Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Апрель » 23 » Məsumların nurlu kəlamları
    9:21 PM
    Məsumların nurlu kəlamları
     
    Məsumların nurlu kəlamları
    Hədis 1: Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”
    * * *
    Hədis 2: Həzrət Əli (ə) buyurur: "Başqalarına eyib bildiyini özünə də eyib bil.”
    * * *
    Hədis 3: Həzrət Məhəmməd (s) buyurur: "Allahın ən sevdiyi iş dili saxlamaqdır.”
    * * *
    Hədis 4: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.”
    * * *
    Hədis 5: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət olanıdır.”
    * * *
    Hədis 6: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir.”
    * * *
    Hədis 7: Həzrət Məhəmməd (s) buyurur: "İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin.”
    * * *
    Hədis 8: Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən təqvalısı xeyrinə, ya da zərərinə belə olsa, həqiqəti deyən kəsdir.”
    * * *
    Hədis 9: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, az olsa da belə.”
    * * *
    Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: "Özün üçün istədiyini xalq üçün də istə ki, mömin olasan.”
    * * *
    Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir.”
    * * *
    Hədis 13: Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”
    * * *
    Hədis 14: Həzrət Əli (ə) buyurur: "Heç bir əməl yalan kimi çirkin deyil.”
    * * *
    Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: "İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.”
    * * *
    Hədis 16: İmam Riza (ə) buyurur: "Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”
    * * *
    Hədis 17: İbn Abbas (r) nəql edir: "Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: "And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.”
    * * *
    Hədis 18: İmam Təqi (ə) buyurur: "Möminin izzəti xalqa möhtac olmamasındadır.”
    * * *
    Hədis 19: İmam Sadiq (ə) buyurur: "İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).”
    * * *
    Hədis 20: İmam Həsən (ə) buyurur: "Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın.”
    * * *
    Hədis 21: İmam Kazim (ə) buyurur: "Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.”
    * * *
    Hədis 22: Həzrət Əli (ə) buyurur: "Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır.”
    * * *
    Hədis 23: Həzrət Əli (ə) buyurur: "Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir.”
    * * *
    Hədis 24: İmam Həsən (ə) buyurur: "Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən.”
    * * *
    Hədis 25: İmam Səccad (ə) buyurur: "Ən qiymətli adam dünyanın kimin əlində olmasına etina etməyəndir.”
    * * *
    Hədis 26: İmam Kazim (ə) buyurur: "Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”
    * * *
    Hədis 27: Həzrət Məhəmməd (s) buyurur: "Elmi öyrənib ona əməl etməyən adamı Allah qiyamət günü məhşərə kor gətirər.”
    * * *
    Hədis 28: Həzrət Məhəmməd (s) buyurur: "Elm və biliyi bağlayın. Soruşdular ki, necə bağlayaq? Buyurdu: Onu yazmaqla.”
    * * *
    Hədis 29: Həzrət Əli (ə) buyurur: "Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.”
    * * *
    Hədis 30: Həzrət Əli (ə) buyurur: "Tövbə qapısı açıq ikən günahının bağışlanacağından ümidini üzmə.”
    * * *
    Hədis 31: Həzrət Əli (ə) buyurur: "Yalnız öz fikrinə istinad edən kəs büdrəyər.”
    * * *
    Hədis 32: İmam Baqir (ə) buyurur: "Elmi fayda verən alim yetmiş min abiddən üstündür.”
    Hədis 33: İmam Baqir (ə) buyurur: "Dünyasını axirətinə, axirətini isə dünyasına görə tərk edən kəs bizdən deyildir.”
    * * *
    Hədis 34: "(Həzrət Peyğəmbərdən (s) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu:) İnsanın öz əli ilə qazandığı.”
    * * *
    Hədis 35: Həzrət Əli (ə) buyurur: "Ataların öz övladları üçün qoya biləcəyi ən böyük irs ədəb və düzgün tərbiyədir.”
    * * *
    Hədis 36: Həzrət Əli (ə) buyurur: "Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir.”
    * * *
    Hədis 37: Həzrət Məhəmməd (s) buyurur: "Ehtiyacı olmadığı halda mömin qardaşının görüşünə gedən şəxs Allahın görüşünə getmiş kimidir.”
    * * *
    Hədis 38: Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsə var-dövlətinə görə ehtiram göstərən şəxsə Allah lənət etsin.”
    * * *
    Hədis 39: Həzrət Əli (ə) buyurur: "Həyat ölümə necə də yaxındır!”
    * * *
    Hədis 40: Həzrət Əli (ə) buyurur: "Əta etdiyini çox da böyük hesab etmə, sən özün ondan da böyüksən.”
    * * *
    Hədis 41: Həzrət Əli (ə) buyurur: "Nə yaxşı olar ki, insan aza qane olsun, çox əta etsin.”
    * * *
    Hədis 42: Həzrət Əli (ə) buyurur: "Yeməkdə orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz olar.”
    * * *
    Hədis 43: Həzrət Məhəmməd (s) buyurur: "Batini zahirinə müxalif olan kəs münafiqdir.”
    * * *
    Hədis 44: "(Həzrət peyğəmbərdən (s) soruşdular ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda qılınan namaz.”
    * * *
    Hədis 45: Həzrət Məhəmməd (s) buyurur: "Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.”
    * * *
    Hədis 46: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, insan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.”
    * * *
    Hədis 47: Həzrət Əli (ə) buyurur: "Xalq ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.”
    * * *
    Hədis 48: Həzrət Əli (ə) buyurur: "Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu nemət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.”
    * * *
    Hədis 49: Həzrət Əli (ə) buyurur: "Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və boş işlərdən çəkin.”
    * * *
    Hədis 50: İmam Sadiq (ə) buyurur: "Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin.”
    * * *
    Hədis 51: Həzrət Əli (ə) buyurur: "Allah lənət etsin o kəslərə ki, camaatı yaxşı işlərə dəvət edirlər, amma özləri bu işə əməl etmirlər, eləcə də başqalarını pis işdən çəkindirirlər, amma özləri çəkinmirlər.”
    * * *
    Hədis 52: İmam Sadiq (ə) buyurur: "Bizim şiəmiz o kəsdir ki, acından ölsə də belə, camaatdan bir şey diləməz.”
    * * *
    Hədis 53: "(Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu:) "Oğlum, heç kəsin qulu olma, Allah səni azad yaratmışdır.”
    * * *
    Hədis 54: Həzrət Əli (ə) buyurur: "Nəhy əz munkəri, yəni pis işdən çəkindirməyi qəlbi, dili və əli ilə tərk edən kəs dirilər arasında olan ölüdür.”
    * * *
    Hədis 55: İmam Riza (ə) buyurur: "Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Quran təlim etməkdir.”
    * * *
    Hədis 56: İmam Riza (ə) buyurur: "Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq.”
    * * *
    Hədis 57: İmam Baqir (ə) buyurur: "Allah-təala qiyamət günü bəndələrinin sorğusunu onlara verdiyi ağıl qədər (dəqiq) aparar.”
    * * *
    Hədis 58: İmam Sadiq (ə) buyurur: "Zarafatlaşmaqdan çəkin, çünki o, kişinin abrını və heybətini aparar.”
    * * *
    Hədis 59: İmam Səccad (ə) buyurur: "İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”
    * * *
    Hədis 60: Həzrət Əli (ə) buyurur: "Məsləhət etməyən kəs peşman olar.”
    Hədis 61: Həzrət Məhəmməd (s) buyurur: "İnsan üçün elə bir zaman gələr ki, dünyasını salamat gördüyü halda dinini itirməkdən qorxmaz.”
    * * *
    Hədis 62: Həzrət Məhəmməd (s) buyurur: "İki günü bərabər olan kəs zərərdədir.”
    * * *
    Hədis 63: Həzrət Əli (ə) buyurur: "Tamah yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs özünü qiymətdən saldı.”
    * * *
    Hədis 64: İmam Baqir (ə) buyurur: "Süstlük və tənbəllik insanın dininə və dünyasına zərər vurar.”
    * * *
    Hədis 65: İmam Sadiq (ə) buyurur: "Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.”
    * * *
     
     
    Müəllif: Əli Həmədani
    Категория: Hədislər | Просмотров: 2207 | Добавил: Asker | Рейтинг: 1.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер