Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Март » 12 » Peyğəmbərə (s) sədaqət
    11:00 PM
    Peyğəmbərə (s) sədaqət
    hacishahin
    «Məşhədi Dadaş» məscidinin imamcüməsi Hacı Şahin Həsənovun Cümə söhbəti.

    «Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!»

    (Cümə surəsi, ayə 9)

    Sizə və özümə İlahi təqvaya riayət etməyi tövsiyə edirəm.

    Peyğəmbərin (s) şəxsiyyəti ilə bağlı ən heyrətamiz məsələ Peyğəmbərin (s) qısa vaxt kəsiyində böyük naliyyət əldə etməsidir. Peyğəmbər Həra mağarasında olanda Allahdan ona vəhy nazil olur. Bu Quranın ilk ayələri idi. «Yaradan Rəbinin adı ilə oxu!» (Ələq surəsinin ilk ayələri) bununla da Peyğəmbərin boynuna peyğəmbərlik vəzifəsi qoyulur. Peyğəmbər (s) Ilahi vəzifəni alıb geri qayıdır. Bu zaman onun cəmi iki tərəfdarı var, Onlardan biri Əlidir (ə), digəri isə Xanım Xədicədir (s.ə). Bir tərəfdə iki tərəfdar, digər tərəfdə isə zülmət və küfrlə dolmuş bir bütpərəst və müşrik dünyası. Peyğəmbər (s) belə bir çətin şəraitdə təbliğə başlayır. Əli (ə) buyururdu ki, Peyğəmbər (s) təklifini dünyanın ən şər məkanında başladı. Yəni ən acınacaqlı bir vəziyyətdə olan cəmiyyətdə Peyğəmbər (s) təbliğə başladı.

    Cəmiyyət mənəvi tənəzzülün ən aşağı həddində idi. Əli (ə) buyurur ki, dünyada bundan pis cəmiyyət yox idi. Bu cəmiyyətin həyatının bütün sahələri tənəzzülə uğramış bir vəziyyətdə idi. Onlar Kəbəni çılpaq təvaf edən, bütpərəst, qızlarını diri-diri basdıran bir cəmiyyətdə Peyğəmbər (s) iki tərəfdarla təbliğə başlayır. İyirmi üç illik qısa bir zamanda Peyğəmbər (s) bu cəmiyyətin dəyişikliyinə elə nail olur ki, onlar dünyanı mütərəqqi xalqına çevrilməyə başlayırlar. Vəhşi bir millət mədəni bir xalqa çevrilir. Siz birdən ərəblərin bu günkü tənəzzülünə baxsanız deyə bilərsiniz ki, axı bu mütərəqqilik indi seyr olunmur! Düzdür, bunun da xüsusi səbəbləri var. Amma o gün üçün gələn mədəniyyət bir çox Qərb, Avropa ölkələrinin bu günkü inkişafının əsas səbəbkarı oldu.

    Bir Qərb alimi yazırdı ki, möcüzəlidir, Peyğəmbər (s) təbliğə başlayanda ona ilk günlər daş atırdılar, amma iyirmi il sonra elə o Peyğəmbər (s) dəstəmaz aldığı zaman elə o cəmiyyət onun aldığı dəstəmazın suyunu yerə düşməyə qoymayaraq təbərrük üçün suyu ovuclarına alırdılar. Quran onların o günkü vəziyyəti üçün buyurur ki, siz od uçurumunun astanasında idiniz. Peyğəmbər (s) vasitəsi ilə Allah sizə bu uçurumdan nicat imkanı verdi. Peyğəmbər (s) bu vəhşi insanları fədakar ümmətə çevirə bildi. Bilirsiniz, müsəlmanlar hərbi sursat baxımından çox kasıb idilər. Hətta onların döyüş üçün minikləri belə yox idi.

