SÜNNƏT
İslam dinində buyurulan vacib əməllərdən biridə sünnət
etməkdir. Belə ki, oğlan uşağı yetkinlik həddinə (həddi-büluğa) çatdığı
təqdirdə, ona sünnət etdirmək vacibdir. Bu işin həddi-büluğa çatmamış
görülməsi daha yaxşıdır. İslamın elmi möcüzələrini daha
yaxından tanımaq üçün sünnət etməyin bir neçə əsrdən sonra kəşf
edildiyi bəzi faydalarına işarə edirik. Sünnət etməyin faydaları 1) Kişilərin xərçəng xəstəliyinə tutulmasınin qarşısını almaq. Bəzi
ölkələrdə, o cümlədən Hindistanda sünnət etmək yayılmadığı üçün cinsi
orqanda xərçəng xəstəliyi, sünnət etməyin rəvac tapdıği digər ölkələrlə
müqayisədə 10 dəfə artıqdır.
Qeyri-müsəlman tədqiqatçıları bu tibbi iş üzərində
geniş axtarış apardıqdan sonra onun müxtəlif faydalarını üzə
çıxarıblar. Bir çox araşdırmalar göstərir ki, sünnətin minimum faydası
xərçəng xəstəliyini azalmasıdır. Bu gün sünnət etmək xərçəng
xəstəliyinin qarşısını almaq üçün bir növ vaksen hesab edilir.
Cinsi orqanının xərçəng xəstəliyinə düçar olduğu 2500 nəfərdən cəmi 33
nəfəri sünnət edilmişdir ki, bu da təqribən hər 76 nəfərdən 1-i
deməkdir (Ola bilsin bu 33 nəfər də gec sünnət olunublar). 2) Qadınlarda xərçəngə yoluxmanın qarşısının alınması 3) QİÇS xəstəliyinin azalma ehtimalı
Sünnət olunmuş insanlarda QİÇS xəstəliyinin yayılma miqdarı azalır.
Sünnət olunmağın faydası o qədər böyük maraq doğurub ki, Afrika
ölkələrində QİÇS xəstəliyinin qarşısın almaq üçün bu metoddan istifadə
edirlər. Çünki, artıq sübut olmuşdur ki, cəmiyyətdə 10 nəfər sünnət
olunarsa bir nəfərin QİÇS xəstəliyinə yoluxmasının qarşısı alınar.
QİÇS xəstəliyinin on altıncı beynəlxalq konqresində xəbər
verildiyi kimi sünnət olunmaq kişilərdə QİÇS-in yayılma imkanını 60
faiz azaldır. Bu tədqiqatlardan alınan nəticə əsasında sünnət vasitəsilə 20 ilin içində milyonlarla insanın canını xilas etmək olar. Sünnət edilmək xüsusilə də QİÇS xəstəliyinə tutulmuş qadınlardan kişilərə yoluxmanın qarşısını almaqda çox təsirlidir. 4) İnfeksion xəstəliklərin qarşısını almaq.
Sünnət olunan yerin, dərisinin alt hissəsi bakteriya və yoluxucu
mikrobların inkişafı üçün əlverişli yerdir. Ona görə də sünnət etmək
cinsi əlaqə yolu ilə iltihablara yoluxmanın qarşısını alır. Bu
iltihablardan əlavə bəzi tədqiqatlar göstərir ki, sünnət olunmuş
kişilərdə sidikdə olan iltihablar digərlərindən daha azdır. Ona görə də
hal hazırda bir çox qərb ölkələrində də bu işi genişləndirirlər.[158] 5) Sünnət olunmayan insanlarda süzənək xəstəliyinin mualicəsi çox çətin və ağırdır.
6) Amerikalı tədqiqatçıların verdiyi məlumata görə sünnət etdirmək,
kişilərdə ziyil yaradan "papilumay" virusunun azalmasına səbəb olur.
7) Sünnət etməmək spermanın sıçrayışını azaldır.
8) Sünnət etməmək sidiyin sıçrayışını azaldır və bəzən də sidik
kanalında daşın yaranması kimi bir çox xəstəliklərin tapılmasına səbəb
olur.
Yeni doğulan uşaqlarda sünnət
Müstəhəbdir ki oğlan uşağını doğulduğunun yeddinci günü sünnət
etsinlər. Elmi baxımdan bu əməlin bir çox faydasını aşağıda gətiririk.
Yeni doğulmuş və südəmər uşaqları sünnət etdirmək, sidik sisteminin
iltihabının qarşısını alır. Uşaqların sidik kanalındakı mikrob, başqa
təhlükəli xəstəliklərlə nəticələnə bilər. Elə bir xəstəlik ki, böyrək
toxumalarının məhv olmasına səbəb olar və sonda böyrəyi inkişafdan
saxlayar. Şübhəsiz siz də avropalıların və amerkalıların yerində
olsaydınız və sizə: "Tədqiqatlar yaşı üç ayadək olan oğlan uşaqlarının
75%-nin sidik sistemində iltihab olduğunu göstərir və bunların 95%-i
sünnət olunmayan uşaqlardır”- deyilsəydi, öz yeni doğulmuş oğlan
uşaqlarınızı sünnət etdirmək qərarına gələrsiniz. Müqayisə etmək
istəsək, deməliyik ki, yeni doğulmuş oğlan uşağı sünnət edilməyibsə bir
yaşınadək sidikliyində iltihabın olma imkanı 10 qat artır. Şəhid
Behişti adına Tibb Universitetinin müəllim, cərrah, və uroloqu Simforuş
həkim bu barədə belə deyir: "Sünnət edilməyən və sidik kanalında
iltihaba düçar olmuş oğlan uşağına ən yaxşı kömək onu sünnət etməkdir".
Qeyd etmək lazımdır ki, doğumdan sonra ilk 24 saatı bu
işi görmək olmaz. Bu da ona görədir ki, sünnət etməyə mane ola biləcək
xəstəliklərin uşaqda olub-olmamasını ayird etmək olsun. İslam
göstərişlərinin incəliyinə və dəqiqliyinə bir az artıq diqqət etməyin
yeridir. Çünki, bu əməlin uşağın doğum günündən bir neçə gün sonra
yerinə yetirilməsi buyrulur, hətta daha dəqiq olaraq bir həftə sonra
olunması buyurulur (müstəhəb bir əməldir). Digər tərəfdənsə qeyd
edilmiş faydalara görə südəmər uşaqların sünnət olunmasını tövsiyə
edir. Hemofili kimi qanaxma yaradan xəstəliyə düçar
olmuş uşaqları sünnət etmək olmaz. Habelə anadangəlmə sidik sistemi
pozulmuş uşaqları da sünnət etdirmək olmaz. Bu anadangəlmə pozuntuların
ən mühümü "haypuspadyazus"dir ki, cinsi orqanın altında sidik kanalında
dəlik olur və bu dəliyin bərpası üçün sünnət olunan yerin dərisinə
ehtiyac olur. Elə buna görə də belə körpələr dəlik bərpa olanadək
sünnət olunmamalıdırlar.
Südəmər uşaqları sünnət edərkən, yarada iltihab, şiddətli
qanaxma, artıq dərini götürmək imkanı olmamaq və cinsi orqanı yaralamaq
kimi təhlükələr olur ki, bu zaman geniş bilik və təcrübə sahibi olan
həkimə müraciət etməklə yaranan hadisənin qarşısını almaq olar.
|