De ki, şəfaət tamamilə allaha məxsusdur. Göylərin və yerin hakimiyyəti Onundur. Anında Ona tərəf qaytarılacaqsınız. ZUMƏR44
Kim Onun izni olmadan Onun yanında şəfaət edər?BƏQƏRƏ255 Rəhman Allahdan əhd - peyman almış şəxsdən başqa, heç kimdə şəfaət olmaz. MƏRYƏM 87 O gün Rəhman Allahın izn verdiyi və sözündən şad olduğu kimsədən başqasının şəfaəti fayda verməz.TA HA109 16.Allahın Peyğəmbəri (s): Vasitəçilik edin ki, mükafat görəsiniz. 17.Allahın Peyğəmbəri (s): Kim öz vasitəçiliyi ilə bir ziyanın qarşısını alsa, ya bir xeyri bərpa etsə, Allah qədəmlər titrəyən günü onun qədəmlərini möhkəm edər. 18.Allahın Peyğəmbəri (s): Ümmətimin arasında mənim şəfaətim, yalnız mənim Əhli Beytimi (ə) sevən şəxsin halına şamil olacaq. 19.Allahın Peyğəmbəri (s):Mən Qiyamət günü qəlbində ağcaqanadın qanadı qədər iman olan şəxsə, hökmən şəfaət edərəm. 20.Allahın Peyğəmbəri (s):Mahmud (həmd olunmuş) məqamına çatanda, ümmətimdən böyük günahlar edənlər üçün şəfaət edəcəm və allah onların barəsində mənim şəfaətimi qəbul edəcəkdir. Allaha and olsun, övladlarımı incidənə şəfaət etməyəcəm. 21.Allahın Peyğəmbəri (s): Hər Peyğəmbər Allah dərgahına dua etmiş və Ondan bir şey istəmişdir. Amma mən öz xahişimi Qiyamət günü ümmətimə şəfaət etmək üçün saxlamışam. 22.Allahın Peyğəmbəri (s): Mənim şəfaətim iki nəfərə çatmaz: Qüdrət sahibi olan zalıma və dindən çıxmış üsyankara. 23.Allahın Peyğəmbəri (s): Mənim şəfaətim müşriklər və zalımlar istisna olmaqla, böyük günah edənlər barəsindədir. 24. Allahın Peyğəmbəri (s): Namazı yüngül sayan mənim şəfaətimə çatmayacaq. allaha and olsun ki, Kövsər hovuzunun kənarında mənimlə görüşməyəcək. 25.Allahın Peyğəmbəri (s): Kim mənim şəfaət etməyimə iman gətirməsə, Allah mənim şəfaətimi ona çatdırmayacaq. 26.Allahın Peyğəmbəri (s): Allah yanında üç dəstə şəfaət edər və şəfaəti qəbul olar: Peyğəmbərlər, sonra alimlər, sonra şəhidlər. 27.Allahın Peyğəmbəri (s): Şəfaət etmək peyğəmbərlərə, vəsilərə, möminlərə və mələklərə məxsusdur. 28.Allahın Peyğəmbəri (s): Şəfaət edənlər 5dir: Quran, qohumluq, əmanət, sizin peyğəmbəriniz və Peyğəmbərinizin Əhli Beyti (ə) 29.Allahın Peyğəmbəri (s): Allahdan mənim vasitə olmağımı diləyin. Kim mənim vasitə olmağımı diləsə, ona şəfaət olunar. 30. Allahın Peyğəmbəri (s):Tövbədən faydalı şəfaətçi yoxdur. 31.Allahın Peyğəmbəri (s): İmamlar Hüseynin (ə) nəslindəndir. Kim onlara itaət edərsə, Allaha itaət etmişdir. Kim onlara itaətsizlik göstərsə, Allaha itaətsizlik etmişdir. Onlar Allaha yaxınlaşmaq üçün ən möhkəm vasitədirlər. 32.Allahın Peyğəmbəri (s): Həqiqətən sabah Qiyamətdə sizlərdən mənə ən yaxın və mənim şəfaətimə ən çox ləyaqəti olan şəxs ən doğru danışanınız, əmanətə hamıdan çox sadiq olanınız, hamıdan əxlaqlı, insanlara ən yaxın olanınızdır. 33.Allahın Peyğəmbəri (s): Möminlərin arasında da elələri var ki, Rəbiə və Muzir qəbilələri qədər şəfaət edəcəklər. şəfaətə hamıdan az haqqı olan möminlər fəqət otuz nəfərə şəfaət edəcəklər. 34.İmam Sadiq (ə): Vasitəçilik məqamın zəkatıdır. 35.İmam Sadiq (ə): Şəfaət haqqı yalnız.......ayəsi barədə : Yalnız Əmirəl Mömininin(ə) və ondan sonra gələn imamlar etiqadı olanlara məxsusdur. bu da Allah yanında sahib olduqları həmin əhd - peymandır. 36.İmam Sadiq (ə): (dünyadan köçmək anı gələndə, qohumlarına yanına toplaşmasını tapşırdı və buyurdu:) Namazı yüngül sayan heç vaxt bizim şəfaətimizə nail olmayacaq. 37.İmam Baqir (ə): İnsan var öz xalqına və qohumlarına şəfaət edəcək, insan var öz ailəsinə şəfaət edəcək, insan da var öz əməli qədər iki nəfər haqqında şəfaət edəcək. Budur, elə Mahmud (bəyənilmiş) məqamı.
|