ALİMLƏRİN NƏZƏRİNDƏ ORUCUN CİSMİ FAYDALARI
A) Bir rus alimi yazır:
Oruc - qanazlığı, bağırsaqların zəifliyi və sadə və xroniki iltihab,
daxili və xarici çibanlar, tuperkulyoz (vərəmi), revmatizm, dəri
tökülməsi, göz xəstəlikləri, şəkər xəstəliyi, dəri xəstəliyi, böyrək və
ciyər xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir.
İmsak (aclıq) vasitəsilə müalicə etmək, yalnız yuxarıdakı xəstəliklərlə
məhdudlaşmır. Eləcə də, insan bədənin fundamenti və bədən hüceyrələri
ilə əlaqəli olan xərçəng, sifilis, vərəm və tauna da şəfa bəxş edir.
B) Doktor Əbdüləzizin "İslamda tibb və gigiyeniya" kitabında söylədikləri:
Orucun ən az əhəmiyyətli hissəsi, onun ətrafında söz açdığımız maddi və
səhhətlə ilgili hissəsidir. Heç danılmazdır ki, oruz bir çox hallarda
faydalı, bəzi hallarda isə, müalicə üçün yeganə amildir. Başqa yerlərdə
görürük ki, oruz yeganə çıxış yolu olmasa da, ən gözəl müalicə
üsuludur.
Oruc aşağıdakı yerlərdə müalicə üçün istifadə edilir:
1- Bağırsaqların xroniki iztirablı şəraitlərində və zülal ya nişastalı
maddələrlə mayalanma zamanı. Bu baxımlarda oruc tutmağın xüsusilə də
iki yeməyin arasında su içməməyin və yeməklər arası fasilə yaratmağın
şübhəsiz müalicəvi əhəmiyyətləri vardır. Bu xüsusiyyət mübarək Ramazan
ayında tutulan orucda tam surətdə riayət olunmuşdur.
2-
Az hərəkət və çox yemək cəbəbindən orta çəki. Bu vəziyyətdə iftar
zamanı yeməkdən mötədilliyə riayət etmək və səhər oruca başlayan zaman
su içməklə kifayətlənmək (səhər yalnız su içməklə oruc tutmaq) hər
tərəfli faydalı müalicədir.
3- Yüksək qan təzyiqi. Bu
xəstəlik əyyaşlıq və cismi reaksiyalar zamanı artmağa doğru gedir. Bu
zaman oruc öz müalicəvi rolunu ifa edir. Xüsusilə də insanın çəkisi
təbii halından çox olarsa.
4- Şəkər xəstəliyi (Diabet).
Bu xəstəlik də qan təzyiqi kimi artmağa doğru gedir. Xəstəlik
başlamazdan əvvəl və yenicə özünü büruzə verən zaman əksər hallarda
bədənin çəkisi ağır olur. Bu zaman yenə oruc faydalı müalicə hesab
olunur. Çünki şəkər xəstəliyi kökəlməyin qarşısını almaqla azalır.
Şəkər xəstəliyi yüngül olarsa yeməkdən 5 saat sonra qanda şəkərin
vəziyyəti öz təbii miqdarından aşağı enər və on saatdan sonra minimum
təbii səbiyyəyə enər.
Hətta xəstə unsilin iynəsi
başlayıbsa (xüsusilə də xəstənin çəkisi öz təbii həddini aşarsa) ən
üstün müalicə yolu oruc hesab olunur.
5- Böyrəkdə şiddətli iltihab və xroniki hal olarsa.
6- İltihablı ürək xəstəliklərindən.
7- Oynaqların xroniki iltihabı, xüsusilə kökəlmə xəstəliyilə bir
olarsa. Belə ki, əksər qadınlar 40 yaşından sonra bu xəstəliyə
tutulurlar. Bu xəstəlik haqqında aparılan təcrübələr göstərir ki,
mübarək Ramazan ayında tutulan orucun təsiri müasir tibbi aparatlardan
istifadə, xəstədən qan alma və s. müalicə üsullarından dəfələrlə
çoxdur. Bəlkə də yuxarıda adı çəkilən və orucun şübhəsiz müalicə hesab
edildiyi xəstəliklər barəsində deyə bilərlər ki, belə halda həkimin
göstərişinə ehtiyac var. İslamda isə oruc sağlam insanların
vəzifəsidir.
Deməliyik ki, bu deyilənlər düzdür. Orucun
sağlam insanlar üçün faydası elə bu xəstəliklərin qarşısını almağa
görədir. Xüsusilə də 1-2-3-4 və 7-ci bənddə deyilən xəstələr üçün.