    Döyüşlərin birində qoşun yeriyir, Əbu zərin dəvəsi qoca və xəstə olduğundan qoşundan geri qalır. Qoşun başçılarından biri Peyğəmbərə (s) Əbu Zərin geri qalması xəbərini verirlər. Peyğəmbər (s) buyurur ki, əgər Əbu Zərin bizə çatmasında xeyir varsa Allah bu xeyri bizə verəcək. Bir xeyli yol gedirlər. Gecə qaranlıq düşür. Uzaqdan qaraltı görünür və Əbu Zəri tanıyırlar. Əbu zər qoşuna az qalmış taqətsiz halda huşdan gedib yerə yıxılır. Onu bu halda görən Peyğəmbər (s) Əbu Zərə tez su vermələrini istəyir.

    Əbu Zərə su verirlər, amma baxırlar ki, su tuluğu doludur. Əbu Zər özünə gələndən sonra ondan soruşurlar ki, az qala susuzluqdan həlak olacaqdın, yanında su olduğu halda niyə sudan içməmisən? Əbu zər dedi: «Yanımda su var idi, amma rəva bilmədim ki, Allah Rəsulu (s) su içib ya yox, buna görə də o sudan içmədim» Bu Peyğəmbərin (s) yaratdığı fədakar bir cəmiyyət idi. Onlar Peyğəmbərə (s) vurğun, aşiq idilər. Bütün vücudları Peyğəmbərin (s) məhəbbəti ilə dolu idi. Peyğəmbərə (s) təzəcə iman gətirən, sonradan müəzzini olan Bilala bu məhəbbətə görə sinəsinin üstə ağır daşlar qoyurdular, onu çınqıllar üzərində sürüyürdülər. Onu dindən dönməyə məcbur etdikləri halda o Allahın adını zikr etməkdən bir anlıq qafil olmurdu.

    Məkkəlilər müsəlmanlardan bir neçəsini əsir tuturlar. Onların arasında Zeyd adında bir müsəlman var. Onu qurbangaha, başını bədənindən ayırmağa aparırlar. Baxırlar ki, Zeyd çox məğrur yeriyir. İslam düşməni olan Əbu Süfyan də bu səhnəni seyr etdikcə istəyir ki, Zeydin ağzından İslam Peyğəmbərinin (s) əleyhinə bir söz eşitsin. Buna görə də Zeydə yaxınlaşıyb deyir: «Səni and verirəm sənin Allahına, istərdin ki, indi sənin yerində Peyğəmbərin (s) olsun, sən də öz evində, ailənin yanında olasan?» Zeyd deyir: «And olsun Allaha ki, razı olmaram mən evimdə olduğum halda Peyğəmbərimin (s) ayağına bir tikan batsın. Əbu Süfyan təəccübdən mat, məəttəl qalır, nə deyəcəyini bilmir. Bir az durub: «Dünyada heç kəs öz rəhbərini bunların sevdiyi kimi sevə bilməz» deyir.

    Dar ağacında asılma ərəfəsində olan Peyğəmbər (s) səhabəsi Həbib son anında Quran ayəsi oxuyur və deyir ki, İlahi, biz Peyğəmbərin (s) tapşırığını yerinə yetirdik, bizim halımızdan Peyğəmbərini (s) xəbərdar et, müşriklərin kökünü kəs. Deyirlər o bu sözləri o qədər təsirli deyirdi ki, bu sözlərin vəhşətindən müşriklər üzü üstə yerə düşürlər.

    Ühud müharibəsində Səd adlı Peyğəmbər (s) səhabələrindən biri yaralanıb yerə düşdü. Müharibə bitdikdən sonra Peyğəmbər (s) Sədi soruşdu. Səhabələrdən biri Sədi axtarmağa getdi. O çox axtardıqdan sonra Sədi can verən halda tapır. O şəxs sədə Peyğəmbərin (s) onu axtardığını deyir. Səd dedi: «Peyğəmbərə salamımı çatdır və de ki, Səd ölüm ayağındadır. O sənə Allahın Peyğəmbərlərə (s) əta edəcək ən ali mükafatı verməsini diləyir.» O bir az dayanıb Peyğəmbər (s) səhabələrinə belə bir söz ünvanlayır:» Səhabələrə de ki, onlar sağ olduqları halda Peyğəmbərə (s) bir şey olmasına yol verməsinlər ki, bunun üçün Qiyamətdə Allaha heç bir üzür gətirə bilməzlər.»

