Ey kitab ehli.Öz dininizde heddi aşmayin. Allah baresinde yalniz haqqi deyin. heqiqeten, Meryem oğlu İsa, ancaq Allahin Peyğemberi, Onun tərəfindən göndərilən söz idi.Nisa 171
1.Allahın Peyğəmbəri: Məni öz haqqımdan və həddimdən yuxarı qaldırmayın.Allah məni peyğəmbər etməzdən əvvəl bəndə yaratmışdır. Bir birinizin qeybətini qırmayın. sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı? bu onda ikrah oyadar. Allahdan qorxun. Allah tövbələri qəbul edən və mehribandır.Hucərat 12 2.Məhəmməd(s):Merac gecəsi öz üzlərini dırnaqları ilə cıran bir dəstə camaat gördüm. soruşdum: Ey Cəbrayıl! Bunlar kimlərdir? Dedi: Bunlar camaatın qeybətini edən və abırlarını tökənlərdir. 3.Məhəmməd(s):Qeybət etmək zinadan daha pisdir. Ərz etdilər :Necə? Buyurdu: Kişi zina edir sonra tövbə edir və Allah onun tövbəsini qəbul edir amma qeybət edən, qeybətini etdiyi şəxs tərəfindən bağışlanmayana qədər bağışlanmaz. 4.Məhəmməd(s):Qeybət etmək insanın dininə xora xəstəliyinin onun daxilinə təsir etməsindən daha tez təsir göstərir. 5.Məhəmməd(s):Kim müsəlman kişi və ya qadının qeybətini edərsə, Allah, qeybəti edilən onu bağışlamasa, qırx gün qırx gecə onun namaz və orucunu qəbul etməz. 6.Məhəmməd(s):Ey Əbuzər! Qeybət etməkdən çəkin. Çünki qeybət zinadan daha pisdir. Əbuzər deyir: Ərz etdim ki, ey Allahın Peyğəmbəri qeybət nədir?Dedi: Qeybət odurki, qardaşından onun xoşlamadığı bir söz deyəsən. Əgər onda olan şeydən danışırsansa qeybət etmisən, onda olmayandan danışsan, onda böhtan atmısan. 7.Məhəmməd(s):Elə bir mənzərə görmədimki, qəbrdən daha qorxulu olsun. 8.Məhəmməd(s):Qəbr axirətin ilk mənzilidir. kim ondan salamat keçərsə, onun növbəti mənzilləri asan olar. Əgər salamat çıxmasa, sonrakı mənzillərin çətinliyi ondan az olmayacaq. 9.Məhəmməd(s):Hər kəs özünün bir kəlmə sözü ilə olsa belə, möminin qətlinə kömək edərsə qiyamət günündə alnına "Allahın rəhmətindən naümid (və məhrum) sözləri yazılmış halda Allahın görüşünə gələr. 10.Məhəmməd(s):İşlərin sizlər üçün zülmət gecə tək qaranlıq və şübhəli olduğu vaxt Qurana üz tutun. Çünki şəfaəti qəbul olunan bir şəfaətç, şikayəti qəbul olunan bir şikayətçidir. Kim Qurana üz tutsa, onu cənnətə çəkib gətirər, ona arxa çevirəni isə cəhənnəmə qovar.
|