Digər tərəfdənsə bütün bu xəstəliklər insanda tədricən özünü büruzə
verir. Belə ki, bu xəstəliklər başlayarkən onun düzgün diaqnozunu
vermək olmur. Yəni, nə xəstə və nə həkim, xəstəlik ilk dəfə özünü
büruzə verdiyi zaman onu tanıya bilmirlər.
Çünki, tibb
hələ o qədər inkişaf etməyib ki, xəstəliyin bütün səbəblərini tanısın.
Amma tibb baxımından bu xəstəliyin qarşısını almaq üçün oruc tutmaq
zəruridir, hətta hər bir xəstəliyin aşkar olmasından qabaq. Aydındır
ki, hər şeydən öncə gigiyenaya riayət etmək lazımdır.
Statistikanın
verdiyi dəqiq məlumata əsasən məlum olub ki, bədəndə piylənmə və
kökəlmə artarsa, şəkər xəstəliyi qan təzyiqi, oynaqların xroniki
iltihabı bə s. xəstəliklərin baş qaldırmasına şərait yaranır. Digər
tərəfdənsə bədənin çəkisi nə qədər azalarsa, bir o qədər də bu
xəstəliklərin baş qaldırma imkanı azalar.
Ğ) Oruc-bıçaqsız cərrahlıq əməliyyatı
Tibb elmləri dokturu Freyts Bekr deyir: Ən etibarlı, zərərsiz və
qorxusuz müalicə yolu orucdur. Heç bir müalicə metodunu onunla müqayisə
etmək olmaz. Mənim və doktor Şeltunun nəzərinə görə oruc mədə, bağırsaq
və sinir sisteminin ən yaxşı müalicə metodudur. Oruc vasitəsilə müalicə
olunmaq bədəndə yığışmış qalıqları rahatlıqla aradan aparma
qabiliyyətinə malikdir. Ümumiyyətlə orqanizmə həyat fəaliyyətini
yenidən tənzimləmək imkanını verir.
Doktor Simermenin qeyd
etdiyi kimi oruc bıçaqsız cərrahlıq əməliyyatıdır. Xəstəliklərin
qarşısını almaqda onun effekti təsəvvür olunası deyil. Mənim nəzərimcə
cavanlaşmağın bədəni normal vəziyyətə salmağın ən dəyərli metodu
orucdur. Insana yeni hüceyrələrin peyvənd olunması üsulu orucla
müqayisə olunası deyil. Doktor Freyts Bekr deyir: "Oruc tutmaq nə aclıq
çəkməkdir, nə də sırf müalicə yolu deməkdir":- bir növ istirahət
deməkdir. Belə ki, bizim bədənimizə özünü qaydaya salmaq, daxili
təmizlik və artıq maddələrin bayıra tökülməsi imkanını verir. Bu kimi
möcüzəli təsirin sirri bizim canlı orqanizmimizdə gizlənmişdir. Hər bir
insanının daxilində Allah bir müqavimət qüvvəsi yaratmışdır.
Orucla müalicənin tarixi.
Oruc tutmaq mədəniyyətininin kökləri qədim dünya tarixinə gedib çıxır.
Oruc Homerdə də qədim misirlilərin zamanında xəstəni müalicə etmək
metodlarından biri olub. Yunanlılar və bütün Aralıq dənizi ətrafında
yaşayanlar öz xəstəliklərini oruc tutmaqla müalicə edirdilər. İtaliyada
naplitonların zamanında 150 il ərzində həkimlər orucu öz xəstəliklərinə
məsləhət görürdülər. Onun müddəti 40 günə çatırdı. Mən (Doktor Şeltun)
neçə vaxtdır ki, yalnız orucla məşğulam və öz xəstələrimi yalnız orucla
müalicə edirəm. Orucun müddəti isə bir neçə gündən 3 aya kimi çəkir.
Xəstələr həm öz çəkilərini azaltmaq, həm də sağlamlıqlarının yenidən
bərpası üçün oruc tuturlar.
Orucun əleyhinə kitablar
Bəzi təbiblər orucun heç bir elmi əsası olmadığını bildirirlər. Çox
məşhur bir cümlədə deyilir ki, "bir şeyin mümkün olmasının ən yaxşı
dəlili onun baş verməsidir" əgər biz "Oruc sağlamlığın səbəbidir" –
deyiriksə, dəlilimiz bunun çox nümunəsidir. Əvvəla: orucla müalicədə
itirilmiş sağlamlıqlarını geri qaytarıblar. Ikincisi: On illərlə oruc
tutan bir çox insanlar oruc tutmayan çox insanlardan sağlamdırlar.
Amerikalı həkimlərdən biri olan doktor Şeltunun Amerikada orucla çox
uğurlu müalicəetmə müəssisəsi var. O deyir: Oruc əleyhinə yazılmış
kitabların əksər müəllifləri o şəxslərdirlər ki, ömrü boyu hətta bir
dəfə də olsa yeməklərini ötürməyiblər. Oruc tutmağın insanın
sağlamlığında və onun qorunmasında böyük rolu vardır.
Orucla müalicənin nümunələri
1- 1961-ci ildə Vladimir adlı moskvalı cavan fizik iflic xəstəliyinə
düçar olduqdan sonra 45 gün oruc tutaraq sağalmışdır. Bu iş Moskva
qəzetlərinin birində nəşr olunmuş və dünya mətbuatında əks
etdirilmişdir.
2- Yuqoslaviya alimi professor Aleksey
Sevirin orucun gigiyenik və tibbi faydaları haqqda məşhur kitabı var.
O, öz ağ saçlarını oruc tutmaqla qaralda bilib.
Bu iki nümunə dənizdən bir damladır, maraqlananlar "Oruc, həyatınızı xilas edə bilər" kitabına müraciət esinlər.
Oruc tutmaqla sağlam olmaq olarmı?
Əgər sağlam olmaqdan məqsəd bu olsa ki, insanın gələcəkdə öz sağlamlığı
üçün heç bir proqramı olmasın və daima vaxtlı-vaxtsız ürəyi istədiyi
hər bir şeyi yesin ya zərərli adəti yenidən təkrar etsin, təbiətdə belə
bir möcüzə olmamışdır. Bu iş eynilə buna bənzəyir ki, arıqlamış bir
insan hər şey yesin, amma onun yenidən kökəlməyəcəyini güman edək.
Xəstəliyin
səbəbi aradan getməyənədək sağlamlıq yarana bilməz. Sağlamlığı qorumaq
üçün xəstəlik törədən bütün səbəbləri araşdırıb aradan qaldırmaq və
gündəlik həyatdan silmək lazımdır. Hər hansı bir xəstəliyin səbəbləri
xəstəlik yaradan adətlərdir ki, əgər insan yenidən ona tərəf gedərsə
onu xəstələndirər. Oruc tutaraq sağalan xəstə yenidən öz zərərverici
adətlərinə qayıdarsa, onun təzədən xəstələnməsi şübhəsizdir.
Alkoqolizmi tərk edən insan əgər spirtli içki içərsə yenidən
alkoqolizmə qurşanacaqdır. Heç bir kəs təkcə oruc tutmaqla zəmanətli
sağlamlıq əldə edə bilməz. Sağlamlıq üçün nizam-intizam, özünə nəzarət
və nəfsinə hakim olmaq lazımdır. Hər kəs öz bədəninin normasını bilsə
və həmin miqdarda yemək yeyib həddini aşmasa sağlam qalar. İnsanlar
yenidən spirtli içkilərə və siqaretə üz tutarsa, gec yatarsa, havasız
evlərdə yaşayarsa, zəhərli-kimyəvi maddələrə dolu olan içkilər içərsə,
həddindən artıq iş görərsə və öz pis adətlərinə başlayarsa, heç vaxt
xəstələnməyəcəyini gözləməsin.
Oruc tutmaq mədə yarasına səbəb olurmu?
Əvvəla: statistikanın verdiyi məlumata əsasən mədə yarası oruc tutmayan
millətlərdə oruc tutan millətlərdən daha çoxdur. Bu proses əksinə
olsaydı orucun mədədə yara yaratmasını bəlkə də qəbul edərdik.
İkinci
bir tərəfdən: 1966-cı il sentyabr ayında Tokioda keçirilmiş "mədə
xəstəlikləri" dünya konfransında bu xəstəliyin səbəbləri
araşdırılmışdır. Konfransda iştirak edənlərin hər biri öz ölkələrində
keçirdikləri tibbi və gigeyena ilə bağlı yığıncaqlarda əldə etdikləri
nəticələri bu konfransa təqdim etmişdilər. Verilən raportlarda siqaret,
isti yeməklərin həddən artıq yeyilməsi (İslamda qaynar yemək məkruhdur)
həddən artıq su içmək, əsəbləri oyada bilən qəhvə və ədviyyat kimi
ərzaqlara adət etmək, ifrat dərəcədə duzlu və turş yeməklər yemək və
spirtli içkilərdən istifadə etmək kimi faktorlar, xəstəliklərin meydana
gəlməsində əsas amillər kimi öz əksini tapmışdır.