Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Март » 12 » DÜNYAGÖRÜŞÜNÜN FİTRƏTƏ UYĞUNLUĞU
    11:34 AM
    DÜNYAGÖRÜŞÜNÜN FİTRƏTƏ UYĞUNLUĞU

    Cümə söhbətləri


    Bismilləhir-Rahmənir-Rahim!

    Ötən bəhsimiz İlahi dünyagörüşü ilə bağlı giriş bir hissəyə aid idi. Ona toxunduq ki, dünyagörüşü nədir, İlahi dünyagörüşü nədir, maddi dünyagörüşü nədir, İlahi və maddi dünyagörüşlərinin fərqi nədədir, dünyagörüşü ilə bağlı bəhsin əhəmiyyəti nədədir və dünyagörüşünün insanın həyatında rolu və əhəmiyyəti nədir.

    Qeyd etdik ki, dünyagörüşü çox sadə sözlərdən təşkil olunub: dünya və görüş. Yəni, insanın dünyaya aid olan görüşü, insanın dünyaya aid olan baxışı. Araşdırdıq ki, bu, haradan gəlmişik, haradayıq və hara gedirik suallarının cavablarından formalaşır.

    DAŞLA İNSANIN NƏ FƏRQİ?

    Çox sadə dillə desək, əgər insan desə ki, Allahdan gəlmişəm, Allahdayam və Allaha doğru gedirəm, onda bu insanın dünyagörüşü olur İlahi dünyagörüşü. Yəni, elə-belə yaranmamışam, burada da elə-belə deyiləm, Allaha doğru gedirəm, Allah məni bura bir imtahan üçün göndərib, sonda da Allahın dərgahına gedəcəyəm. Belə dünyagörüşlü insan deyir ki, hara baxıramsa, İlahi nişanələri görürəm. Bu dünyagörüşü insana prioritetlər müəyyən edir. Deyir, əgər gedəcəyin yer bəllidirsə, oraya uyğun azuqə tədarük etməlisən. İmtahan üçün bu dünyaya gəlmisənsə, gərək bu sınaqlardan ləyaqətlə çıxasan. İlahi dərgahda üzüağ olasan. İzzətli bir durumda bu dünyanı tərk edəsən.

    Maddi dünyagörüşü ilə bağlı bildirdik ki, deyir elə maddədənəm, maddədəyəm və maddəyə doğru da gedirəm. Maddi dünyagörüşünə görə alüminiumla insanın arasında fərq yoxdur. Küçədəki qəmbər daşı ilə insan arasında fərq yoxdur. Vicdan, şüur, məhəbbət, eşq, Vətəni sevmək – bunlar hamısı mənasız bir kateqiriyaya aid olur. Zira, alüminiumun, dəmirin, taxtanın məhəbbəti, sevgisi ola bilər? Yox! Daşın vicdanı ola bilər? Yox!

    Bu, elə-belə söz deyil. Bu çox fundamental bir bəhsdir və sadəcə olaraq, burada onu sadələşdirmişik. Yəni, maddi dünyagörüşlü insan vicdandan, sevgidən, məhəbbətdən danışanda, bu – qeyri-ciddidir. Çünki, onun dünyagörüşündə bu cür məsələlərə yer qalmayıb. Misal üçün, «aliminiumun qeyrəti» desək, çox gülünc səslənər. Ona görə bu məsələyə diqqət yetirmək çox mühümdür.

    DÜNYAGÖRÜŞÜ VƏZİYYƏTİ MÜƏYYƏNLƏŞDİRİR

    İnsanın dünyagörüşü onun vəziyyətini müəyyənləşdirir. Ona görə, çox vaxt özlərini maddi dünyagörüşünə aid edən insanlar, özləri də bilmədən, heç də maddi dünyagörüşünə aid deyillər. Özlərini çaşdırıblar, elə bilirlər materialistdirlər, amma əslində elə İlahi dünyagörüşündədirlər. Özləri etiraf etməsələr də, əslində bilirlər ki, bu yaradılışı, nəzmi, qanunauyğunluğu xəlq edən və tənzimləyən bir qüvvə var və bu qüvvənin aliliyi onlar üçün aydındır.

    İlahi dünyagörüşü deyir ki, sən təsadüfi deyilsən, burada da səmərəli yaşamalısan və necə yaşamağından asılı olaraq bəhrəsini də görəcəksən. Elə bu baxımdan bəhsin əhəmiyyəti çox mühümdür. Görək hansı dünyagörüşü insan üçün daha mühümdür. Qeyd etdik ki, həyatımızda bu məsələnin rolu çox böyükdür, insanın rəftarına birbaşa təsir göstərir. Birbaşa əxlaqına, davranışına, əməlinə təsir göstərir.

    Gəldik çıxdıq ona ki, ən yaxşı və ən üstün dünyagörüşünün xüsusiyyətləri hansılardır. Beləsi üç idi:

    1) ağıl; 2) fitrət və 3) məsuliyyət.

    Demək, burada üç mühüm xüsusiyyət var. Birincisi ağılla uyğun gəlməkdir. O dünyagörüşü, o məktəb ki, deyir, ağıl, məntiq, fəlsəfə lazım deyil, bilin ki, orada vəziyyət xarabdır. Dəqiq xarabdır.

    Beləsi deyir ancaq mən deyən düzdür. Məsələn, bütpərəstdə sual vermək olmaz ki, niyə belədir. O, hesab edir ki, ən düzgün yol budur.

    İslamın gözəlliyi də bundadır ki, deyir bunları şüurlu surətdə əldə etməlisən. Deyir üsuliddin – dinin kökləri düşüncə ilə əldə edilməlidir. Əsaslı olmalıdır. Deməli, birinci amil – əql çox mühüm məsələdir.

    MÜƏYYƏNEDİCİ AMİLLƏRDƏN İKİNCİSİ: FİTRƏT

    İkinci məsələ fitrətdir. Yəni, əqidə insanın fitrəti ilə uyğun olmalıdır. Və bəhsimiz fitrətlə bağlı olacaq.

    Üçüncü amil insana məsuliyyət verməklə, müəyyən etməklə bağlıdır. Bu yanaşma insana ümid verir və ən əsası, insana məsuliyyət verir.

    Biz hamımız – yaradılmışlardanıq. Demək, nəticələrik və bu nəticələrin səbəbi olmalıdır. Bu böyüklükdə harmoniya var, qayda var, hər şeydə həmahənglik var. Trilyonlarla proseslər hər an əlaqələndirilir, tənzimlənir. Düşünən adam üçün elə bu üzdə olan amil – Yaradana, Nəzm edənə bir sübutdur. Günəş məsələn, bir gün müəyyən vaxtdan on dəqiqə tez, ya on dəqiqə gec çıxmır. Ulduzlar bir gün elə, bir gün belə olmur. Ay özünü bir gün elə, bir gün başqa cür aparmır. Yaxud, bizim bədənimizdə molekullar özünü bir gün elə, bir gün ayrı cür aparmır.

    Bütün bu məsələlər göstərir ki, bir nəzm var. Yaxşı, insan bir cihaz, məsələn, fotoaparat düzəldəndə deyir ki, bir ağıl olub, bir şüur olub bunun hazırlanmasında. Bunun bir düzəldəni var. Və hər hansı bir düzəldilən şeyə aid də eləcə. Adicə bir ağacın şəklini çəkirik, deyirik nə qəşəng şəkildir, bunu çəkən var ki, bu cür qəşəng şəkil olur! Onda bu ağacın, quşun, heyvanın, insanın, da, təbii ki, bu cür gözəl yaradanı da var axı! Bunlar bir bəhslər idi ki, elədik.

    Bəhsimiz fitrətlə bağlı olan bir bəhsdir. Görək tövhid bəhsinin insanın fitrəti ilə nə qədər uyuşması var. Qeyd edək ki, fitrət özü xilqət – yaradılış sözü ilə həm eyni vəzndədir və həm də eyni mənadadır. Eyni vəzndədir – yəni fitrət elə xilqət kimi oxunmalıdır. Fitrət necə ki, xilqət. Mənası da çox yaxındır. Fitrət sözü haqqında çox danışmaq olar. Amma belə bir təqribi məna vermək olar ki, hər bir duyğu, hər bir hiss, hər bir dərk, hər bir anlam ki, insanda mövcuddur və əmələ gəlməsində müəllimə, dərsə, öyrənməyə, məşqə, təlimə ehtiyac yoxdur və o duyğu, o dərk və o hiss insanda daimi, həmişəlikdirsə, və bunlar bütün insanlarda, bütün məkan və zamanlarda sabit olarsa – bunlara fitri deyirlər.

    Buna uyğun gələn xüsusiyyətlər insanın fitrətinə aiddir. Misal üçün, ananın uşağa sevgisi, ananın uşaqla olan əlaqəsi, ananın uşaqla olan münasibəti – bu fitrətdə olan bir məsələdir. İstəyir bu ana Bakıda yaşasına, istəyir Fransada yaşasın, istəyir Afrikada yaşasın. Harada ana var, orada övladına qarşı çox böyük diqqətlilik var. İstəyir bu gün yaşasın, istəyir beş-on əsr bundan qabaq yaşasın, istəyir beş-on əsr bundan sonra yaşasın. İstəyir şəhərdə yaşasın, istəyir kənddə yaşasın. Ana və övladın arasında münasibət dəqiqdir, fitridir.

    Deməli, buradan aydın olur ki, o məsələlər ki, insanın təbiətində var, bunlar insanın fitrətində var. Bunlar bütün bu parametrlərə malik olurlar. Özü də məşqlə, öyrənməklə, müəllimlə, dərslə-filanla əmələ gələn məsələ deyil. Belə deyil ki, anaya dərs keçirlər, sonra o başlayır uşağına məhəbbətdə olmağa. Bu bir təbii haldır ki, ananın uşağına, körpəsinə sevgisi olur.

    İNSANIN ALLAHI TANIMASI – FİTRİ HİSSDİR

    İnsanın Allahı tanıması nə qədər fitridir? Nə qədər fitrətlə uyğun gəlir? Nə qədər insanın fitrəti ilə bunun uyğunluğu var? Hər hansı insandan soruşsaq, şəhərdə yaşayandan da, kənddə yaşayandan da, dövlətli də, kasıb da, Azərbaycanda yaşayan da, xaricdə yaşayan da – fərqi yoxdur, cavan da, qoca da – əgər ona bu sualı versək ki, sən özünü müstəqil, ehtiyacsız bir varlıq bilirsən ya yox, deyəcək yox. Mən özümü yaşayışımda kənar qüvvədən asılı, ehtiyaclı bir varlıq bilirəm.

    Birdən biri tapılsa ki, desə yox, mən elə ehtiyacsızam, onun üçün çox sadə sübut yolu var. Sadəcə olaraq, bir neçə dəqiqə nəfəs almasa, dəqiq bilər, aydınlaşdırar özü üçün mövcudiyyəti haradandır. Ayıq adam dəqiq bilir ki, ehtiyaclıdır.

    Söhbət gedir normal insandan. Normal insanlar hamılıqla qəbul edirlər ki, kənar təminatdan, vücudvermədən ehtiyaclı və asılıdırlar. Bu hiss insanda var. Bunu insan ali riyaziyyat keçmədən də başa düşür, çoxlu dil bilsə də, bilməsə də başa düşür. Hər bir insan bilir ki, asılıdır, ehtiyaclıdır. Özü üçün bu duyğusu var. Bu, birmənalıdır.

    Məsələ çıxır ki, yaxşı, insanda bu duyğu var, bəs bu duyğu nə ilə ödənilir? Bu hissi insan nə ilə ödəyir? Nə ilə doyuzdurur? Deməli, insanın o duyğularını doyuzdurmaq iki cür olur:

    1) həqiqi doyuzdurma; 2) yalançı doyuzdurma.

    Sadə bir misal. Uşaq acdır, ağlayır. Uşağın aclığı realdır. Acdır, ona görə də ağlayır. Uşağa yemək də vermək olar, yemək verəndə uşaq həqiqətən doyuzdurulur. Bu hiss ki, var bunda – aclıq, ağamaqla siqnal verir. Bildirir ki, mən acımışam. Ağlayır, buna gərək yemək verəsən. Buna yemək versən, onda doğrudan ödəyirsən onun istəyini. Bunun əvəzində yalandan da ödəyə bilərsən onun o hissini. Ona əmzik vermək olar və uşaq sorur və süni surətdə aclıq duyğusunu aradan aparır.

    Yəni, yemək də vermək olar və süni ödəmə də etmək olar. Hər iki hal mümkündür. İndi insanın bu cür də duyğusu var ki, o asılıdır və ehtiyaclıdır. Bu asılılığı ilə bağlı nəyə asılıdır, nəyə bağlıdır, nəyə ehtyaclıdır – bununla bağlı insanın bir söykənəcəyi olmalıdır. İnsan anlamalıdır ki, bu haradan başlayır.

    FİTRİ HİSSİN SÜNİ və TƏBİİ ÖDƏNİLMƏSİ

    Burada da iki cür olması mümkündür insanda. Mümkündür ki, insan bu duyğusunu 2 cür həll edə:

    1) bir deyə Allah var və Rəbbim ödəyir mənim ehtiyacımı. Həm yaradıb, həm yaşayış ərzində mənim ehtiyaclarımı ödəyir;

    2) bir də deyə, misal üçün, təbiət yaradıb məni. Burada dərhal sual çıxır ortalığa. Bəs təbiətin özü nədir? Təbiətin özü ehtiyaclıdır, ya ehtiyacsızdır? Bir qədər dərinə gedəndə belə çıxır ki, təbiət özü də ehtiyaclıdır. Təbiətin özünə də bu ehtiyacı ödəyən lazımdır.

    Və beləliklə, silsilə ilə, nəticə etibarilə gəlib çıxır ki, insan bu duyğusunu iki cür ödəyə bilər:

    1) sadiq ödəmə, həqiqi ödəmə ki, gəlib çıxır ki, məni Allah yaradıb. Bu qane edir bunu.

    2) süni ödəmə, yalançı ödəmə. Özünü nə iləsə rahatlayır. Deyir, təbiət mənim bu ehtiyacımı ödəyir.

    Bir dənə də xüsusiyyəti var fitri məsələlərin. İnsan fitri duyğuları ödənəndə, gözəl ödənəndə fəxr hissi keçirir, qürur hissi keçirir. Ana uşağını bağrına basanda fəxr edir. Sevinir, qürur hissi keçirir. Bu bütün fitri dərklərin və bütün fitri xüsusiyyətlərin bir əlamətidir. O cümlədən də Allahı tanımada, Tövhid tanımada da bu məsələyə diqqət yetirmək olar.

    İndi nəzər salaq ki, peyğəmbərlərin əsas işi nədir? Əsas funksiyası nədir? Peyğəmbərlərin əsas funksiyası, əsas işi budur ki, qoymasınlar insanların bu lətif və düzgün duyğularını, düzgün bu fitri dərklərini süni, yalançı nələrləsə ödəsinlər, özlərini aldatsınlar.

    Deməli, peyğəmbərlərin funksiyası bənzəyir ananın funksiyasına ki, uşaq acıyanda və uşaq yemək istəyəndə necə ana çalışır ki, yemək istəyini ödəmək üçün buna uyğun yemək verilsin. Ananın ürəyi dözməz ona ki, uşaq ac ola və uşağın başını nə iləsə aldada.

    O cür də peyğəmbərlərin funksiyası var ki, həmin o yalançı və süni ödəmələri kənara qoysunlar və doğru, fitrət üçün doğru olan ödəmələri təqdim etsinlər. Buradan belə bir məsələ çıxır ki, insan tapınmalıdır Allaha, insan tapımalıdır Rəbbin varlığına. Tövhid buna gətirib çıxarır ki, insan anlayır, mənim Allahım var, mənim peyğəmbərim var. Bu, insanı bəndə olmağa gətirib çıxarır. Bu, insanın Allahın bəndəsi olmasına gətirib çıxarır.

    Sual çıxır ki, insanın Allahın bəndəsi olması – bu insan üçün, insanın azadlığı üçün, insanın hürriyyəti üçün bir maneçilik törədir, ya yox? Bu sualı da yəqin ki, az eşitməmişik: mən indi Allaha tapınsam, mənim azadlığım aradan gedir və s. Əlbəttə ki, həqiqət bunun tam əksidir. Həqiqi hürriyyət məhz Allaha bəndəliklə əldə edilir. Amma bu barədə gələcək bəhslərdə təfsilatı ilə toxunarıq.

    Allahım! Bizləri Sənə tapınanlardan, Əziz Peyğəmbər (s) və Əhli-Beytinin (ə) davamçılarından qərar ver! Amin!

    Hacı İlqar İbrahimoğlu,
    ilahiyyatçı-filosof
    İçərişəhər «Cümə» məscidinin imam-camaatı
    Категория: Məqalələr | Просмотров: 1001 | Добавил: Mermidonec | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер