Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Март » 11 » ALLAHI TANIMAQ
    3:50 PM
    ALLAHI TANIMAQ
    Mütəal Allah qarşısındakı vəzifəmiz bütün vəzifələrin ən mühümdür, biz pak qəlblə, xalis niyyətlə onun yerinə yetirilməsinə çalışmalıyıq. Həm də bu, öz Rəbbini tanıyan insanın ilkin vəzifəsidir. Çünki Allah bütün varlıq aləminin mənşəyi, hər bir həqiqi varlığı yaradan olduğuna görə Onu tanımaq və Onun varlığı barəsində elm kəsb etmək də hər bir gerçəklik görən gözə nuranilik bəxş edir. Bu həqiqətə e`tinasız yanaşmaq hər növ cəhalətin və bəsirətsizliyin mənşəyidir. Hər kəs haqq barəsində mə`rifət kəsb etməyə e`tinasız qalsa və nəticədə öz vicdanının aydın çırağını söndürsə onun həqiqi insani xoşbəxtliyi əldə etmək üçün heç bir yolu olmayacaqdır.
    Gördüyümüz kimi Allahı tanımaqdan üz döndərən və öz həyatlarında bu məsələyə əhəmiyyət verməyən insanlar insani mə`nəviyyatdan ümumiyyətlə uzaq düşmüşlər, onların yırtıcılıq və yeyib-içməkdən başqa bir şey bilməyən heyvanların məntiqindən başqa məntiqləri yoxdur. Mütəal Allah Öz kəlamında buyurur: "Allahı yad etməkdən üz döndərən, dünya həyatı, yemək və yatmaqdan başqa bir məqsədləri olmayanlardan üz döndər. Çünki bu cür insanlar dünyada yemək və yatmaqdan başqa bir şey bilmirlər."


    Əlbəttə qeyd olunmalıdır ki, insan üçün – həqiqət görən və istidlal qərizəsinə malik olan bir insan üçün Allahı tanımaq zəruri və təbii bir işdir. Çünki o, özünün Allah verən şüuru ilə yaradılış aləminin hər bir guşəsinə nəzər salsa Allahının vücudunun əsərlərini, elm və qüdrətini müşahidə edəcəkdir. Buna əsasən Allahı tanımağın mə`nası bu deyildir ki, insan Allahşünaslığı özü üçün vücuda gətirsin, əksinə məqsəd bundan ibarətdir ki, insan heç bir pərdə ilə örtülə bilməyən bu aydın həqiqətə e`tinasızlıqla yanaşmasın, onu hər an Allaha doğru dəvət edən vicdanına müsbət cavab versin və bu mərifəti əldə etməkdə hər növ şəkk və tərəddüdü qəlbindən çıxarsın.

    Allahı tanıdıqdan sonra bizim növbəti vəzifəmiz Ona pərəstiş etməkdir. Çünki haqqı tanımaqla aydın olur ki, bizim yeganə hədəfimiz olan əbəbdi səadət və xoşbəxtlik mehriban Allahın bizim həyatımız üçün tə`yin etdiyi və Öz peyğəmbərləri vasitəsilə bizə çatdırdığı proqramların icra olunması və onlara əməl edilməsindən ibarətdir. Deməli, Allahın fərmanlarına itaət və Onun hüzurunda bəndəçilik etmək yeganə bir vəzifədir ki, sair vəzifələr onun müqabilində çox əhəmiyyətsiz və kiçik görünür.
    Mütəal Allah buyurur: "Allahın əmr və göstərişi budur ki, Ondan başqa heç kimə pərəstiş etməyin və başqasına itaət etməyin."
    Yenə buyurur: "Ey insanlar! Sizə fərman vermədikmi və sizinlə əhd-peyman bağlamadıqmı ki, sizin aşkar düşməniniz olan şeytana itaət etməyin və yalnız Mənə itaət və bəndəçilik edin?! Düz yol elə budur."
    Buna əsasən bizim vəzifəmiz bundan ibarətdir ki, özümüzün bəndəçilik məqamımızı və ehtiyaclarımızı tanıyaq, Allahın qeyri-məhdud əzəmətini nəzərə alaq və Onun hər bir cəhətdən özümüzə əhatəli olduğunu bilək, yalnız Onun əmr və fərmanlarına itaət edək, mütəal Allahdan başqa heç nəyə pərəstiş etməyək – alim Allahın onlara itaət etməyi bizə əmr verdiyi imam və peyğəmbərlərdən başqa.
    Mütəal Allah buyurur: "Allaha, Onun peyğəmbərinə və din rəhbərlərinə (imamlara) itaət edin."
    Əlbəttə, Allaha və din rəhbərlərinə itaət etmək nəticəsində əməli olaraq Allaha mənsub edilən hər bir şeyə tam ehtiramla yanaşmalı, Allahın mübarək adını, din rəhbərlərinin adını ədəbdə yad etməli, Allahın kitabına (Qur`ana), Kə`bəyə, məscidlərə, ilahi övliyaların məqbələrinə də ehtiram göstərməkdə çalışmalıyıq. Belə ki, Allah-taala Qur`anda buyurur: "Hər kəs Allahın nişanələrini və şüarlarını (ehtiramla yad edib onlara) tə`zim etsə, öz batini pəhrizkarlığını izhar edər

    İnsan öz həyatında hər hansı üslubu seçsə, hər bir yolu keçsə həqiqətdə özünün səadət və xoşbəxtliyindən başqa heç bir şey istəmir. Səadət yolunu tanımaq onun özünü tanınmasından sonrakı növbədə gəlir (yə`ni özümüzü tanımayınca, öz həqiqi ehtiyaclarımızın nədən ibarət olduğunu bilməyəcəyik, halbuki, bizim səadətimiz onların tə`min olunub aradan qaldırılmasındadır). Buna görə də insanın ən mühüm və lazımlı vəzifəsi budur ki, özünü tanısın və bununla da özünün həqiqi səadət və xoşbəxtliyini dərk etsin, ixtiyarında olan vasitələrlə ehtiyaclarını tə`min etməyə çalışsın, onun yeganə sərmayəsi olan ömrünü əbəs işlərə sərf edərək müftə əldən verməsin.
    Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurur: "Hər kəs özünü tanısa Rəbbini də tanıyar."
    Əli (ə) buyurur: "Hər kəs özünü tanısa mə`rifətin ən yüksək mərhələsinə çatmış olur."
    İnsan özünü tanıdıqdan sonra başa düşür ki, onun ən mühüm vəzifəsi insaniyyət gövhərini əzizləməkdir. O, belə bir gövhəri tapdalamamalı, onun zahiri və batini cəhətdən təmiz saxlanılmasına çalışmalıdır ki, ləzzət və şirinliklə yanaşı olan əbədi bir həyata nail ola bilsin.
    Əli (ə) buyurur: "Hər kəs özünü əzizləsə nəfsin göstərişləri (nəfsani istəklər) onun nəzərində alçaq və dəyərsiz olacaqdır."
    İnsanın varlığı iki şeydən təşkil olunmuşdur: ruh və bədən. İnsan onun hər ikisinin səhhətinin qorunub-saxlanmasında çalışmalıdır. Müqəddəs islam dinində bu iki yönün hər ikisinə dəqiq fikir verilmiş, bu barədə kifayət qədər göstərişlər verilmiş və buyurulmuşdur ki, insan həm ruhunun, həm də bədəninin sağlamlığı üçün çalışmalıdır.
    Категория: Dinin Əsasları | Просмотров: 891 | Добавил: Mermidonec | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер