Kosmetik maddələrin cismani zərərləri
Bir il ədəbli zinətlənmək dəbin yeniləmməsinə səbəb olur və bir il tünd
rənglərdən, istifadə etmək və yenə də gələn il yeni bir dəb, zinət və
gözəllik məsələsində çox bahalı bir dəblə sona çatır. Yalnız cibimiz
üçün deyil, hətta canımız üçün də baha başa gəlir.
Dəridə xərçəng xəstəliyinin artması təravətlənmək istəyən gənc
qadınların Sulariyuma üz tutmasıdır ki, bu da son illərdə dəbin
məxariclərindən hesab olur.
Həddən artıq zinət
əşyalarından və kosmetikadan istifadə etməyin, dərinin gözün və
dodaqların gözəllik və sağlamlığının zərərilə nəticələnir. Məsələn:
uzun müddətli tuşdan istifadə etmək, kipriklərin tökülməsinə səbəb
olur. Pomadadan həddən artıq istifadə etmək isə dodaq dərisinin
nazikləşərək çatlamasına səbəb olur.
İfrat dərəcədə krem
və pudradan istifadə etməyin özü də dəri dəliklərinin tutulmasına səbəb
olur və sonda dəridə səpkilərin yaranmasına bais olur.
Kosmetikanın
digər zərərlərindən biri də onların bəzilərinin saxta olmasıdır ki,
dərinin həssas olmasını büruzə verərək adətən qaşınma, örə xəstəliyi və
üzdə səpkilər zahir olur. Zinət əşyalarının saxta olub olmamasını bir
birindən ayırd etmək o qədər çətindir ki, hətta mütəxəssis
kosmetoloqlar belə bu işin öhdəsindən çətinliklə gəlirlər.
İngiltərə alimlərinin apardıqları tədqiqatların nəticəsinə əsasən
qolaltı deodorantlarında olan aliminum duzu döş nahiyəsində xərçəng
xəstəliyi törədə bilər. Belə ki, aliminum duzu deodorantın 25 % təşkil
edir. Bu kimyəvi maddə asanlıqla dəri və bədənə daxil olur və "strujn"
əməlini təqlid edərək döşdə xərçəng xəstəliyinə səbəb olur.