    Bu nümunələrə iyirmi üç il ərzində Peyğəmbər (s) necə qura bildi? Bunun bir neçə səbəbi vardır ki, birincisi Peyğəmbərin (s) dəvətənin dəlil və sübut, məntiq əsasında olması idi. Allah Quranda Peyğəmbərə «Camaatı məntiq və dəlil əsasında düz yola dəvət et» buyurur. Peyğəmbər (s) də dəvətini ağıl və məntiqə əsaslandırırdı. O təkcə vəhyi çatrırmır, əksinə, onu tam surətdə əsaslandırırdı. İslam təkcə ona tərəf dəvətdə bu məntiqi əsas qoymu, eyni halda düşmənləri ilə mübahisədə də məntiqi, dəlili əsas şərt qəbul edir.

    Bu gün Qərblilər Peyğəmbəri (s) radikallıq idihamı ilə günahlandıranda az da olsa insafları olsaydı görərdilər ki, onlar öz müxaliflərini dar ağacından asdıqları zaman Peyğəmbər (s) öz müxaliflərini dialoqa dəvət edirdi. O heç zaman ağıl və məntiqdən kənara çıxmırdı. Amma əfsus olsun ki, bu günün təbliğçilərinin əksəriyyəti onun yolunun tam əksi ilə təbliğat aparırlar. Peyğəmbər (s) təbliğində ağıla söykəndikləri kimi bu günün təbliğçiləri daha çox cəhalətə əsaslanırlar. Bu isə İslam dinini müsəlmanlar arasında qərib etməsinə səbəb olub. Görürsən ağıllı adam dini qəbul edir və bu vəziyyətdə çaşqınlıqda qalır. Bu təəssüf ediləcək haldır. Peyğəmbər (s) bir anlıq olsun ağıldan kənara çıxmadı. O nəinki xurafata yol vermədi, bunun insanların beynində zərrə qədər yer aldığını görəndə tez bunun qarşısını alırdı. Onun dininin diri qalmasının birinci səbəbi ağıla istinadı idi.

    İkinci səbəb Peyğəmbərin (s) şəxsiyyətində idi. O son dərəcədə gözəl əxlaq sahibi idi. O insanları mərhəmət və əxlaq ilə dinə dəvət edirdi. Peyğəmbər (s) insalara daim müjdə verir. O heç zaman qaşqabaqlı olmur, insanlarla acı danışmır, sərt rəftar etmirdi. İnsanlara ağıl məntiq və xoş rəftarla təbliğ edirdi. Allah Rəsulu (s) hətta kimsənin batil əməlini ona sərt formada demir, çalışır ki, onun anlayacağı sadə və rahat dildə bunu ona anlatsın. O düzü göstərirdi ki, səhv edən öz səhvindən xəbərdar olsun. O bu yolla gedirdi. Naməhrəmə baxan bir gənci Peyğəmbərə (s) göstərib dedilər ki, bu adam təzə namaza başlayıb, amma naməhrəmə baxır, onu danlayaqmı? Peyğəmbər (s) etiraz edib deyir ki, əgər o şəxs namaza başlayıbsa bu əməlinə də son qoyacaq. Bəzən qadağanın özünə belə zaman lazım olur.

    Peyğəmbər (s) insanlara bəşarət verirdi. Apardığı müharibələr də bu işin son variantı idi. İslam mərhəmət dinidir müharibə yox. Bu ona bənzəyir ki, elə xəstəlik var ki, həkim o xəstəliyin sağalmasında dərmandan, elə zaman olur ki, xəstəlik ağırlaşdığı üçün isə xəstənin bədəninin o üzvünü kəsib bədəni xilas etməkdən başqa çarə qalmadığı üçün həkim bədənin qalan salamat yeri üçün xəstənin bədəninin o üzvünü kəsib çıxarır. Peyğəmbərin (s) müharibələri, cəzaları bu anlamda idi ki, bəzi insanların islahı cəza ilə mümkün olurdu. Peyğəmbərin (s) bu yola əl atması çarəsizlikdən idi. O cəzanın üzərində din qurmamışdı. Əli (ə) Peyğəmbəri (s) tərif edəndə buyurur ki, o çox mahir bir təbib, həkim idi. O xəstələrə baxıb onların vəziyyətinə uyğun onlarla davranırdı. Müharibəsinin hədəfi də onları öldürüb üzərilərində qələbəsini qeyd etmək deyildi, məqsədi hidayət idi.

    Səmamə Yəmamə qəbiləsinin başçısı olan bir şəxs idi. O əvvələr Peyğəmbərlə (s) çox düşmənçilik edərdi. Peyğəmbəri (s) harada görsəydi onu öldürməklə təhdid edərdi. Peyğəmbərdə (s) onun bu sözü müqabilində deyərdi: «Ümidvaram ki, Allah məni sənə qalib edər» Müharibələrin birində onu əsir tutub gətirirlər və məscidin stununa bağlayırlar. Peyğəmbər (s) məscidə girəndə onu əsir vəziyyətində görür. Yaxınlaşıb ona deyir ki, görürsən Allah məni qalib etdi. İndi namazımı qılmağa gedirəm, qoy namazımı qılım sonra sənə uyğun cəza haqqında düşünərəm. Peyğəmbər (s) gedir, namazını qılıb dönür və ona deyir: «Mənim bir yolum budur ki, sən müharibədə əsir düşdüyün üçün səni öldürüm. İkinci yolum budur ki, səni öz qəbilənə verib əvəzində fidyə tələb edim. Bu yolu da din mənə icazə verir. Üçüncü yol da var ki, səni azad edim, çıxıb gedəsən.» Bu sözdən sonra Peyğəmbər (s) yanında olanlardan istəyir ki, onun qollarnı açıb azad etsinlər. O şəxs məsciddən çıxıb elə qapıdaca ağlamağa başlayır. Peyğəmbərin (s) bu addımından sonra o birmənalı qərar qəbul edib qüsl alır, məscidə Peyğəmbərin (s) yanına dönüm İslam dinini qəbul edir. Və bir çox döyüşdə də iştirakı tarixdə qeyd olunub.

    Peyğəmbərin (s) təmənnasız xidməti, gözəl əxlaqı insanların qəlbində özünə yer tapmasına səbəb oldu. Peyğəmbər (s) bu yolda o qədər çalışır ki, Allah Quranda «Peyğəmbər, biz sənə Quranı ona görə nazil etmədik ki, əziyyətə düşəsən» kəlmələrini söyləyir. Peyğəmbər (s) insanların dindən kənar düşmələrinə, günah etmələrinə o qədər narahat olurdu ki, bu narahatlıq onun qəlbini ağradırdı. Buna görə də Allah ona təsəlli verirdi ki, bu qədər qəm çəkib ürəyini əziyyətə salma. Allah istəyəni hidayət edib istəməyəni azdıracaq.

    Bu Peyğəmbər (s) əzəmətinin bir neçə nümunəsi idi ki, dininin bu gün qalması və qiyamətə qədər də inkişafına səbəb olub. Tarixi inkişaf da onu göstərir ki, bu din ilə nə qədər müxalifət çox olubsa bir o qədər də insanların dinə həvəsi artıb. Məhdudiyyətlər dinə qəlblə yönəlişə səbəb olub. Statistika göstərir ki, Peyğəmbəri (s) təhqir edən ölkələrdə bu hadisədən sonra müsəlmanlaşma çox böyük rəqəmlə artmağa başlayıb. Onlar çalışır ki, təhqir, təzyiq, məhdudiyyət ilə dini aradan aparsın, amma Allah Quranda buyurur ki, sizin xoşunuza gəlməsə belə Allah öz nurunu tamamlayacaq.
    Категория: Məqalələr | Просмотров: 1163 | Добавил: Mermidonec | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер