1. Ədəb bu qədər kifayətdir ki sevmədiyin şeyi başqası üçün də istəməyəsən.
2. Bilmədiyin şeyi danışma, hər bildiyini də demə.Ona görə Allah təala bədəninin hər üzvünə bir hökmü vacib edib ki, qiyamət günü onlar ilə sənə dəlil gətirəcək.
3. Qeybəti dinləyən elə qeybət edən kimidir.
4. Çətinlikdə də asanlıqda da Allahdan razı ol.
5. Qəribədir: başqalarının dövlətinə, vəzifəsiə həsəd çəkirlər.Lakin onların sağlamlıqlarına isə həsəd çəkmirlər.
6. Dostuna bütün sirlərini açma, bir gün həyat onu sənə düşmən edər, peşman olarsan.Düşmənçilikdə pərdəni yırtma, bir gün gələr dostlaşarsan, xəcalət çəkərsən.
7. Yeməkdən əvvəl və sonra əlləri yumaq bərəkəti artırar.
8. Sübh tezdən oyanmaq bədənin möhkəmliyi və Allahın razılığına səbəbdir.
9. Pis xəbəri heç kimə çatdırma.
10. Xeyir işini təxirə salma.
11. Öz qədrini bilən adama ölüm qorxulu deyil.
12. Əmanəti sahibinə qaytar əgər o iynə və sap da olsa.
13. Sənin yaxşı qardaşın o adamdır ki, haqq naminə sənə çox acıqlana, pis işlərdən də səni çəkindirə.
14. O qədər olub ki 1-saatın xoşluğu illər uzunu dərdi qəmə səbəb olub.
15. Az danışanın xətası da az olar.
16. Pislik edənə yaxşılıq etməklə əziyyət ver.
17. Hər kim başqası üçün pis fikirləşsə onun üçün də pis fikirləşərlər.
18. Haqdan uzaqlaşanın ömrü qısalar.
19. Bir suala bir neçə cavab vermək həqiqəti itirər.
20. Allaha görə görülən əməllərin gözəlliyi, onun gizli olmasındadır.
21. Hər kəs "Bilmirəm”sözünü tərk etsə rüsvay və həlak olar.
22. Haqqında yaxşı gümanda olanın zənnini doğrult.