Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Март » 15 » Həzrət Əlinin (ə) irsinə əsasən düşməni tanımaq metodologiyası
    2:37 PM
    Həzrət Əlinin (ə) irsinə əsasən düşməni tanımaq metodologiyası

    Həzrət Əlinin (ə) hökuməti ilə müxalif qüvvələrin törətdiyi üç hadisədə düşmənin düşmənçılık üsulu da müxtəlif idi. Onlar öz hədəflərinə çatmaq üçün mümkün olan bütün variantlara əl atdılar. "Nakisin” hadisəsində bu düşmənçiliyin ən ciddi forması müşahidə olunur. "Nakisin” iğtişaşını təşkil edənlər Peyğəmbərin (s) əshabı və həzrət Əliyə (ə) ilk beyət edən şəxslərdən ibarət idi. Təlhə və Zübeyr o hadısənin mənfi simvolu kimi yadda qalıb. Belə hadisələri araşdırmaqla zahirdə dost siması ilə maskalanmış düşmənləri daha tez müəyyən etmək olar. "Nakisin” (əhdi pozanlar) hadisəsi mənfi hədəflərdən qaynaqlanan ağrılı bir hadisədir. Bu hadisə ibrətlə doludur. Onların dünya arxasınca olması nəhayət nifaqa gətirib çıxardı və onlar Həzrət Əli (ə) ilə mübarizəyə başladılar. Bu, dünyanı imtahan sayan bütün şəxslər üçün ibrət dərsidir. Bu imtahanın ana xəttini Allah eşqi təşkil edir. Həzrət (ə) buyurub: "And olsun Allaha! Müaviyə məndən daha siyəsətçı deyil. O, hiyləyə əl atır. Mən isə hiylə əhli deyiləm”.



    Həztər Əlinin (ə) baxışında düşməni tanımaq metodu

    Müxtəlif təşkilatların müəyyən hədəfə çatmaq üçün birləşib fəaliyyət göstərəməsi çox təsirlidir. Batil, haqsız qruplar aralarında ixtilaf və düşmənçilik olmasına baxmayaraq, haqqın müqabilində müttəfiq olub bir qüvvəyə çevrilirlər. Həzrət Əli (ə) "Nəhcül-bəlağə”də "əhdi pozanlar”dan söhbət açıb onların müxtəlif qruplardan təşkil olmasına işarə edir. Düşmənlər öz hədəflrinə çatmaq üçün bir-biriləri ilə müttəfiq olurlar. Onlardan Təlhə, Zübeyr, Səhl ibn Üməyyə və Abdullah ibn Amirin adlarını sayaraq buyurur: "Təlhə və Zübeyr, Osmanın əleyhinə üsyan edənlərdəndir. Buna baxmayaraq onlar "Cəməl” müharibəsnində Osmanın məmurları tərəfindən maliyyələşdirılirdi”. Səhl ibn Üməyyə Osman tərəfindən Sənəndə başçı təyin olunmuşdu. Çoxlu mal yığıb Zübeyrə vermişdi.

    Abdullah ibn Amir də Ömərin məmurlarından biri idi. O da belə bir məbləğlə qoşun təşkil etdi. "Əskər” adlı bir dəvənin qarşılığında altı yüz dirhəm Təlhəyə verdi”.

    İbn Əl-Hədid yazır: "Təlhə və Zübeyr qiyam etdikləri zaman Müaviyə, Zübeyrə yazdığı məktubda onu əmirəlmöminin adlandırır:

    "Rəhman və Rəhim Allahın adı ilə. Əbu Süfyan oğlu Müaviyədən Allah bəndəsi əmirləmöminin Zübeyrə! Salam olsun sənə. Mən Şam əhlindən sənə beyət etmələrini istəmişəm və onlar da qəbul ediblər. Hamlıqla sənə itaət etməyə hazırdırlar. Bəsrə və Kufəni nəzərdən qaçırma! Yoxsa Əbu Talib oğlu səni arxada qoyacaq. Bu iki şəhəri ələ keçirdikdən sonra çətinlik qalmayacaq. Mən səndən sonra Təlhə ilə beyət etdim”. Osmanın qanını (intiqamnı) tələb edin və camaatı da buna çağırın. Bu işə ciddi yanaşın və çalışın”.

    Həzrət Əli (ə) bu birliyin "şeytan qrupu” adlandırıb buyurub: "Bilin ki, şeytan öz qoşununu toplayıb, öz süvari və piyadalarını çağırıb”.

    Həzrət Əli (ə) müsəlmanlara məlumat verir ki, düşmənlər öz məqsədlərinə çatmaq, İslam hökumətini devirmək üçün müəyyən birlik və qruplaşmalarla müttəfiq olur, mübarizəyə davam edirlər. Onlar, rədd etdikləri haqdan tökdükləri qanla intiqam almaq istəyir.

    Şüarlar və bəhanələr

    Müxaliflərin ən təsirli üsulu camaatın xoşladığı şüarları car çəkməkdir. Düşmən bu yolla ictimaiyyəti ələ alır, lazım olan atmosferi yaradır, qaldırqıları qiyamı xalq hərakatı adlandırmaq üçün münasib şüarlar səsləndirir. Belə şüar və bəhanələr dövrün tələblərinə uyğun olaraq tapılır. Həzrət Əlinin (ə) hökuməti dövründə Osmanın qanı müxaliflər üçün münasib bir bəhanə idi. Qəribə odur ki, Osman hökuməti ilə müxalif olan, onun ölümündən sevincini belə gizləməyənlər, onun intiqamını almaq şüarı altında Həzrət Əliyə (ə) qarşı mübarizəyə qalxdılar. İbn Əbilhədid deyir: "Təlhə, camaatı Osmanın əleyhinə qaldıran ən amansız qüvvə sayılırdı. Ondan sonrakı yeri isə Zübeyr tuturdu. Bil-Üzri, Əbu Muhnif və digərlərinə istinad edərək yazır: "Camaat Osmanı mühasirəyə saldıqda, Təlhə mühasirəni darlaşdırmaq və Osmanın ölümünü daha da yaxınlaşdırmaq üçün su və çörəyin ona göndərilməsinin qarşısını aldı. Nəhayət Həzrət Əli (ə) bundan qəzəblənib Osman üçün su göndərdi. Həzrət (ə) bu barədə buyurur: "And olsun Allaha! O, (Təlhə) Osmanın qanı (intiqamı) üçün tələsmirdi. Osmanın (intqamını ondan alıncağından) qanının ondan tələb oluncağından qorxudu. Çünki Osmanın qətlində müttəhim o idi. Camaat içində Osmanın qanına ondan çox həris (susayan) tapılmazdı”.

    Başqa bir yerdə buyurub: "Onlar özlərinin rədd etdikləri haqqı tələb edir, tökdükləri qanın (itiqamını) alınmasını istəyirlər. "Nakisin” camaat arasına şübhə salmaq üçün ümumi fikri əsl hədəfdən yayındırıb, Həzrət Əlinin (ə) hökumətini devirmək üçün bir qrup şəxsi intiqam adı ilə topladılar. Həzrət "nakisin” barəsində buyurub: "Gətirdikləri bəhanələrin zahiri rəngi olsa da (üzdə nə isə tələb edirdilərsə də) batində o, heç bir şeydir”. Həzrət Əli (ə) düşmənlərinin bəhanə gətirməsini xatırlatmaqla bizə hər zaman düşmənin bəhanə metodundan istifadə edəcəyini anladır.


    Sayılan, seçilən simalardan, şəxsiyyətlərdən istifadə etmək metodu

    Tanınmış şəxsiyyətlərdən və simalardan sui-istifadə etmək - məqsədə çatmaq üçün mühüm amillərdən biridir. Düşmən çalışır ki, belə şəxsiyyətlərin nüfuzuna söykənib istədiyi hədəfə çatsın. "Nakisin” də bu üsuldan istifadə etdi. Onlar Peyğəmbərin (s) zövcəsi Aişəni bu məqsədlə özlərinə tərəf çəkdilər. Aişə, peyğəməbrin (s) zövcəsi olmaqla yanaşı, onların əqidəsinə görə həm də (ümmül-möminin) möminlərin anası idi. Bu səbəbdən müsəlmanlar ona hörmət edəcək və Həzrət Əliyə (ə) qarşı mübarizəyə qalxacaqdılar. Bu plan təsirsiz deyildi. Həzrət Əli (ə) "nakisin”in belə bir üsula əl atması haqqında buyurub: "Onlar qiyam etdilər, Allah Peyğəmbərinin (s) zövcəsini satlıq kəniz kimi öz arxalarınca apardılar. Öz zövcələrini (yad baxışlardan qorumaq üçün) evdə pərdə arxasında saxladılar. Peyğəmbərin (s) zövcəsini (məhrəmini) isə pərdə arxasında saxlamayıb, özlərinin və başqalarının (naməhrəm) gözləri qarşısına çıxardılar”.

    Təlhə və Zübeyr üçün Aişə ən böyük təbliğat vasitəsi idi. Onu möminlərin anası adlandıraraq, bu qondarma əsasdan sui-istifadə etməyə başladılar. Cəməl döyüşündə camaatı Həzrət Əlinin (ə) əleyhinə qaldırdılar. Həzrət Əli (ə) düşmənin bu üsuluna belə münasibət bildirir: "Belə bir azğınlığın qarşısını almaq üçün (qurtulmaq üçün) fərdin şəxsiyyətini deyil, haqqı tanımaq lazımdır”.

    Həzrətin (ə) göstərdiyi bu yol müqəddəs hədəfləri qorumaq üçün ən gözəl üsuldür.

    Şübhə yaratmaq

    Batilin əksinə olaraq haqq, insan fitrəti ilə uyğunlaşır. Bu da onunla sonuclanır ki, batil nə qədər gözəl, haqq kimi göstərilsə də, həqiqi haqqın xüsusiyyətlərini daşımayacaq. Batil o zaman təsirli ola bilər ki, ona həqiqət donu geydirilsin. Bu üsulu Həzrət Əli (ə) "Nəhcül-bəlağə”də "şübhə” adlandırıb. Həzrət buyurub: "Şübhə ona görə şübhə adlanıb ki, onun həqiqətə oxşarlığı var”. Allah dostlarını hidayət edən isə onların qaranlıq yoluna işıq salan yəqinlikdir. Allah düşmənlərinin vücudunu saran azğınlıq onları şübhəyə salır. Həzrət Əli (ə) şübhəni düşmənlik üsullarından biri hesab edir, həqiqəti bilməyənlər üçün təhlükə sayır. Çünki camaatın çoxu haqqı batildən ayırmaq üçün məsələnin təfərrüatına diqqət yetirmir, onu təhlil etmir və beləcə həqiqət donuna salınmış batili tanıya bilmir. Düşmən də belə bir fürsət axtarır. Həzrət Əlinin (ə) fikrincə düşmənlər batilə həqiqət donu geyidirərək camaata göstərir. İş o yerə çatır ki, həqiqət carçısı - "natiqi haqq” olan Həzrət Əli (ə), şübhələri dəf etmək, həqiqəti anlatmaq, ona inananları düz yola qaytarmaq üçün çox çalışmalı olur. Həzrət Əli (ə) Bəsrə şəhərinin yaxınlığına çatanda, onun "nakisin”lə necə rəftar edəcəyi barədə məlumat əldə etmək üçün düşmən tərəf bir şəxsi onun yanına göndərdi. İmam (ə) onlarla hansı tərzdə rəftar edəcəyini elə tərzdə açıqladı ki, göndərilən şəxs Həzrətin (ə) haqq əhli olduğunu anladı. Həzrət (ə) göndərilən şəxsin haqqı etiraf etdiyini görəndə ondan beyət etməsini istədi. O isə belə cavab verdi:

    - Mən bir qrupun göndərdiyi şəxsəm. Özbaşına bir iş görə bilmərəm.

    İmam (ə) buyurdu:

    - Onlar səni yağışın yağdığı yeri tapmağa göndərir. Sən də o yeri tapıb, su və yaşıllığın harada olduğunu onlara deyirsən. Onlar su olmayan tərəfə (çölə) üz tutduğu təqdirdə nə edərdin?

    Dedi:

    - Onlardan uzaqlaşardım, su və yaşıllığın olduğu tərəfə gedərdim.

    İmam (ə) buyudu:

    - Elə isə əlini uzat və beyət et!

    O şəxs deyir: "And olsun Allaha! Həqiqət mənə aydınlaşanda ona beyət etməkdən imtina edə bilmədim. O Həzrətə beyət etdim”.

    Düşmən həmişə cəmiyyəti nadan və məlumatsız görmək istəyir. Biliksiz camaatı istənilən istiqamətə yönəltmək - düşmən üçün daha əlverişlidir. Həzrət Əlinin (ə) nəzərincə, Təlhə və Zübeyr bəsrəliləri biliksiz (nadan) olduqları üçün qiyama qaldıra bildi. Həzrət (ə) bəsrəlilərə xitabən buyurur: "Sizin ölkəniz, suya yaxın, səmaya uzaqdır. Ağlınız yüngül, düşüncələriniz səthidir. Beləcə oxatanlar üçün yaxşı hədəf, müftə loğma axtaranlar üçün yağlı tikə, ovçular üçün ovsunuz”.

    Biliksiz, nadan fərdlər zirəklərin əlində daha tez alətə çevrilir, İslamın yolunda maneə olurlar. Həmişə dinsız münafiqlər camaatın nəzərində bir (təsadüfi adamı) axmağı müqəddəs göstərməklə onun gölgəsinə daldalanıb İslam hökumətinin əleyhinə qalxırlar.


    Hiylə

    Həzrət Əli (ə) hiyləni İslam düşmənlərinin daha kəskin üsulu sayır. Onların bu üsula əl atmasını əxlaq və mənəviyyatdan uzaq olması ilə xarakterizə edir. Siyasət onlar üçün hiylədən ibarətdir. Siyasətdən anladıqları təkcə hiylədir. Bəsrəliləri də hiylə ilə qiyama qaldırdılar. Onlar Həzrət Əliyə (ə) ilk beyət edən fərdlər idi. Sonra öz əhdlrini pozdular. Cəməl döyüşündə əsir düşən Mərvan ibn Həkəm də onlardan biri idi. İmam Həsən (ə) və İmam Hüseynin (ə) vasitəçiliyi ilə azadlığa buraxıldı. İmam Həsən (ə) və Hüseyn (ə) Həzrət Əliyə (ə) onun beyət etmək istəyini çatdırdılar. Həzrət (ə) qəzəbli tərzdə buyurdu: "O, Osmanın qətlindən sonra mənə beyət etmədimi? Onun beyətinə ehtiyacım yoxdur. Onun əli (xəyanətkar və vəfasız olduğu üçün) yəhudi əlidir. Əgər beyət etsə, arxada onu pozacaq”.

    Bir qrup şəxs "Müaviyə həzrət Əidən (ə) daha siyasətçidir” dedikdə, İmam onların cavabında buyurub: "And olsun Allaha! Mən ondan daha siyasətçiyəm. O, hiyləyə əl atır. Mən isə hiylə əhli deyiləm”.

    Ümimiyyətlə, Həzrət Əlinin (ə) buyurduqlarından məlum olur ki, düşmənin əsas istifadə etdiyi yollardan biri hiylədir. Hiylə, müxtəlif zamanlarda fərqli şəkillərdə ola bilər.


    Təbliğat və mənfi atmosfer yaratmaq

    Batil təbəqənin metodlarından biri hədəfə çatmaq üçün mənfi təbliğata əl atmaq və münasib atmosfer yaratmaqdan ibarətdir. Düşmən azdırıcı metodlarla fərdləri cəlb edir və öz arxasınca çəkir. Həzrət Əli (ə) buyurur: "Ey camaat! Hidayət yolunda (imanlı) fərdlərin azlığından dəhşətlənməyin. Camaat elə bir süfrənin ətrafında toplanıb ki, ondan toxluq müddəti az, aclıq isə çox çəkəcək”.

    İmam (ə) düşmənin təbliğatını göyün guruldamasına bənzədir. Onların hay-küy salmaqla istəklərinə çatmayacaqlarını bildirir. Çünki batil məhvə məhkumdur. Onlar şüar əhlidir, əməl əhli deyil. İman əhli isə öncə (ideyasını həyata keçirir) əməl edir, sonra şüar verir. Həzrət (ə) buyurub: "Cəməl”in oyunçuları göy kimi gurladılar. Nəhayət, qopadıqları hay-küylə də uduzdular. Biz isə başqalarını hədələmək üçün guruldamırıq. Onları hədələməklə gurultu qoparmarıq. Yağış yağdırmadıqca sel axıtmırıq”.

    Müsəlmalar arasında ixtilaf və ayrı-seçkillik salmaq

    Düşmənin ən kəskin silahı - müsəlmanlar arasında ixtilaf və ayrılıq salmaqdır. Bununla islami birliyə zərbə vurmaq istəyirlər. Həzrət Əli (ə) müsəlmanların vəhdəti mövzusuna diqqətlə yanaşıb bildirir ki, nizamın möhkəmlənməsi və ictimai hərəkat üçün vəhdət zəruridir. Bu baxımdan ixtilaflar zərərlidir. Həzrət (ə) bildirir ki, düşmənlər onun dostları arasında ixtilaf salmaqla Cəməl və Süffeyn müharibəsinin baş tutmasına nail oldular. Camaatı İslam hökumətinin əleyhinə qaldırdılar. Həzrət (ə), düşmənlər haqqında buyurub: "Tabeliyimdə olan məmurları, beytül-mal xəzinədarlarını ələ alıb, əhalisinin hamılıqla mənə beyət etdiyi bir şəhərə qədəm qoydular. Onların vəhdətini sındırıb mənim tərəfdarım olan cəmiyyəti qiyama qaldırdılar”. Həzrət Əlinin (ə) nəzərincə müsəlmanlar arasında pərakəndəlik salındıqda ilahi hədəflər unudulur, düşmən, ölkəyə hakim kəsilir və bütün bunlar möminin zillət və məhvinə gətirb çıxarır.

    Həzrət Əli (ə) üçün vəhdət çox əhəmiyyətli və dəyərlidir. O, İslam cəmiyyətində vəhdəti qorumaq üçün 25 il sükut etməli oldu.


    Fürsət

    İslam düşmənləri münasib fürsət yarananda müxtəlif bəhanələrlə İslam hökumətinin əleyhinə qiyama qalxırlar. Əslində düşmənin xüsusiyyətlərindən biri onun fürsət axtarmasıdır. Həzrət Əli (ə), Əbu Süfyanın, "qasitin”in heç bir zaman iman gətirmədiyini və fürsət axtardıqlarını buyurub. Həzrət Əlinin (ə) hökumətinə qarşı onların nümayiş etdirdiyi münasibətlər - bütün bunların təsdiqləyicisidir.

    Həzrət Peyğəmbər (s), ilahi bir ilhamla Müaviyənin daxili simasını tanımışdı. Hətta əhli-sünnənin rəvayətlərinə əsasən, dəfələrlə Müaviyəyə lənət və nifrinlər etmiş, Qiyamətdə onun qeyri-islami tayfalara mənsub olduğunu buyurmuşdu.

    Həzrət Əlinin (ə) nəzərincə düşmən həmişə yaxındadır, münasib fürsət yaranan anda hücuma keçəcək.

    Müqəddəslərdən alət kimi istifadə etmək

    Müqəddəsləri alətə çevirmək tarix boyu düşmənin öz hədəfi uğrunda istifadə etdiyi variantlardan biri olub. "Süffeyn” mühairbəsində Müaviyənin Qurandan istifadə etməsi, Həzrətin tərəfdarlarını aldatmaq məqsədi daşıyırdı. Həzrət Əli (ə) bu fitnədən sonra Müaviyəyə yazmışdı: "Quran əhli olmadığın və onu oxumadığın halda məni Quran hökmlərinə (əməl etməyə) dəvət etdin”.

    Həzrət Əlinin (ə) nəzərincə xəvaric, dinin müqəddəsliklərinə quru etiqad bəsləyir, onun mahiyyətini anlamırdı. Düşmən də bu yanlış etiqadından yararlanıb onları Həzrət Əlinin (ə) əleyhinə qiyama qaldırdı. (Haqq Yolu)


    Категория: Mənəviyyat | Просмотров: 1108 | Добавил: Mermidonec | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер