Kim Allahı görmək istəsə, Allah da onu görmək istəyər. Allah buyurdu: "Kim mənə iman gətirsə, onun imanını kamilləşdirərəm. Əgər məni yada salarsa, onunla yaxın olaram". Böyük Tanrı buyurdu: "Bir xeyir iş görən adamın adına on xeyir iş yazacağam". Hər belə insana istədiyim təqdirdə bundan da artıq bağışlayaram. Pis iş görən şəxsin əməlinin cəzası günahı qədər olacaqdır, ya da mən onu bağışlayacağam. Kim ki, bir qarış mənə yaxınlaşsa, mən ona bir dirsək yaxınlaşacağam. Bir dirsək mənə yaxınlaşana isə iki dirsəkdən artıq yaxınlaşacağam. Hər kəs mənim tərəfimə bir addım mənim tərəfimə bir addım atarsa, mən ona tərəf qaçacağam. Hər kəs günahla dolu yerdən keçib mənim tərəfimə gəlsə və mənə tam sürətdə iman gətirsə, mən o yer qədər böyük bir bəxşişlə ona yaxınlaşacağam. Allah buyurdu: "Əzizlədiyim adamçün qulaq olacağam ki, eşitsin; göz olacağam ki, görsün; və onun əli, ayağı olacağam ki, iş görüb yol getsin". Allah buyurdu: "Ey bəşər, təkcə mənim əmrimə itaət et ki, mənim kimi olasan". Allah birdir və vahidliyi xoşlayır. Peyğəmbər (s) ilə birlikdə bir səfərdə olduğumuz vaxt bir neçə nəfər ayağa qalxıb uca səslə qışqırdı: "Allahu əkbər". Bu vaxt Allahın peyğəmbəri buyurdu: "Ey camaat, sakit olun və qışqırmaqla özünüzü incitməyin. Çünki adını çəkdiyiniz nə kardır, nə də qeybdədir, o sizi eşidir və görür". Allah buyurdu: "Mən gizli bir xəzinə idim, istədim tanınam və buna görə də bəşəri yaratdım". Allahla dost olmağın şərti əvvəlcə xalqla dost olmaqdır.
|