Главная » 2010»Март»15 » Görkəmli müctəhidlərin Cəmkəran məscidi barədə fikirləri
2:32 PM
Görkəmli müctəhidlərin Cəmkəran məscidi barədə fikirləri
Ayətullah Bürucerdi: "Əgər imkanım olsaydı, gündəlik vacib namazlarımı müqəddəs Cəmkəran məscidində qılardım".
Ayətullah Mərəşi Nəcəfi: "Müqəddəs Cəmkəran məscidində çoxlu kəramətlər müşahidə etmiş və qırx çərşənbə axşamı gecəsini sübhə qədər orada qalmağa müvəffəq olmuşam".
Ayətullah Bəhcət: "Müqəddəs Cəmkəran məscidi kimi məscidlər xüsusi tanıtdırmaya ehtiyaclı deyillər. Onların ən yaxşı tanıtdıranı özləridirlər".
Ayətullah Safi Gülpayiqani: "Ümidvarıq, nə qədər ki, ömrümüz var, Allah-taala bizi bu məscidə getmək şərəfindən məhrum etməz".
Ayətullah Məkarim Şirazi: "Bu məscidin ilahi fəzasında olanlar qəribə ruhani hiss və qeyri-adi mənəvi cazibə duyurlar".
Ayətullah Fazil Lənkərani: "Tələbə olarkən Cəmkəran məscidinə çox getmiş, orada çoxlu kəramətlər görmüş və eşitmişəm". Kitabın adı: Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq)