Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Март » 11 » TOHID
    4:43 PM
    TOHID

    TOVHİD
    «Tovhid»-ərəb sözü olub Allahı tək və yeganə bilmək mə'nasını daşıyır.
    İslam əqidələrinin əsasını təşkil edən «Tovhid» əqidəsi kainatın yeganə xaliqinə inanmağı tələb edir.
    İslam dininin bəyan etdiyi «Tovhid» əqidəsindən məqsəd aşağıdakılardan ibarətdir:
    1-Allah zatının yeganəliyi;
    Rəbbimizin zatında tovhid dedikdə, ilk növbədə Allah-taalanın zatının yeganəliyi nəzərdə tutulur. Əlbəttə, bu əqidənin özü də iki hissəyə bölünür:
    Birinci: Allah zatının təkliyi və şərikinin olmaması;
    İkinci: Allah zatında heç bir çoxluq, tərkib və mürəkkəbliyin olmaması;
    İslam tarixində nəql olunmuş rəvayətə əsasən bir dəstə yəhudi alimi əziz peyğəmbərimiz Mühəmmədin (s) hüzuruna gəlib o həzrətdən İslam dininin «Allah» barəsində olan nəzərini söyləməsini xahiş etdilər.
    Həzrət Peyğəmbər (s) bir neçə gün ilahi vəhyi gözləyib Allah-təalanın cavabı olan «İxlas»-(Tovhid) surəsini onlara oxudu:
    «Bağışlayan və mehriban Allahın adı ilə!
    (Ey Peyğəmbər! Onlara) de ki, Allah birdir və hər şeydən ehtiyacsız. Doğmamış və doğulmamışdır. (Və) Heç bir şey Ona tay ola bilməz.»
    İslam dini bu kainatı və onda yerləşən bütün şeylərin xaliqini yeganə bilir və ona şərik qoşmağı ən böyük günah sayır.
    Qur'ani-kərimə nəzər saldıqda bütpərəstlik və müşrikliklə necə də ciddi şəkildə mübarizə aparıldığını görür və İslam dini nöqteyi-nəzərindən tovhidin ən böyük əhəmiyyətə malik olduğunu başa düşürük.
    Hələ İslam dini zühur etməmişdən qabaq, Ərəbistan yarımadası və bir çox yerlərdə bütpərəstlik geniş şəkildə yayılmış və cahil insanlar öz əlləri ilə düzəltdiyi daşlardan olan saysız-hesabsız bütlərə sitayiş edirdilər.
    2-Zati sifətlərin yeganəliyi;
    Tovhiddən nəzərdə tutulan ikinci məqsəd, Allah təalanın malik olduğu zati sifətlərin yeganəliyidir.
    Bizim əqidəmizə əsasən Allah təala bir sıra uca olan kamal sifətlərinə malikdir. «Qadir» «Alim» «Bəsir» (bacarıqlı, bilən, görən) və bu kimi sifətlər Allahın zati sifətlərindən sayılır.
    Başqa sözlə desək, Allah varlığı mə'na baxımından müxtəlif olan qadir (qüdrətli) bəsir (görən) və s.. bu kimi sifətlərə malikdir və bu sifətlər onun varlığının müəyyən bir hissəsini təşkil etmir.
    3-Xaliqlikdə olan yeganəlik;
    Tovhiddən üçüncü məqsəd, Allahdan başqa ayrı bir xaliqin olmamasına əqidə bəsləməkdir. Yə'ni varlıq aləmində xaliq (yaradan), yalnız Allah-taaladır və qalanların hamısı məxluq (yaranmış) sayılır.
    Allah təala bu xaliqliyində heç bir şeyə və heç bir kəsə möhtac deyil və öz qüdrəti sayəsində bütün işlərində tam müstəqildir.
    4-İbadətdə yeganəlik;
    Tovhidin digər mə'nası, ibadətdə yalnız və yalnız yeganə olan Allaha sitayiş etməkdir. Bu əqidəyə bütün ilahi dinlərdə və şəriətlərdə tə'kid olunmuşdur.
    Qur'ani-kərimdə oxuyuruq:
    «Və biz hər millətə peyğəmbər göndərdik ki, onları Allaha sitayiş etməyə çağırıb, tağutlardan çəkindirsinlər. »[4]
    Varlıq aləmində sitayiş və ibadətə layiq olan yeganə varlıq Allah-taaladır və ondan başqasına ibadət etmək azğınlıq və ağılsızlıqdır.
    5-Tədbirdə yeganəlik;
    İslam əqidəsinin birinci hissəsini təşkil edən Tovhiddən ayrı bir məqsəd, Allah-taalanın kainatın tədbir və idarəsində olan yeganəliyidir.
    Bu da öz növbəsində iki hissəyə bölünür:
    Birinci: Yaranışda olan tədbirin yeganəliyi;
    İkinci: Təşri'də (hökm və qanunvericilikdə) olan yeganəlik;
    Yaranışda olan yeganəlikdən məqsəd budur ki, varlıq aləmi və onda mövcud olanların hamısının yaradanı vahid Allahdır və heç bir kəs bu yaradılışda Onunla birgə olmamışdır. Qur'ani-kərimdə oxuyuruq:
    «Göy və yerdə Allahdan savayı ayrı bir Allah olsaydı aradan gedib dağılardılar.»[5]
    Təşri'də (hökm və qanunvericilikdə) olan yeganəlikdən məqsəd isə Allah-taalanın məxluqatın və xüsusilə insan həyatının nizama salınması üçün müxtəlif sahələrdə qanunlar müəyyən edilməsidir. Bu kimi işlər yeganə olan Allahın ixtiyarındadır və ondan başqa heç kimin özündən hökm, göstəriş və s.. verməyə haqqı yoxdur.
    Bu beş mə'na İslam dininin əsası olan Tovhid əqidəsinin yetirdiyi məfhumlardır.
    ALLAHIN VARLIĞININ İSBATI
    Tovhid və onun mə'naları haqda qısa anlayışdan sonra Allah- təalanın varlığını isbat etmə yolları haqqında söhbətə başlayırıq:
    Allahın varlığını isbat edib ona inanmaq üçün iki yol vardır:
    1-Qəlb yolu (fitrət);
    2-Ağıl və düşüncə yolu ;
    FİTRƏT
    «Fitrət» ərəb sözü olub yaradılış, xilqət və təbiət (zat) mə'nasını daşıyır. Lakin İslam nöqteyi nəzərindən «fitrət» sözü təbiətən insanın Allaha doğru meylli olması deməkdir. Bu ilahi xüsusiyyət təkcə müsəlmanlara deyil, həm də bütün insanlara aiddir.
    Hər bir insanın batinində Allahı tanıyıb ona iman gətirmək istəyi vardır. Belə ki, hər bir insan öz vücudunda heç bir dəlilə ehtiyac duymadan Allaha tərəf yönəlmək meylini hiss edir.
    Bildiyiniz kimi insan adlı varlıq bir sıra istək və meyllərə malikdir ki, gözəlliyi sevmək, yaxşılığa meyl göstərmək, ədalətə rəğbət, zülmə nifrət hissləri və s.. buna misal vurmaq olar.
    Qəlb yolu ilə Allaha inanıb onun varlığını isbat etmək də bu istəklərdən biridir.
    Bə'zi alimlər, eləcə də irfan elminə yiyələnmiş ariflər Allahın müqəddəs varlığını isbat etmək üçün bu yoldan istifadə etməyi tövsiyə edirlər. Onların nəzərinə əsasən, hər bir insan günaha qurşanmayıb öz pak ruhunu saflaşdırsa, kec-tez özlüyündə Allaha olan bağlılığı duyacaq və qəlbən onun müqəddəs varlığına inanacaqdır.
    İslam dini nöqteyi nəzərindən Allah təalanın varlığına qəlb yolu ilə inanmaq fitri iste'dadlardan sayılır və bu hiss əzəldən hər bir insanın vücudunda qoyulmuşdur.
    Yaşadığımız həyatda dəfələrlə təcrübə olunmuşdur ki, dinindən asılı olmayaraq, əli hər növ vasitə və köməkdən üzülən şəxslər Allaha üz tutur və yalnız Onu özüləri üçün həqiqi köməkçi hesab edirlər.
    Bu isə onun fitrətində qoyulmuş ilahi istəyi göstərir. Sadə bir misalla desək, dünyaya yenicə gəlmiş körpə heç bir tə'limə ehtiyacı olmadan yemək üçün ana südü axtardığı kimi, hər bir insan da zatən Allahı axtarma və Ona sitayiş etmə hissi ilə yaranmışdır.
    FİTRƏTİN XÜSUSİYYƏTLƏRİ
    Bə'zi dini alimlər «Fitrət» üçün bir neçə xüsusiyyət qeyd etmişlər ki, onları diqqətinizə çatdırırıq:
    1-«Fitri inanc» təkcə müsəlmanlara deyil, həm də bütün insanlara aid olan bir xüsusiyyətdir.
    2-Fitrət iqtisadi, coğrafi və s... amillərin tə'sirinə mə'ruz qalmır.
    Digər tərəfdən, fitrət iqtisadi amillərin tə'sirinə tam məğlub olmayan bir xüsusiyyət olduğu üçün həm varlıya, həm də kasıba aiddir.
    3-Fitrət insanı Allaha doğru aparan bir amildir. Yə'ni insan, fitrətində olan ilahi istək vasitəsi ilə Allahı tanıyır və Ona təslim olur.
    Amma fitri inanclar, nəzarətsiz və diqqətsiz buraxılıb, dini göstərişlərdən kənarda qalarsa, bütpərəstlik və müşriklik kimi digər azğınlıqlarla nəticələnə bilər.
    Bə'zilərinin əqidəsinə görə dünyada mövcud olan bütpərəstlik, ulduz, günəş və s.. şeylərə ibadət etmək məhz fitrətin çağırışına düzgün cavab verməmək və onu düzgün istiqamətləndirməməyin nəticəsində olmuşdur.
    4-Fitrət müəyyən təbliğatlar nəticəsində yox olub aradan getməz.
    Bu isə ilahi fitrətin sabitliyini göstərir. [6]
    İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
    İlahi fitrətin əhəmiyyətini bilmək üçün bu haqda olan bir neçə ayə və hədisi diqqətinizə çatdırırıq:
    1-Rum surəsi-30:
    «Allahın doğru dininə üz gətir ki, Allah-taala insanları onun əsasında xəlq etmişdir.»
    2-Rum surəsi-33:
    «Xalq ağır bir çətinliyə düşdükdə Allahı çağırır və ixlasla (təmiz ürəklə) Ona tərəf qayıdırlar. (Lakin) Allahın rəhməti ilə (o çətinlikdən çıxan kimi) onlardan bir dəstəsi yenə də müşrik olurlar.»
    3-Ənkəbut surəsi-65:
    (Müşriklər) gəmidə olan halda (fırtına və tufanla üzləşdikdə) Allahı təmiz qəlblə (köməyə) çağırır, onlara nicat verib təhlükədən qurtararaq sahilə çıxartdıqda isə yenədə Allaha şərik qoşmağa başlayırlar.»
    İndi isə bu haqda mə'sumlardan nəql olunmuş bir neçə hədisi qeyd edirik:
    1-Həzrət İmam Sadiq (əleyhis-salam)-ın səhabələrindən biri «Rum» surəsinin 30-cu ayəsi barədə sual etdikdə İmam (ə) buyurdu:
    (Ayədən məqsəd budur ki,) Allah-təala insanların hamısını tovhid əsasında xəql etmişdir.[7]
    2-Həzrət Peyğəmbər (səlləllahu ələyhi və Alihi və səlləm) buyurub:
    «Bütün övladlar pak fitrətlə dünyaya gəlir və onları yəhudi və ya məsihi edən öz ata-analarıdır.»[8]
    AĞIL VƏ DÜŞÜNCƏ
    Qeyd etdiyimiz kimi, Allah varlığının isbatı üçün mövcud olan ikinci yol ağıl və düşüncədir.
    Qur'ani-kərimdə Allah-təalanın vücudunu isbat etmək üçün həm fitrət, həm də ağıl və düşüncə yolundan istifadə olunmuşdur.
    Ağıl və düşüncə yolu ilə Allah varlığının isbat edilməsindən məqsəd, insan ağlının köməyi ilə kainatın böyük xaliqini tanımaq və ona iman gətirməkdir.
    Mə'lumdur ki, ağıl və düşüncə dedikdə, müxtəlif məktəb və ideologiyaların tə'sirinə mə'ruz qalmayan sağlam və qərəzsiz ağıl nəzərdə tutulur.
    Qeyd olunan yolla Allahın varlığını isbat etmək üçün ən sadə və tutarlı dəlil kainatda mövcud olan qanuna uyğunluq və ya nəzm və nizamdır.
    Fərz edək ki, öz otağımıza daxil olduqda orada xüsusi bir səliqə ilə hər şeyin öz yerində olmasını görür və otaqda heç bir qarışıqlıq müşahidə etmirik. Çarpayı, kitab, şkaf, televizor və s.. otaq əşyaları ürəkoxşayan bir zövqlə düzülmüş və insanı özünə cəlb edir.
    Belə bir halda ağıl və düşüncəsi normal olan hər bir şəxs özündən öncə səliqəli və təmizkar bir şəxsin oranı nizama salmasını təsdiq edəcəkdir.
    Aydındır ki, heç bir şəxs otağın öz-özünə və ya təsadüfi halda səliqəyə düşməsini iddia edə bilməz.
    Bu isə gündəlik həyatımızda qarşılaşdığımız sadə bir misal idi. Kainatda olan əsrarəngiz nəzm, dəqiq hesablamalar üzrə olan elmi qanuna uyğunluqlar, həmçinin hər bir şeyin öz yerində olması onun bacarıqlı və bilikli xaliq tərəfindən yaradılmasını çatdırır. İslam alimləri Allah varlığını isbat edən belə bir dəlili «Burhani-nəzm»-yə'ni nəzm dəlili adlandırmışlar.
    NƏZM DƏLİLİNİN XÜSUSİYYƏTLƏRİ
    Ağıl və düşüncə əsasında olan «nəzm dəlili»nin bir neçə xüsusiyyətləri vardır ki, aşağıdakılardan ibarətdir:
    1-Nəzm dəlili savadlı və ya savadsız olmasından asılı olmayaraq cəmiyyətin bütün üzvləri üçün faydalıdır. İstər alim istərsə də cahil olan hər bir şəxs, kainatda olan nəzmi gördükdə, onun tədbirli, qüdrətli və bilikli bir xaliqinin olmasını dərk edir və beləliklə də Allahın varlığına iman gətirir.
    2-«Nəzm dəlili» insanı heyrətə gətirir.
    İnsan qarışqa kimi kiçik bir canlıda olan əcaib hərəkətləri müşahidə etdikdə təəccüb edir və heyrətə gəlir və bununla da nəzm dəlilinə olan əlaqəsi daha da möhkəmlənir.
    3-Nəzm dəlili getdikcə inkişaf etməkdədir.
    Bir çox elmi məchulatlar kəşf olduqca nəzm dəlili daha da aşkar olub inkişaf edir.
    4-Nəzm dəlili kafirlər və dinsizləri susduran amillərdən biridir.
    Çünki onlar kainatda olan nizamın Allah tərəfindən deyil, özbaşına və təsadüfi olaraq yaranmasını iddia edirlər.
    5-Nəzm dəlili insanı kainatda olan varlıqlar barədə tədqiqat aparmağa həvəsləndirir.
    Məsələn, yaşadığımız yer kürəsində 2500 növ ilan, 289 növ göyərçin, 20000 növ hörümçək, 10000 növ kəpənək, həmçinin 700000 həşəratın yaşaması, insanı bu mə'lumatları eşitdikdə kainatda olan əcaib varlıqları daha ətraflı mütaliə etməyə sövq edir.
    NƏZM SÜBUTUNUN ƏSASLARI
    1-Kainatda olan bütün varlıqlar (günəş sistemi, insanlar, heyvanlar və s..) nəzm və müəyyən qanuna uyğunluq əsasında yaradılmışdır ki, bütün ağıl sahibləri bunu təsdiq edirlər.
    2-hər bir nəzmin və qanunauyğunluğun bir səbəbi olmalıdır.
    3-heç bir varlıq öz-özünə və yaxud təsadüf nəticəsində vücuda gələ bilməz.[9]
    Beləliklə, Allah varlığını isbat etmək üçün istifadə etdiyimiz «nəzm dəlili» yuxarıda qeyd olunmuş üç əsasdan təşkil olunmuş və mö'təbər bürhan (dəlil) hesab olunur.
    KAİNATDA OLAN ƏSRARƏNGİZ İŞLƏR
    Bu haqda söhbəti sona çatdırmaq üçün kainatda mövcud olan nizam-intizamdan bir neçə nümunəni qeyd edib, daha artıq mütaliəni əziz oxucuların özlərinə həvalə edirik.
    1-İnsanın yaranışı;
    Həzrət imam Sadiq (əleyhis-salam) Müfəzzəl adlı səhabələrindən birinə belə buyurub:
    Ey Müfəzzəl! İnsanı sair heyvanlardan üstün edən hissiyyat və dərk üzvləri haqqında düşün.
    Minarə üzərində olan çıraqlar kimi insan başında olan gözlərə bax ki, necə də hər şeyi aydıncasına görür.
    Gözlər bədənin aşağı üzvlərində (əllər və ayaqlarda) deyil, başda yerləşdirilmişdir. Çünki əks halda (hər şeyi yüksəkdən müşahidə etmək olmaz və) onu müxtəlif hadisələrdən qoruyub saxlamaq çətin olardı.
    ....Həmçinin bu gözlər insanın qarın və yaxud kürək nahiyəsində yerləşdirilməmişdir. Çünki belə bir halda əşyaları görüb (ətraf mühitdən) xəbərdar olmaq çətin olardı.[10]
    Doğrudan da insanın yaranışına baxdıqda təəccüblənir və onun (hikmətli xaliqinin) varlığına inanırıq.
    Bizi bu cür əcaib yaranışlara qarşı təəccübləndirməyən əsas amil isə onlara adət gözü ilə baxmağımızdan irəli gəlir. Məsələn, adət baxışını kənara qoyub dünyaya yeni gəlmiş körpəyə nəzər salsaq, gözlərimizə inanmayacağıq. Çünki neçə ay bundan qabaq bir neçə damcı spermadan ibarət olan nütfə, hal-hazırda görən, ağlayan və gülümsəyən bir insana çevrilmişdir...
    2-Heyvanların yaranışı;
    Həzrət imam Sadiq (əleyhis-salam) buyurur: «Heyvanlar ölüm vaxtının çatdığını bilən kimi, özlərini alçaq və dərin bir yerdə gizlədərək orada ölürlər. Belə olmasaydı bütün düzənliklər (və dağlar) onların pis və qoxumuş iyinə aludə olar və nəticədə (yoluxucu) vəba xəstəliyi hər yerə yayılardı.»[11]
    Görəsən hevanlara bu işi kim öyrətmişdir? Onların bu təəccüblü işi təsadüfi ola bilərmi?...
    Tanınmış zooloq professor henri özünün «heyvanlar və quşların həyatı» kitabında belə yazır:
    «Bə'zi heyvanlar özlərini müalicə etməkdə böyük məharətə malikdirlər və hətta insanlar bir sıra xəstəliklərin müalicəsini onlardan öyrənmişlər. Məsələn, ayaqları uzun olan balıqyeyən bir quş bə'zi vaxtlarda yerə enərkən ayaqları əzilir və yaxud sınır. O, özünü müailicə etmək üçün dənizin sahilində yerləşən palçıq bataqlığına tərəf uçub, ayaqlarını yaş palçığa batırır və sonra palçığı qurutmaq üçün günəşin şüası altında durur.
    Bu quş ayaqlarında olan sınığı sağaltmaq üçün bir müddət özünü bu halda saxlayır.
    Hal-hazırda müxtəlif sümük sınıqlarının kipsə qoyulmasında istifadə olunan maddə elə bu quşun istifadə etdiyi möhkəm və yapışqan maddədən ibarətdir.»
    Həqiqətdə kainat valıqlarının hər biri sağlam düşüncəli insan üçün ən böyük ilahi nişanə sayılır.
    3-Göylər və yerin yaranışı;
    Bildiyiniz kimi yaşadığımız yer kürəsi günəş sistemində yerləşən bir planetdir.
    Günəş sistemində doqquz planet vardır ki, onlar aşağıdakılardan ibarətdir:
    1-Merkuri:
    2-Venera:
    3-Yer: (Canlı varlıqların yaşayış məskəni)
    4-Mars:
    5-Yupiter:
    6-Saturn:
    7-Uran:
    8-Neptun:
    9-Pluton:
    Adlarını sadaladığımız planetlərin hər birisi öz ətrafında, eləcə də günəş ətrafında fırlanır və heç vaxt bir-biri ilə toqquşmurlar. Görəsən bu nəzm və intizam təsadüfi ola bilərmi?
    Bizim yaşadığımız yer kürəsi ilə günəş arasında olan fasilə 150,000,000 kilometrdir ki, bə'zi astranomiya alimlərinin əqidəsinə əsasən bu fasilə bir az çox və ya az olsaydı yer kürəsində yaşayan canlılar istidən və ya soyuqdan məhv olub aradan gedərdilər.
    Yer kürəsinin 384 394 kilometrlik fasiləsində isə ay yerləşir ki, saatda 3680 kilometr sür'ətlə hərəkətdədir. Görəsən bütün bunlar öz başına vücuda gəlmişdirmi?
    Yer kürəsində mövcud olan cansız məxluqlar, heyvanlar, bitkilər və insanların hər birində ağıl sahibləri üçün onları yaradanı tanımaqda çoxlu nişanələr vardır.
    ALLAHIN TƏKLİYİNƏ OLAN SÜBUTLAR
    Allah varlığı haqda söhbət açıb onun varlığını isbat etdikdən sonra Onun təkliyinə aid olan sübutları diqqətinizə çatdırırıq:
    Ağıl yolu:
    Heç bir sağlam ağıl və düşüncə sahibi bu kainatın iki, yaxud daha çox Allahı olmasını təsdiq etməz.
    Çünki xalis olan bir həqiqətdə «çoxluq» məfhumunun mə'nası yoxdur. həmçinin nəhayətsiz varlıq üçün şərik qoşmaq da düzgün deyildir.
    Bütün bunlardan əlavə biz iki Allaha əqidə bağlasaq, bu iki Allahın müəyyən bir məkanda olduğunu da qəbul etməliyik. Lakin Allahın hər hansı bir məkanda olduğunu desək, Onun cisim olduğunu da qəbul etməliyik. Cisim isə mürəkkəbdir və onun yaradana ehtiyacı vardır.
    Allah-təala nəhayətsiz bir həqiqət və varlıq olaraq heç bir şeydən tərkib tapmamış heç bir məkanda deyil və heç bir xaliqin məxluqu da sayılmır.
    Ayə və hədislər:
    1-Ənbiya surəsi, ayə 22:
    «Göylərdə və yerdə (bu kainatda) bir olan Allahdan başqa ayrı bir Allah olsaydı, onların nizam-intizamı bir-birinə dəyib aradan gedərdi.»
    2-Tovhid surəsi, ayə1-4.
    Bağışlayan və mehriban Allahın adı ilə. (Ey peyğəmbər!) De ki, Allah birdir və Hər bir şey ona möhtacdır. O nə doğmuş nə də doğulmuş və heç bir şey ona tay ola bilməz.
    Bu haqda nəql olunmuş bir neçə hədis:
    1-Səhabələrdən biri Həzrət İmam Sadiq (əleyhis-salam)-dan soruşdu:
    Allahın birliyinə olan sübut nədir? həzrət imam Sadiq (əleyhis-salam) cavabında buyurdu: (Kainatda mövcud olan) tədbir, həmahənglik və xilqətin kamilliyi (Allahın təkliyi üçün sübutdur).
    həzrət İmam Sadiq (əleyhis-salam) daha sonra bu ayəni oxudu: Göylər və yerdə (bu kainatda) bir olan Allahdan başqa ayrı bir Allah olsaydı, onların nizam-intizamı bir-birinə dəyib aradan gedərdi.[12]
    2-həzrət Əmirəl-Mö'minin imam Əli əleyhissalam oğlu həzrət imam Həsən əleyhissalama yazdığı məktubda buyururdu:
    «Oğlum! Bil ki, Alllahın şəriki olsaydı, (o Allah da) öz peyğəmbərlərini göndərər və sən onun iqtidar və hökumətinin əsərlərini müşahidə edib sifətlərini (xüsusiyyətlərini) tanıyardın. Lakin (bir olan Allahın) özünü tanıtdırdığı kimi, o vahid Allahdır...»[13]
    Beləliklə istər ağıl, istərsə də ayə və rəvayətlərdən belə başa düşülür ki, bu kainat varlıqlarının yalnız və yalnız bircə Allahı və xaliqi vardır. Allaha şərik qoşmaq isə mə'nasız və düşüncəsiz bir işdir.
    İLAHİ SİFƏTLƏR
    Allah təala bir sıra sifət və xüsusiyyətlərə malikdir ki, onları «sübuti» və «səlbi» sifətlərə ayırmaq olar.
    Sübuti sifətlər
    Allah təalanın uca məqamı və kamalından xəbər verən sübuti sifətlər aşağıdakılardan ibarətdir:
    1-Vəhdət (Allahın tək və yeganə olması).
    2-həyat (Allahın həmişə diri olması).
    3-Həqq (Allahın həmişə sabit olması).
    4-Qəni (Allahın ehtiyacsız olması).
    5-Səməd (Allahın möhkəm və ehtiyacsız olması).
    6-Qəyyum. (Allahın Öz zatına arxalanması).
    7-Qüdrət (Allahın hər bir şeyə qadir və bacarıqlı olması).
    8-Alim (Allahın bilici olması).
    9-Bəsir (Allahın hər şeyi görməsi).
    10-Səmi' (Allahın hər şeyi eşitməsi).
    Qur'ani-kərimdə qeyd olunmuş ilahi sifətlər çoxdur və biz bu on sifəti sadalamağa kifayətlənirik.
    İlahi sifətlər Allah zatının özüdür və bu sifətlərlə Allahı vəsf etmək, Onun müqəddəs zatını yad etməyə kifayət edər.
    Qeyd etmək lazımdır ki, Allahın bu müqəddəs sifətlərini dərk etmək biz insanların ağılından xaric bir şeydir. Çünki insanların ağıl və düşüncəsi məhdud, Allahın bu uca sifətləri isə nəhayətsiz və mütləqdir.
    Mütləq və nəhayətsiz bir vücud da məhdud bir yerdə yerləşə bilməz və dərk olunmaz.
    Həmçinin Allahla müqayisə oluna biləcək bir şey olmayıb və olmayacaqdır. Qur'ani-kərimdə belə buyurulur:
    «(O uca məqamlı) Allahın oxşarı olan Heç bir şey
    yoxdur.»[14]
    İmam Səccad (əleyhis-salam) buyurur:
    Allah-təala insanların zehnində müəyyən bir sifətlə vəsf olunmaqdan ucadır. Çünki onun sifətlərinin həddi-hüdudu yoxdur.
    Səlbi sifətlər.
    Səlbi sifətlər dedikdə, Allahın müqəddəs zatının bir sıra sifətlərdən uzaq və uca olduğu nəzərdə tutulur.
    Diqqətinizi Qur'ani-kərimdə gəlmiş bir neçə səlbi sifətlərə cəlb edirik:
    1-Allahın oxşarının olmaması:
    2-Allahın övladının olmaması;
    3-Allahın başqasından doğulmaması;
    4-Allahın gözlə körünməməsi;
    5-Allah elminə çatmağın mümkünsüzlüyü;
    Qeyd etmək lazımdır ki, Onun elminə çata bilən peyğəmbər və imamlar Allahın bütün elminə deyil, yalnız Onun izni ilə elminin müəyyən bir hissəsinə çata bilərlər.
    Bunu da qeyd etməliyik ki, sadaladığımız «sübuti» və «səlbi» sifətlər sağlam ağıl və düşüncə ilə də isbat oluna bilər.
    ALLAHI KİM YARATMIŞDIR?
    Allahın varlığı haqda tədqiqat aparan şəxslər, həmçinin Onun varlığında şübhə edən insanlar arasında «Allahı kim yaratmışdır? kimi bir sual meydana çıxır ki, bu suala bir neçə mərhələdə cavab vermək olar:
    Birinci: Allah təala başqasının məxluqu olsaydı, öz ilahi dəyərini əldən verər və biz, artıq bundan sonra ağıl və fitrətin hökmünə əsasən onun deyil, onu yaradanın ardınca gedib o (Allaha) sitayiş edərdik.
    İkinci: «Allahı kim yaradıb?» sualı «duzun duzluğu haradandır?» və ya «yağın yağlılığı kimdəndir?» suallarına bənzəyir. Hər bir şey duzlu və ya yağlı olsun deyə ona bu şeylərdən əlavə olunar, amma özlərinin duzlu və ya yağlı olması ayrı bir şeylə deyildir.
    Çünki Allah təala həqiqi varlıq olub bütün valıqları yaradandır.
    Üçüncü: İnsanın ağıl və dərrakəsinin məhdudluğuna görə bu sualı soruşanların təqsirindən keçmək olar.
    Çünki belə bir məhdud ağıl Allahın zatı və yaranışı haqda fikirləşərsə bundan başqa bir şeyi başa düşə bilməz.
    Həzrət Əmirəl Mö'minin imam Əli əleyhissalam bu barədə buyurur:
    «Şübhəsiz Allah təala gözlərə körünmədiyi kimi (insan) ağlının idrakından da xaricdir.»
    Nəticə: Allah təala cisim deyil və Onun yaradanı və xaliqi yoxdur. Allahın xaliqi olsaydı, ona deyil onun xaliqinə sitayiş etməli olardıq.
    Həmçinin O, bütün varlıqların yaradanı olaraq bəşəriyyətin ağıl və idrakından xaric bir varlıqdır.
    Bu haqda sözümüzü həzrət İmam Sadiq (əleyhissalam)-ın kəlamı ilə sona bitiririk ki, o həzrət (ə) buyurur: Həqiqətən Allah təbarək və təala zaman, məkan, hərəkət, intiqal, və sükun ilə vəsf olunmaz, əksinə O, zaman, məkan, hərəkət, sükun və intiqalın yaradanıdır. (Və) zalımlərın dediklərindən çox-çox ucadır.[15]
    ALLAHI GÖRMƏK OLARMI?
    Bə'zi şəxslərin, xüsusilə də dinsizlərin iddiasına görə, insanın görmədiyi bir şeyə iman gətirib ona ibadət etməsi ağılsızlıqdır.
    Bu suala da bir neçə mərhələdə belə cavab vermək olar:
    Birinci: Birinci sualın cavabında qeyd etdiyimiz kimi, Allah təala cisim deyil və yalnız maddi olan şeylər gözlə görünüb, hiss ilə dərk oluna bilər.
    İkinci: Göz ilə görünməyən bir çox varlıqlar vardır ki, Allahı inkar edənlər özləri də onlara inanır və gündəlik həyatlarında ondan söz açırlar ki, ağıl, ağrı, qəzəb, və s..kimi xüsusiyyətləri buna misal vurmaq olar.
    Nəql olunmuş rəvayətə əsasən günlərin bir günü həzrət İmam Sadiqin (ə) şagirdlərindən biri o həzrətin «Allahın gözlə körünməməsi», «Şeytanın Qiyamət günü odda yanması», həmçinin «insanın ixtiyarlı olması» haqda buyurduğu sözlərə e'tiraz edib dedi: Məgər görünməyən varlığa iman gətirmək olarmı? Məgər oddan yaranmış Şeytan odda yana bilərmi?
    Məgər insan ixtiyar sahibi ola bilərmi? və s...
    İmam Sadiq əleyhissalamın «Bəhlul» adlı digər bir səhabəsi bu sözləri eşitcək yerdən bir kəssək götürüb ona tulladı və onun başı al qana boyandı.
    O, Bəhluldan şikayət etdi və hər ikisi məhkəməyə çağrıldılar.
    Birinci başı yarılmış səhabə sözə başlayaraq başının bərk ağrımasından şikayətləndi və ...
    Bəhlul isə özünü müdafiə edərək belə dedi:
    Əvvəla bu şəxs yalan danışır. Çünki baş ağrısı gözə görünmür və o, bir neçə saat bundan qabaq gözlə görünməyən varlıqları inkar edirdi.
    İkincisi: İnsan torpaqdan yaranmışdır və mən onu torpaqla vurmuşam. Lakin o, Şeytanın oddan yaranmasını əldə əsas tutub onun od ilə cəzalandırılmasını inkar edirdi.
    Üçüncü: Bunun dediyinə görə insanlar heç bir ixtiyara malik deyildir və onların ixtiyarı Allahın əlindədir. Gördükləri işlərə görə də Allah taala özü məs'uliyyət daşıyır.
    Belə olan halda onun məndən şikayətlənməsi mə'nasız və ağılsızlıqdır. Çünki o, məndən deyil Allahdan şikayət etməli idi!...
    Üçüncü: Bir sıra Qur'an ayələri və rəvayətlər, həmçinin sağlam ağıl hökmünə əsasən Allahın gözlə görünməsi qeyri-mümkündür:
    1-Ən'am surəsi, ayə.103
    «Gözlər Allahı görə bilməz.»
    2-Ə'raf surəsi, ayə.143.
    «(Musa peyğəmbər) dedi: İlahi özünü mənə göstər. (Allah-təala) buyurdu: Sən heç vaxt məni görə bilməzsən.»
    Allah təala Qiyamət günündə görsənsəydi, Həzrət Musaya (ə) belə bir və'də verilərdi. Lakin «heç vaxt məni görməyəcəksən» sözü ilə özünün gözlə müşahidə olunacağını qeyri-mümkün e'lan etmişdir.
    3-hədisi-Qüdsi:
    Allah təala buyurur: «Mənim məxluqlarım arasında nə yer, nə də göy məni dərk etməyə qadir deyildir. Məni dərk edən, təkcə mö'min bəndəmin qəlbidir.»
    Həzrət Əmirəl Mö'minin İmam Əli əleyhissalam buyurur: «Allah təala gözlər vasitəsi ilə görünmədiyi kimi, ağıl vasitəsi ilə də (lazımınca) dərk olunmaz. Yalnız ürəklər Onu imanın həqiqətləri ilə (dərk edib) görməyə qadirdir.»
    Tohid fəslini Həzrət İma Riza (əleyhis-salam)-ın «Qurrət» adlı bir şəxslə Allah barəsində etdiyi mübahisə ilə sona çatdırırıq:
    Qurrət adlı bir şəxs imam Riza əleyhissalamın hüzurunda bir sıra məsələlər barədə sual-cavab etdi. Söz «tohid»-ə çatdıqda soruşdu: Allah haradadır?
    İmam əleyhissalam: «Hara» sözü məkan bildirən bir ifadədir və bu cür sual aşkarda olanın qeybdə olan şəxsdən sualı kimidir.
    Öz dostunun evinə daxil olub onu evdə görmədikdə «mənim dostum haradadır?» sözünü dediyin kimidir. Lakin Allah təala qeybdə deyildir ki, ayrı bir şəxs Onun olduğu yerə daxil ola bilsin.
    O, hər bir məkanda olub cahanın idarə edəni, həmçinin göylər və yeri xəlq edib onları saxlayandır.
    -Allah asimanın üstündə deyilmi?
    İmam əleyhissalam: O, göylərdə və yerdə olan Allahdır. O, sizi analarınızın rəhmində yaradan (və) sizin olduğunuz hər bir yerdə olan Allahdır....
    -Allah hər yerdədirsə, nə üçün dua edərkən əllərinizi göyə qaldırırsız?
    İmam əleyhissalam: Allah təala öz hikməti əsasında bəndələrindən müxtəlif ibadətlər istəmişdir ki, onların bə'zisi danışıq, bə'zisi əməl və bə'zisi isə müəyyən bir yerə diqqət yetirməyə bağlıdır. Məsələn, Allah təala namaz vaxtı Kə'bəyə tərəf durmağımızı, həmçinin həcc və ümrə əməllərini ona tərəf yerinə yetirməyimizə fərman vermişdir.
    İbadətlərin növlərindən biri də duadır ki, Allah təala öz bəndələrindən dua vaxtı onun qarşısında təvazökarlıq, pərəstiş və kiçiklik əlaməti olaraq əllərini açıb göylərə tərəf qaldırmasını istəmişdir.
    -Mələklər Allaha yaxındır, yoxsa yer əhli?
    İmam əleyhissalam: Yaxınlıq dedikdə qarış və s. şeylərlə ölçülən məsafəni nəzərdə tutursansa, belə bir yaxınlığı Allah barəsində təsəvvür etmək qeyri-mümkündür...
    Allah təala özünün ən uca məxluqlarını idarə etdiyi kimi, ən aşağı səviyyədə olan məxluqlarını da nəzarətsiz buraxmamışdır.
    Allah təala bu böyük kainatı idarə etməkdə əziyyət və zəhmət çəkməz, başqasına möhtac olmaz və yorulmaq bilməz.
    Amma yaxınlıqdan məqsədin mə'nəvi yaxınlıq olsa, (insan və mələk olmasına baxmayaraq) Allah hökmlərinə daha çox əməl edən kəs, Allaha daha çox yaxındır


    Категория: Dinin Əsasları | Просмотров: 2182 | Добавил: Mermidonec | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер