İslam aləminin böyük ictimai, siyasi və dini xadimi Seyyid Cəmaləddin Əsədabadi
Seyyid Cəmaləddin Əsədabadi 1254-cü il şaban ayında atasının dini rəhbərliyini öhdəsinə götürdüyü Hüseyni seyyidlər yaşayan Həmədanın Əsədabad şəhərində nəcib və şərafətli bir ailədə dünyaya göz açmışdır. Seyyid Cəmaləddin kiçik yaşlarından dərin düşüncəli, ağıllı və şüurlu bir insan idi. Uşaq olmasına baxmayaraq oynadığı oyunları belə düşüncə və ağıla malik olduğunu göstərirdi.Seyyid Cəmaləddin beş yaşından başlayaraq ata-anasının yanında Quran oxumağa başlayaraq az bir müddət ərzində ərəb ədəbiyyatının ilkin məlumatlarına yiyələndi. Yaşadığı məntəqədə təhsilini artırmaq üçün lazımi şərait olmadığından bir müddət sonra atası Seyyid Səfdər ilə birlikdə Qəzvin şəhərinə yola düşdü. Dörd il müddətində Qəzvin şəhərində qalaraq bu şəhərdə yerləşən elmi hovzələrdə ərəb ədəbiyyatı, məntiq, üsul və fiqh kimi müxtəlif elmlərə yiyələndi. Seyyid Cəmaləddin bir müddət Qəzvində təhsil aldıqdan sonra 1266-cı ildə atası ilə birlikdə Tehrana səfər edir. Bir müddət istirahət etdikdən sonra Seyyid o dövrün tanınmış və böyük müctəhidi olan Seyyid Muhəmməd Sadiq Təba-təbai Həmədani cənablarının sorağına gedərək, o böyük alimin dərslərində iştirak edir. Seyyid Cəmaləddinin elm baxımından dahiliyi ilə yanaşı əxlaqi fəzilət və kamalı sürətlə Tehran şəhərini əhatə edir. Seyyid Səfdər az bir zamanda Tehranda qaldığı müddət ərzində oğlunun elmi mərhələlərdə inkişaf etməsi üçün yüksək istedad və ruhiyyəyə malik olduğunun şahidi oldu. Bu səbəbdən onu elm dəryasından bəhrələnməsi üçün İslam elmləri hovzəsinin mərkəzi olan "Müqəddəs Nəcəf” şəhərinə aparmaq qərarına gəlir. Seyyid Cəmaləddin 1266-cı hicri ilində atası ilə birgə Tehrandan Nəcəf şəhərinə doğru hərəkət edir. Üç ay Brucerd şəhərində qaldıqdan sonra Müqəddəs Nəcəf şəhərində Şeyx Murtaza Ənsarinin xidmətinə yetişir. Seyyid dörd il müddətində təfsir, hədis, fiqh, üsul, məntiq, riyaziyyat, tibb və digər elmlərdə təhsil almağa məşğul olur. Bu dörd il müddətində seyyid Cəmaləddinin yaşayış xərclərini Şeyx Ənsari öz öhdəsinə götürür. Nəhayət seyyidin elm dərəcələrini təsdiq edərək Şeyx şəri işlərdə ona hökm vermə icazəsini verir. Seyyidin sürətlə elmi nəaliyyətlərə yiyələnməsi və dahiliyi Nəcəf, Kərbəla və Samirra alimlərinin heyrətinə səbəb olur. 1270-ci hicri ilində Seyyid bəzi səbəblərdən ustadının məsləhəti ilə Hindistanın Bombey şəhərinə yola düşür. Seyyid 16 yaşında ustadının məslhətinə əsasən etibarlı və inamlı alimlərdən biri ilə su yolu ilə Hindistanın Bombey şəhərinə daxil olur. Amma bu şəhərin elmi bir şəhərdən çox ticarət şəhəri olduğundan seyyidin ürəyinə yatmır və bu səbəbdən az bir müddətdən sonar "İslam aləminin bu böyük siyasi və dini aliminin pak cəsədi İstanbul şəhərində "Şeyxlər məzarı” qəbristanlığında yerləşir. " Seyyid 2 il bu şəhərdə yaşadığı müddət ərzində müxtəlif elmi şəxsiyyətlərlə keçirdiyi görüşündən və əhalinin ümumi yaşayışını müşahidə etdikdən sonra, bəlkə də Hindistanın əyalətlərinin birindən belə kiçik olan Britaniya dövlətinin Hindistanı asanlıqla başdan-başa ələ keçirərək müstəmləkə etməsini və Hindistanın maddi və mənəvi dəyərlərni qarət etməsini aydın şəkildə anlamışdı. Bundan sonra Seyyid öz siyasi və islahatçı fəaliyyətlərini başladı və müstəmləkə düşmənin istedad və uğur sirlərini araşdırmaqla yanaşı, müsəlmanların zəif olma səbəblərini təhlil edir və bu problemin aradan qaldırılması üçün gecə- gündüz çalışırdı. Bundan əlavə Seyyid Əfqanıstan, Misr və Türkiyə kimi ölkələrdə olmuş və yaşadığı şəhərlərin alimləri ilə elmi bəhslər etmiş və müxtəlif tələbələr yetişdirmişdir. Sonda Seyyid Hindistan, İngiltərə və Fransaya elmi və siyasi səfərlərindən sonra Nasirəddin şah tərəfindən dəvət alaraq 1304-cü ilin rəbiul-əvvəl ayında Tehrana gəldi. Amma çox keçmədi ki, rus siyasətçilərindən dəvət almış Seyyid şah və ətrafında olan bəzi nadan şəxslərin paxıllıqlarını gördükdə həmən ilin şaban ayı Moskva şəhərinə yola düşərək bir müddət orada qalır. Nəsrəddin şah əvvəlki hərəkətindən peşimançılıq hissi keçirərək Seyyidi yenidən İrana dəvət edir. Seyyid 1307-cü hicri ilinin rəbius-sani ayında İrana qayıdır. Amma şahın bu mehribançılığı çox çəkmir və Britaniya hökumətinin təkidi ilə Seyyidin fəaliyyətləri dayandırılır. Seyyid etiraz əlaməti olaraq Rey şəhərinə gedərək orada öz fəaliyyətini davam etdirir. Amma burada da onu rahat qoymadılar və şahın göstərişi ilə Rey şəhərinin hakimi Muxtar xan tərəfindən 1308-ci ilin cəmadil-əvvəl ayında şəhərdən çıxarılır. Seyyid həmən ilin şaban ayı İraqa və oradan Londona səfər edir. Bir müddən orada qaldıqdan sonra Sultan Əbdül-Həmidin dəvəti ilə Osmanlı Hakimiyyətində siyasi islahatlar aparmaq məqsədi ilə 1310-cu ildə Türkiyəyə daxil olur. Sultan Həmin ilk öncələr öz hakimiyyətini möhkəmlətmək və gələcəkdə İslam dünyasının xəlifə olması arzusu ilə Seyyidlə həmkarlıq edir, amma sonralar Seyyidin düşüncələrinin onun düşündüklərindən daha üstün və geniş əhatəli olduğunu düşünüb seyyiddən ayrılmaq qərarına gəlir. Seyyid Cəmaləddin Əsədabadi hicrətin 1314-cü ilndə naməlum səbəbdən dünyasını dəyişmişdir. İslam aləminin bu böyük siyasi və dini aliminin pak cəsədi İstanbul şəhərində "Şeyxlər məzarı” qəbristanlığında yerləşir.
Menbe: Www.EhliBeytimiz.info
|