Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın
salavat və salamı seyyidimiz, ağamız, Allahın Peyğəmbəri Mühəmmədə və
onun övladlarına olsun. Ilahi,Sənin övliyaların barədə cərəyan edən
hadisələr barədə Sənə həmd olsun Elə övliyalar ki, onları Özün və dinin
üçün xalisləşdirmisən. Çünki, onlara Öz yanında olan əbədi ne”mətlər
bəxşiş etmisən ki, o ne”mətlər əbədidir. Heç vaxt zail olub aradan
getməz, məhv olmaz. (bu ne”mətləri) bu alçaq təbiətli dünyanın, onun
bər-bəzəkli zər-zivərli dərəcələrində zöhdü onlar üçün şərt etdikdən,
onların da bu şərti qəbul edib öz əhdlərinə vəfalı olduqlarını
bildikdən sonra (əta etdin) və onları (Öz dərganhna) qəbul və müqərrəb
etdin .Yüksək zikri, aşkar sənanı onlar üçün təqdim etdin, onlara
məlaikə nazil edib Öz vəhyinlə onları əzizlədi, Öz elminlə onlara
yardım (əta) etdin, onları Özünə doğru şəfatəçi, razılığına çatmaq üçün
vasitə qərar verdin. Sonra onların bə”zilərini (Həzrəti Adəmin)
Cənnətdən çıxarana qədər orada məskunlaşdırdır. Bə”zilərini isə
(Həzrəti Nuhu) Öz nicat gəminə mindirib onu və onunla birlikdə iman
gətirənləri Öz rəhmətinlə həlak olmadan nicat verdin. Bə”zilərin isə
Özün üçün xəlil (dost) seçdin, o da Səndən sonrakı ümmətlər içrə sadiq
dil, istədi. Səndə onun istəyini qəbul etdin və onları uca məqamlı
etdin Bə”ziləri(həzrəti Musa) ilə ağac vasitəsi ilə danışdın və onun
üçün qardaşından (Harundan) arxa, kömək və vəzir qərar verdin;
Bəzilərini isə (həzrəti Isa) atasız olaraq dünyaya gətirdin və ona
aşkar mö”cüzələr əta edib Ruhul qüdüsla onu tə”yid etdin.
Bunların
hər biri üçün şəriət yol müəyyən etdin. Onlar üçün canişinlər seçdin
ki, hər biri digərindən sonra, müəyyən müddətdə dini hifz etdilər.
Sənin dinini bərqərar edənlər dirçəldənlər Sənin bəndələrinə höccət və
dəlil olsunlar ki, haqq Öz qərargahından məhv olub aradan getməsin və
nəticədə batil əhli haqq əhlinə qələbə çalmasın.Həmçinin bir kəs
deməsin ki, "Ey Rəbbimiz, əgər Sən bizə (Ilahi əzabdan) qorxudan bir
rəsul göndərib (onları) hidayətçi, əlamət qərar versəydin biz də zəlil
və xar olmamış, işimizi Sənin həbibin və nəcib bəndən Mühəmməd (s)
çatmamış Sənin mö”cüzələrinə tabe olardıq”-deməsin,və o,(həzrəti
Mühəmməd)Sənin seçdiyin kimi, xəlq etdiklərinin ağası, seçdiyin
bəndələrin seçilmişi, onların əfzəli, e”timad etdiyin bəndələrin ən
kəramətlisi, oldu.Sən onu Öz peyğəmbərlərindən öncəyə keçirtdin, Öz
bəndələrindən olan səqəleynə (cinlərə və insanlara) peyğəmbər seçdin,
Öz məğrib və məşriqlərini onun ayaqları altından keçirtdin,. Büraqı
onun üçün müsəxxər(ram) etdin, onun ruhunu Öz asimanına doğru pərvaz
etdirdin, Xilqətin vaxtı qurtarana kimi olmuş və olacaq hər bir şeyin
elmini onda əmanət verdin Sonra (düşmənlərinin mö”minlərdən qorxması
ilə) onu nüsrətə yetindin, onu Cəbrəil, Mikail və əlaməti olan
mələklərinlə əhatə etdin ona və”də verdin ki, onun dinini müşriklərin
xoşlmadıqlarına baxmayaraq bütün dinlərə qalib edəsən, və bu iş onu
sadiq bir nazil olan kimi geri qaytardıqdan sonra oldu. və
oranı(qayıtdığı evi ) o və onlar üçün ilk beyt qərar verdik ki,
"Camattın ibadəti üçün qoyulan ilk ev o evdir ki, Bəkkədədir, bərəkətli
olub aləmlər üçün hidayətdir, onda aydın
nişanələr–Ibrahim(əleyhissalam)-ın məqamı vardır. Hər kəs oraya daxil
olasa, əmin-amanlıqda olar” ("Ali Imran” surəsi, 96) və Əhli-Beyt(ə)
barəsində buyurdun:"Allahın iradəsi bu olmuşdur ki, yalnız Siz
Əhli-beytdən hər növ çirkinliyi, aludəliyi aradan aparıb Sizi
pak-pakizə qərar versin” (Əhzab-53)
Sonra Mühəmməd
(s)-ın muzdunu onlara aşkar məhəbbət qərar verdin və buyrdun ki, "(Ya
Mühəmməd) xalqa De: Mən bu risalət müqabilində sizdən, Əhli-beytimə
aşkar məhəbbət bəsləməkdən savayı bir muzd istəmirəm”
Həmçinin buyurdun ki, "Bu iş müqabilində sizdən bir şey istəyirəmsə, o,
sizin xeyrinizədir” və buyurdun ki: "bu iş müqabilində sizdən bir haq,
muzd istəmirəm”
Öz Rəbbinə doğru yolu seçmək
istəyənlərdən başqa yalnız onlar (imamlar) Sənə doğru yol, Sənin
razılığna doğru bir məsləkdirlər.
Elə ki, onun ömrü sona çatdı
(Qədir Xumad) öz vəlisi Əliyyibni ƏbiTalib (əleyhissalam)-ı ayağa
qaldırıb (Allahın əmri ilə) hidayətçi etdi, Çünki o (Peyğəmbər) Ilahi
əzabdan qorxdudan idi və hər bir qövm üçün də bir hidayətçi olmalıdır.
Camaat Peyğəmbər(s)in ətrafını tutmuş halda buyurdu: "Mən hər kimin
mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar
sahibidir. Ilahi, onu sevəni sev, ona kömək edənlərə kömək et! Onu xar
etmək istəyənləri xar et!, sSonra buyuru: "Mən hər kəsin
peyğəmbəriyəmsə, Əli də onun əmirdir” və buyuru: "Mən və Əli vahid bir
şəcərədənik, sair şəxslər isə müxtəlif şəcərələrdəndir.” Peyğəmbər(s)
özünü Musaya, Əlini isə onun vəziri və canişini olan Haruna bənzədib
buyurdu: "Sənin mənimlə olan münasibətin Harunun Musa ilə olan
münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər
yoxdur” və öz qızını ona ərə verdi, elə bir xanım ki, hər iki aləm
qadınlarının seyyidəsidir və (Peyğəmbər)öz məscidinə aid olan işləri
onun üçün də halal etdi, onun qapısından başqa (məsçidə açılan) bütün
qapıları bağladı, sonra öz elm və hikmətini ona əmanət verib buyurur:
"Mən elmin şəhəri, Əli isə o şəhərin və darvazasıdır, hər kəs o şəhəri
və hikməti istəsə, gərək onun qapısından gəlsin”, sonra buyurdu "Ya
Əli, Sən mənim qardaşım, canişinim və varisimsən, ətin mənim ətimdən,
qanın mənim qanımdandır. Sənin barışıq etməyin mənim barışıq etməyim,
müharibən mənim müharibəmdir. Iman, mənim ət-qanıma qarışdığı kimi,
sənin ət-qanınla da qarışıb. Qiyamət günü "Kövsər” hovuzu kənarında
canişinimsən Sən mənim borclarımı rəva qılıb,vədələrimə vəfa edəcəksən”
Səni şiələrin cənnətdə, mənim dövrəmdə nurdan olan minbərlər üstə,
üzləri ağ olacaq Onlar mənim qonşularımdır. Ya Əli! Sən olamasaydın,
məndən sonra mö”minlər(münafiqlərdən) seçilməzdi” Əli (əleyhissalam)
peyğəmbərdən sonra azğınçılıqdan çıxmaq üçün hidayət məş”əli, korluq
üçün bir nur, Allahın mətin rabitə ipi, Onun düzgün yolu oldu.
Rəsuli Əkrəm(s)-ə qohumluq cəhətindən bir kəs ondan (Həzrəti
Əlidən)qabağa keçə bilmədi və həmçinin heç kəs ondan qabaq islamı qəbul
etmədi, heç kəs fəzilətlərindən hər hansı birində ona çata bilmədi.
Müntəzəm olaraq Rəsuli Əkrəmin(s) qədəm qoyduğu yerə qədəm qoyurdu.
Qur”an tə”vili əsasında cihad edirdi. Allah yolunda(çalışanda) məzəmmət
edənlərin məzəmmətləri ona tə”sir etmirdi, Allah yolunda ərəblərin
dilavər pərhləvanlarını təkləyib öldürür, ərəb quldurlarını
tuturdu.Nəticədə Bədr,Xeybər, Hüneyn və s, müharibələrdən o həzrətə
qarşı kin-küdurətlər qalmışdı. Nəhayətdə ona qarşı düşmənçilikdə əlbir
olub onun əleyhinə qiyam etdilər, Həzrət Nakisinlərlə, (Cəməl
döyüşündə), Mariqinlərlə (dindən çıxanlarla) və Qasitinlərlə (Siffeyn
döyüşündə) müharibə edib onları qətlə yetirdi.
Elə ki,
ömrü sona çatdı və ilk bədbəxtə tabe olan axırıncı bədbəxt (Ibni
Mülcəm) onu şəhadətə yetirdi. Rəsuli Əkrəm(s)-in fərmanları
yol,göstərənlərin birinin digərindən sonra gəlməsi ilə yerinə
yetirilməmiş qaldı.Onun haqqına riayət edən az qrup insanlardan savayı
bütün islam ümməti də ona qarşı amansız düşmənliyə qalxıb onun nəslini
kəsmək üçün övladlarını sürgün etmək üçün cəm oldular və bu işə israr
etdilər. Öldürülənlər öldürüldü, əsir edilənlər əsir edildi, sürgün
edilənlər sürgün edildi və Allahın qəzavu-qədəri onlar üçün gözəl savab
ümidi olan qaydada ötüb keçdi. Çünki Allah, yeri Öz bəndələri
içərisində istədiyi şəxslərə irs verir. Gözəl aqibət isə müttəqlilər
üçündür. Hər bir eyb və nöqsandan pakdır Bizim Rəbbimiz, şübhəsiz ki,
Onun və”dləri hökmən yerinə yetiriləcək və Allah heç vaxt Öz vədəsinin
əksinə çıxmaz, O, Əziz (izzət,şövkət sahibi) və Həkimdir (hikmət
sahibi)
Həzrəti Mühəmmədin (s) pak və mə”sum Əhlibeytinə (s) gərək
bütün ağlayanlar ağlasın, bütün ahüfəqan edənlər yalnız onların halına
ahü-fəğan etsinlər. Yalnız onlar kimilərə gərək gözlər yaş axıtsın,
bütün şivən edənlər şivən etsin, bütün nalə edənlər nalə etsinlər,
ürəkləri yananlar onların halından ürək yanğısı kəçirsinlər.
Hardadır Həsən? Hardadır Hüseynin oğlanları? Salehdən sonrakı Saleh,
Sadiqdən sonrakı Sadiq hardadır? Düz yoldan sonrakı yol hardadır?
Yaxşı insanlardan sonrakı yaxşı insanlar hardadır?
Nur saçan günəşlər hardadır?
Nur verən aylar hardadır?Haradadır parlağ ulduzlar? Hardadır dinin
nişanələri, elin sutunları? Hardadır Allahın yer üzündə saxladığı
bəqiyyətullah, elə bir şəxs ki, Peyğəmbərin pak Əhlibeytindən kənarda
deyil.
Hardadır zülmkarın kökünü kəsmək üçün saxlanmış
şəxs? Hardadır əyrilikləri, nadürüstləri düzəltmək üçün intizarı
çəkilən şəxs? Hardadır zülm və düşmənliyi məhv etmək üçün ümid olunan
şəxs? Hardadır fərizə və sünnətləri yeniləşdirmək üçün ehtiyat edilmiş
şəxs? Hardadır din və şəriətin əslinə qaytarmaq üçün ixtiyar verilmiş
şəxs? Hardadır Allahın kitabı və Onun həd-hüdudunu diriltmək üçün arzu
olunan şəxs? Hardadır din və din əhlinin nişanələrini dirildən şəxs?
Hardadır həddini aşanların izzət və şövkətini tar-mar edən? Hardadır
şirk və nifaqın bünövrələrini sarsıdıb məhv edən şəxs? Hardadır fisq,
üsyan, tüğyan əhlini həlak edən şəxs? Hardadır azğınlıq və ixtilaf
şaxələrini kəsən? Hardadır həvayi-nəfsə pərəstişin, əyriliklərin
əsər-əlamətlərini məhv edən? Hardadır yalan, iftira zəncirlərini kəsib
doğrayan? Hardadır təkəbbürləri, inadkarları məhv edən? Hardadır inad
edib və zəlalətə salanların, küfr əhlinin kökünü kəsən? Hardadır Allah
övliyalarına izzət bəxş edib düşmənlərini zəlil edən? Hardadır təqva
kəlmələrini cəm edən? Hardadır ne”mətlərin əta olunduğu Allah qapısı?
Hardadır Allah övliyalarının üz çevirdikləri Allah vəchi? Hardadır
yerlə səma arasındakı əlaqə (ittisal) səbəbi? Hardadır fəth gününün
sahibi və hidayət bayrağını yayan? Hardadır peyğəmbərlər və onların
övladlarının intiqamını alan? Hardadır Kərbəlada qətlə yetirilənin
qanının intiqamını alan? Hardadır o kəs ki, hər kəs ona qarşı çıxsa və
iftira desə məğlub olar? Hardadır o müztər kəs ki, dua etdiyi halda
qəbul olunar? Hardadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi?
Hardadır Müstəfa peyğəmbərin Əliyyi-Mürtəzanın, alnı açıq Xədicənin,
Fatimeyi-Kübranın oğlu? Atam-anam və özüm sənə fəda olaq, sənə gələn
bəlalara sipər, qoruq olaq. Ey (Allah dərgahına) müqərrəb olan
sərvərlərin övladı! Ey (Allah yanında) kərim əziz olan nəciblərin
övladı! (Allah tərəfindən) hidayət olunan yol göstərən rəhbərlərin
oğlu, nəfislrini saflşdırmış (mühəzzəb) xeyirxah insanların övladı?
Hardadır ən nəcabətli, səxavətli (kərim)lərin oğlu? Ey mütəhhər,
pak-pakizə insanların oğlu!Ey parlaq ayların oğlu! Ey nur saçan
çıraqların oğlu!, Ey nur saçan göy cisimlərinin oğlu! Ey nur verən
ulduzların oğlu! Ey aşkar yolların oğlu! Ey aşkar ələmlərin oğlu? Ey
kamil elmlərin oğlu! Ey məşhur sünnələrin oğlu! Ey rəvayət olunmuş
nişanərplərin (ələmlərin) oğlu! Ey mövcud mö”cüzələrin oğlu! Ey məşhud
dəlillərin oğlu!Ey sirati-müstəqimin (düzgün yolun) oğlu! Ey
nəbəil-əzim (böyük xəbər)in oğlu! Ey uca və hikmətli Allah yanında olan
Ümmül-kitabdakı şəxsin oğlu! Ey ayə və bəyyində(dəlil)lərin oğlu! Ey
aşkar və qalib dəlillərin oğlu! Ey aşkar və qalib bürhanların oğlu! Ey
Allahın (xalqa) çatdırılmış höccətlərinin oğlu! Ey Allahın tamamlanmış
ne”mətlərinin oğlu! Ey Taha və Möhkəmat ayələrinni oğlu! Ey Yasin və
Zariyyatın oğlu! Ey Tur və Adiyatın oğlu! Ey (me”racda) Allahın
hüzuruna iki ox məsafəsi, yaxud ondan da yaxın məsafəyə qədər
yaxınlaşan şəxsin oğlu! Elə bir yaxınlıq ki, Əliyy (uca məqamlı) və Əla
(ən uca məqamlı) şəxsin tərəfindən idi Kaş biləydim ki, sənin
iqamətgahın hardadır? Yaxud hansı torpaqda və ya yerdəsən ki, ora səni
üstünə götürmüşdür. Aya qumluq Rəzva dağındamısan? Yoxsa ayrı yerdə?
Yaxud Zi-tuvada məskunlaşmısan? Mənə çox ağırdır ki, xalqın hamısını
görəm, amma sən görünməyəsən və sənə mənim həzin səsim və gizli
pıçıltım çatmasın! Mənə çox çətindir ki, mən salamat olduğum halda səni
bəlalar (imtahanlar) əhatə etsin və mənim ahü-naləm, şikayətim sənə
çatmasın!.Canım sənə fəda olsun, elə bir qaib şəxs ki, bizdən uzaqda
deyildir!. Canım fəda olsun sənə ey o uzaqda olan şəxs ki, bizdən
uzaqda deyilsən.! Canım fəda olsun sənə, sən müştaq mömin və
mö”minələrin arzususan! Onlar səni yad edib nalə ahu-fəğan edirlər.
Canım fəda olsun, o kəsə ki, qarşılaşılma mümkün olmayan möhkəm
izzətlidir.!Canım sənə fəda olsun, ey o kəs ki, böyük alicənablığa
malikdir!Əsla sözlə onunla qarşılaşmaq olmaz. Canım fəda olsun sənə, ey
o kəs ki, köhlənməyən ne”mətlər sahibidir ki, həç nə o ne”mətlərə
çatmaz.! Canım fəda olsun sənə ey o kəs ki, başında şərafət əmmaməsi
var və onun tayı-bərabəri yoxdur! Nə vaxta qədər səni axtarmaqda
sərgərdan qalacağam, ey mənim mövlam? Və nə vaxta qədər və hansı
sözlərlə, münaciatla səni vəsv edim? Mənə çox çətindir ki, sənsiz mənə
cavab verilsin və mənə xoş sözlər deyilsinn, mənə çox çətindir ki, mən
səni (hicranın) üçün ağlayım, başqaları isə səni tərk etsinlər. Mənə
çətindir ki, cərəyan edən hadisələr onlara yox, sənə baş versin. Aya
bir köməkçi varmı, onunla ahu- naləmi ağlamağı ucaldam.? Bir ahu- nalə
edən, fəryad qoparan varmı ki, gizlində onun ahu fəryadından qüvvə
alam? Çöp düşən bir göz varmı ki, (qan ağlayam) o gözlərə mənim gözüm o
çöpləri çıxartmaqda qan ağlamaqda kömək olsun? Ey Əhməd (s) in oğlu,
görəsən sənə doğru bir yol varmı ki, səninlə görüşək? Görəsən bir sabah
günümüz sənin gününlə birləşəcək və biz səndən bəhrələncəyikmi? Nə vaxt
sənin içməli axar çaylarına daxil olub sirab olacağıq? Nə vaxt sənin
güvara suyundan içəcəyik? halbuki, sədamız uzun-uzadı oldu? Nə vaxt
olacaq ki, sübh-axşam sənin yanında olacağıq və gözlərimizin yaşı
quruyacaq (şad olacağıq).? Nə vaxt sən bizi görəcək biz də səni
görəcəyik? Bir halda ki, sən aşkar görünən bayrağını yer üzünün hər
yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən
zalımların canına qəsd edəcəksən və yer üzünü ədalətlə doldurub, öz
düşmənlərinə xarlıq və zilləti dadızdırıb cəzalandıracaqsan? Haqqa
təcavüz edənləri, haqq-qarşısında inadkarlıq edənləri və haqqı inkar
edənləri həlak edəcəksən? Təkəbbürlülərin kökünü kəsəcəksən? Zalımların
kökünü kəsəcəksən və biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha
şükr olsun. Ilahi!, Sən girifdarçılıqları, müsbətləri aradan
qaldıransan və yalnız Səndən kömək istəyirəm, kömək də yalnız Sənin
yanındadır və Sən dünya və axirətin Rəbbisən! Onda لالاimtəhan
olunmuş,bəlalara mübtəla olmuş bəndənin fəryadına çat! Ey fəryad
edənlərin dadına çatan! Ona öz ağasını göstər!,Ey qüvvəsi şiddətli olan
və o həzrətin səbəbi ilə o bəndəndən qəm-qüssəni, kədəri apar və ürək
yanğısını sərinləşdir!. Ey ərşə hakim kəsilən! Ey Ona tərəf
qayıdacağımız şəxs və Ey (arzularımızın) Ona tərəf olduğu şəxs! Ilahi,
biz Sənin və Sənin Peyğəmbərini yad edən vəliyy və dostunu arzulayan
bəndələrik!. Sən o vəlini bizə keşikçi və pənahgah yaratdın, onu bizdən
olan mö”minlər üçün imam qərar verdin, belə isə, bizdən ona salam və
təhiyyət göndər. Ey Rəbbim!,Onun səbəbi ilə bizə Öz kərimini artır,
onun qərar tutduğu yeri bizim üçün qərar tutulan yer və iqamətgah qərar
ver!. Onu bizə təqdim etməklə Öz ne”mətlərini tamamla, ta ki bizi Öz
cənnətlərinə daxil edib xalis bəndələrindən olan şəhidlərlə yoldaş
edəsən!.
Ilahi, Peyğəmbərə və onun Əhli-beytinə salavat
göndər və salavat göndər Imam Zaman(ə)ın cəddi və Sənin Rəsulun
Mühəmmədə–ən böyük ağamıza və onun (Imam Zamanın) atası (Peyğəmbərdən)
kiçik olan ağamıza (Həzrəti Əliyə), nənəsi Siddiqeyi Kubraya–Fatimə
binti Mühəmmədə və onun çox xeyirxah və doğruçu atalarından (sair
mə”sum imamlardan) olan seçdiyin şəxslərə və onun özünə salavat göndər;
Özün üçün seçdiyin şəxslərə və bəndələrindən olan xeyirxah insanlara
salavatların ən fəzilətlisi, ən kamili, ən tamı, ən davamlısı və ən
çoxunu onlar üçün göndər. və o həzrətə sayı üçün bir son, ardı üçün bir
nəhayət, müddəti üçün bir yoxluq olmayan bir salavat göndər!
Ilahi,
onun vasitəsi ilə haqqı bərqarar edib batili məhv et! Öz övliyalarını
onun vasitəsiilə qalib, düşmənlərini ilə zəlil və bizimilə onun
arasında vüsal bərqarar et! Elə bir vüsal ki, bizi onun sələfləri
(Imamlar və Pəyğəmbərlər) ilə yoldaş olmağa aparıb çıxara!. Və bizi
onun kəmərindən yapışıb onun kölgəsində qərar tutanlardan et,! Onun
haqlarını onun özünə qaytarmaqda bizə kömək et!. Onun itaətini etməkdən
çətinlikdə bizə kömək et!. Onun bizdən razı olması ilə bizə minnət
qoy!. Onun rəfət, rəhmətin, dua və xeyir bərəkətini bizə əta et, belə
ki, biz onun səbəbinə sənin rəhmət və kamının (fövz) vüs`ətinə çataq!.
Namazlarımızı onun xatirinə məqbul, dualarımızı onun xatirinə müstəcab
olunmuş qərar ver! Ruzilərimizi onun xatirinə bol, firavan,
qəm-qüssələrmizi onun xatirinə kifayət olunmuş, ehtiyaclarımızı onun
xatirinə təmin olunmuş qərar ver!.Öz kərim vəchinlə bizə doğru nəzər
et!, Sənə doğru yaxınlaşmaq (niyyətimizi) qəbul et! Bizə nəzər et,
rəhmət nəzəri ilə, belə ki, O rəhmət səbəbi ilə Sənin yanından gələn
kəraməti kamil surətdə əldə edək sonra da o rəhməti Öz ehsanınla bizdən
başqa tərəfə çevirmə! Onun cəddini (s) hovuzunda (kövsər) bizi o
həzrətin (Imam Zamanın) canları ilə çoxlu sirab edən, canımıza nuş
olan, zəhmətsiz su verməklə sirab et! Elə sirab et ki, ondan sonra heç
vaxt susamayaq, ey rəhm edənlərin ən rəhimlisi!.