindən öndəydi. Çətin hadisələr qarşısında səbir və müqavimətiylə öz zamanında birinci idi. Məryəm böyüyüb boya-başa çatdıqda Allah ona "Ülul-əzm” peyğəmbərlərdən olan Həzrət İsa (ə) kimi bir övlad əta etdi. Fədakarlığı, namuslu olması, pərhizkarlığı və iman nuru onu elə bir məqama çatdırdı ki, Cəbrayıl Əmin (ə) Məryəmin yanına gəlib, ona üfürdü və o hamilə oldu. Bu hamiləlikdən Həzrət İsa (ə) dünyaya gəldi. Onun ali mənəvi məqamını dərk etməyə qüdrəti çatmayan nadan camaat xoşagəlməz sözlər deyib, Məryəmi incitdilər. Allahın əmri ilə sükut orucu tutan Məryəm bu camaatla danışmayaraq işarə etdi ki, "beşikdəki uşaqdan soruşun”.
            Camaat Məryəmin sözlərini ələ saldılar. Amma Allahın qüdrətiylə uşaq dil açaraq dedi: "Mən Allah bəndəsiyəm. O məni peyğəmbər etdi və mənə kitab verdi. O, harada oluramsa olum, məni xeyir və bərəkət verən etdi”.
              Bu canlı möcüzə həmin qövmün dilini bağladı. Məryəm mənəvi məqamın yüksək dərəcələrindən birinə çatmışdı. O öz ibadətgahında (Livandakı dağda) dünyadan gedəndə, övladı Həzrət İsa (ə) nalə çəkib deyirdi: "Qürbətdə və vəhşətdə daha mənə kim munis olacaq? Kim mənə Allahın itaətində kömək edəcək?”
                Məryəm (ə) bir qız idi. Gördüyünüz kimi imanlı bir qız himməti, isməti və çalışqanlığı nəticəsində necə də böyük bir məqama yüksəldi. Bundan daha mühümü, onun tərbiyəsi altında Həzrət İsa (ə) kimi bir peyğəmbər böyüyüb boya-başa çatdı. Məryəm həmişə Allahla idi və Onun fərmanına təslim olardı. Allah-təala da həmçinin, onu Özünün sonsuz rəhməti sayəsində saxladı və yaxşı adını da dünyanın sonuna qədər qoruyacaq. Qurandakı surələrdən biri Məryəm adlanıb və ona məxsusdur. Müqəddəs kitabda 34 dəfə onun adı və fəzilətlərindən söz açılır.
              Bəzi rəvayətlərə əsasən behiştin ən yaxşı qadınları dörd nəfərdi və Allah bu qadınları seçib: 1. Xədicə (s), 2. Fatimə (s), 3. Asiyə (s), 4. Məryəm (s).
    8-Həzrət Əyyubun (ə) həyat yoldaşı
                 İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlardan biri də Həzrət Əyyubun (ə) "Ruhmə” adlı həyat yoldaşı idi. Həzrət Əyyub (ə) həyatın ən ağır hadisələri ilə üzləşdi. Uşaqları evin altında qalıb öldülər, bağları yandı, bütün var-dövləti və mal-qarası tələf oldu. Axırda özü də uzun sürən xəstəliyə tutuldu. Bunların hamısından da ağır, camaatın ona baş çəkib təsəlli vermək əvəzində, vurduqları dil yaraları idi. Camaat deyirdi: "Yəqin ki, günahkar olubsan, Allah da səni bu vəziyyətə düçar edib”.
                Camaat ondan uzaqlaşdı. O, naçar qalıb şəhərdən çıxaraq çöllükdə, ağır vəziyyətdə yaşamağa başladı. Ruhmə fədakarlıq göstərərək ərinə qulluq etməyə davam etdi. Lakin axırda yorulub əldən düşdü. Əri Əyyubla söhbət edəndə, Əyyub ona dedi: "Məndən uzaqlaş!”
                  O, Əyyubu tək qoyub getdi. Əyyub bu İlahi imtahandan yaxşı çıxdıqda, Allah ona mərhəmət göstərib, əvvəlki sağlamlığını və cavanlığını qaytardı. Ona müxtəlif nemətlər verildi. Həyat yoldaşı, Əyyubun əmri ilə ondan uzaqlaşsa da, qəlbi əziyyətdə olan ərindən ayrılıdığına görə döyünürdü və həmişə onun fikrində idi. Axırda (Əyyubun əvvəlki sağlamlığının və nemətlərin ona qayıtmasından xəbərsiz olan halda) qərara gəldi ki, onu görməyə getsin və ona xidmət etməyi davam etdirsin. Əyyubun yaşadığı yerə çatanda, orada səfalı, meyvəli və gül-çiçəkli bağın içində gözəl bir cavan oğlan gördü. Onu tanımadı və təəccübləndi. Amma çox çəkmədi ki, Əyyubun işarəsi ilə Allahın lütf və mərhəmətinin onlara şamil olmasını anladı və əlini Əyyubun boynuna saldı. Onların hər ikisi Allaha bütün bu lütfünə və mehribanlığına görə şükr etdilər. Allah həmin bu qadından Əyyuba saleh bir övlad nəsib etdi. Onun və həyat yoldaşının həyatı digərləri üçün iman, şükr, dözüm və səbir dərsi oldu. Əyyubun həyat yoldaşı Ruhmə hərçənd ki, bir dəfə yorulub dözümsüzlük etdi, amma tez peşiman oldu və əziyyətdə olan ərinə xidmət etməyə davam etdi. Allah-təala da bunun müqabilində ona və ərinə çoxlu nemətlər bəxş etdi. İnsan gərək çox ağır və çətin hadisələrdən tez yorulub və dözümsüzlük göstərməsin. Əgər belə bir hal baş versə, nə qədər ki gec olmayıb səhvini düzəltsin.
    9-10-Şuəybin qızları
              Şuəybin qızlarının Musa (ə) ilə rəftarları, qadınların necə fikirləşmələri və rəftar etmələri mühüm bir dərsdir.
    Həzrət Musa (ə) Fironun qüdrətli vaxtında məzlumları onun və adamlarının zülmündən müdafiə edirdi. Ancaq bir gün zalımlardan birinin zülmünün qarşısını alanda, onun başına bir yumruq zərbəsi endirdi. Həmin zülmkar aldığı zərbədən yerə yıxılıb öldü. Musa (ə) o cür cansıxıcı və qorxulu mühitdə canının təhlükədə olduğunu hiss etdi. Gizlin şəkildə Misirdən çıxdı və piyada Mədyənə tərəf yola düşdü. Musa (ə) Mədyənə yaxınlaşanda çobanların qoyunları sulamaq üçün bir quyunun yanına gətirdiklərini gördü. Onlar quyudan su çəkib qoyunlara verirdilər. Bu zaman Musa (ə) iki qızın kənarda durub öz qoyunlarının quyuya yaxınlaşmasının qarşısını aldığını müşahidə etdi. Çünki onlar öz iffətlərinin qorunmasına, qayda-qanuna və növbəyə riayət etmək istəyirdilər. Onlar Şueybin (ə) qızları idilər. Qəlbi həmişə imkansız və köməksiz insanlarla olan Musa (ə) o qızlara kömək etmək qərarına gəldi. Yaxınlaşıb dedi: "Öz qoyunlarınıza niyə su vermirsiniz?”
    Onlar dedilər: "Kişilərin getməsini gözləyirik və sonra biz öz qoyunlarımıza su verəcəyik”.
                Musa (ə) qabı onlardan aldı və var gücü ilə tək başına quyudan su çəkib onların qoyunlarına verdi. Sonra onlardan ayrılıb bir ağacın kölgəsi altında oturdu. Aclıq ona qalib gəldiyi üçün Musa Allahdan kömək istədi. Bu zaman Şueybin qızları atalarının yanına gedib əhvalatı ona danışdılar. Şueyb dedi: "Gedin o cavanı evimizə dəvət edin”.
                 Qızlardan biri özünü tələsik Musaya (ə) çatdıraraq atasının dəvətini ona bildirdi. Musa (ə) bu dəvəti qəbul etdi və yolda qıza dedi: "Sən mənim arxamca gəl. Harada yolumdan azsam, arxadan həmin istiqamətə daş atmaqla mənə yol göstər”.
               (Musanın (ə) bu sözləri onun iffətinin qorunmasına xatir idi). Qız razı oldu. Musa evə çatanda, Şueyb onu yaxşı qarşıladı. O qız atasına dedi: "Bu cavan oğlanı özünə köməkçi götür. Ona görə ki, güclü, əmin (təmiz) və ədəbli bir oğlandır”.
               Qız onun gücünü quyudan su çəkəndə, paklığını və təmizliyini isə yolda görmüşdü. O, bu sözləri atasına dedi və ata da düşüncəli qızının söylədiyi dəlilləri qəbul etdi. Hətta Musaya (ə) qızlarından biri ilə evlənməsini təklif etdi. Musa (ə) da bu təkliflə razılaşıb "Səfura”nın əri oldu.
    11-Həlimə Sədiyyə
                 Peyğəmbər (s) hələ dünyaya gəlməmişdən əvvəl atası Əbdullah dünyasını dəyişdi. İki, ya altı yaşı olmamış anası da dünyadan getdi. Əbdül-Müttəlib Məhəmmədə (s) süd vermək üçün pak və iffətli bir qadın axtarırdı. Çünki o həzrət (s) hər kəsin südünü qəbul etmirdi. Əbdül-Müttəlib təsadüfən Məkkəyə süd vermək üçün uşaq axtarmağa gəlmiş səhrada yaşayan (köçəri) bir qadını gördü. Əbdül-Müttəlib ona dedi: "Sən kimsən?”
    Qadın: "Mən bəni-Səd tayfasından olan Həliməyəm”.
    Əbdül-Müttəlib: "Bəh-bəh! Səndə "səadət və helm” kimi əbədiyyətin və ruzgarın iki gözəl xisləti vardır”.
              Onun adını yaxşı yerə yozdu və uşağın yanına apardı. Məhəmməd (s) onun südünü götürdü. Bundan sonra qadın Məhəmmədi (s) özüylə yaşadığı yerə aparıb ona süd verməyə başladı.
    Beləliklə, yenə də görürük ki, ismətli qadın yaxşı xislətlərə malik olmaqla necə də dəyərli olur. Əbdül-Müttəlib onu bəyənir və Məhəmmədi (s) əmizdirmək üçün bir ana kimi onu seçir.[56] Yəni fərqi yoxdur, qadın mal-qara saxlayan köçəri olub səhrada yaşasa da, əgər fəzilətli, əxlaqlı və yaxşı xüsusiyyətlərə malik olarsa, Həzrət Məhəmmədin (s) ikinci anası olmaq ləyaqətini qazanır.
     
    Категория: Islamda qadinlar | Просмотров: 950 | Добавил: Asker | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер