Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Апрель » 17 » ALKOQOLLU İÇKİLƏR (2)
    10:25 AM
    ALKOQOLLU İÇKİLƏR (2)
     
     
    ALKOQOLLU İÇKİLƏR
    CİSMİ ZƏRƏRLƏRƏ AİD XƏBƏRLƏR
        1- Amerikada ildə 1300 nəfər spirtli içkilərdən zəhərlənərək can tapşırırlar .
           2- İrna: Qəzvin universiteti stomatologiya fakultəsinin dekan müavini  dedi: Xərçəngə yoluxan xəstələrin 90% -i şərab içən və siqaret çəkənlərdir.
           3- Polis: Avstraliya xəbər agentliyinin verdiyi məlumatda bildirilir ki, Viktorya şəhərinin 3000 sakini hər il spirtin istifadəsi səbəbindən həyatlarını itirirlər.4- Doktor Kərimi deyir: Ölkədə spirtin məsrəfindən doğan olaylara diqqət etdikdə, həftədə iki-üç nəfərin spirtdən zəhərlənərək öldüyünün şahidi oluruq.
             5- Luparizin qəzeti yazır: Spirtin məsrəfi, Fransanın ölümlə nəticələnən yol qəzalarının 35%-ni, narkotik maddələr isə bu hadisələrin 15%-ni təşkil edir.6- Beynəlxalq sağlamlıq mərkəzinin spirt və narkotik maddələr bölməsinin rəisi, Madriddə mətbuat konfranslarının birində söylədi: "Avropada 15-29 yaşlar arasında dünyadan gedən hər 4 nəfərdən biri, spirtli içkilərlə ilgilidir.[86] Spirt, dünyada ən çox istifadə edilən məstecidir, çünki onu əldə etmək qeyri-qanuni narkotik maddəni əldə etməkdən daha asandır. Belə ki, bir butulka spirtli içki, bir butulka sərin sudan ucuzdur.”
              O eləcə də bildirdi ki, 55 mindən artıq avropalı cavan, spirtdən istifadə səbəbilə həyatına son qoymuşdur.
            Əgər bu qədər zərər varsa, niyə bəziləri şərab içməklə yanaşı sağlamdırlar?
              Spirt haqqında söylənən bütün bu zərərləri nəzərə alaraq, niyə illərlə şərab içən bir sıra şəxslər tam sağlamdırlar?
               Cavab: Əvvəla sağlamlıq heç kimin alnında yazılmayıb, zahirən sağlam nəzərəçarpan şərab əhli, şübhəsiz daxildə bir sıra xəstəliklər və pozğunluqlara düçardırlar. Hansı ki, daima onu başqa amillərlə əlaqələndirmək istəyirlər. Məsələn əgər kəskin qarınağrılarına düçar olduqda, onu düzgün qidalanmamağa nisbət verirlər və s.
    İkincisi: Şərabın zərərləri həmişə dərhal üzə çıxmır və bəzən illər vaxt aparır. Necə ki, QİÇS xəstəliyinin barəsində 8 ildən sonra cisimdə zahir olması söylənilir, xəstə müayinə edilmədiyi təqdirdə isə neçə il bu xəstəliyə yoluxduğunu bilə bilmir.
                Şərab içən şəxs, özünü bir mütəxəssisə göstərərək müayinə olunsa, o zaman biləcəkdir ki, xeyli sayda zərərlər bədəninə daxil etmişdir. Bu eynilə uzun müddət təsiri bilinməyən, illərdən sonra təsiri üzə çıxan siqaret çəkmək kimidir. Hansı ki hamımız bilirik ki, bir ədəd sıqaret insan üçün zəhər kimidir.
               Üçüncüsü: 70 il yaşadığını gördüyünüz şərab içənlər şərab içməsəydilər, 100 il yaşayardılar. Çünki bəzi insanlar irsən (anadangəlmə), xəstəliklər və zəhərlər qarşısında daha dözümlüdürlər.
    Dördüncüsü: Bəziləri şərabın təsirindən din, iman və ağıllarını itirmişlər. Sağlam olduqlarını da yalan deyirlər. İndiyə kimi minlərlə xəstəliyə düçar olmuş, amma axmaq olmuş, ağlını itirmiş deyə, bunları hesablamırlar. Yaxud cismi zərərlərini qabardaraq onu şərabdan çəkindirmək istəyən inanclı şəxslərlə söz güləşdirmək üçün, yalandan "biz neçə ildir ki şərab içirik, amma yenə də sağlamıq" deyirlər.
    Axmaq oğulun atasına məktubu
              Bu tip şəxslərin sağlamlığı, səfərdə olan atasına məktub yazan axmaq oğulun sağlamlığı kimidir. O, durumu şərh edərək yazır: Atacan salam, salamdan sonra, deməliyəm ki, bizim vəziyyətimiz şükürlər olsun ki, yaxşıdır. Hər şey ürəyimizcədir. Sadəcə, evimizin divarı aşaraq, ananı, qardaşı və bacını öldürdü. Allaha şükür ki, mən, uzunqulaq, pişik, it və qoyun sürümüz ölümdən yaxa qurtardıq, bizim salamat olmağımız bu idi. Vəssəlam. 
               Az miqdarda şərab da zərərlidirmi?
               Bilirik ki, azacıq spirt də mədə vasitəsilə cəzb edilir və elə bu az miqdar, bədəndə yanmadığından zərərlidir. Az olmasına baxmayaraq, antidivretik hormonunu kontrol edir, sidiyi çoxaldır. Həmçinin bir damcı belə içilsə, qana daxil olduqda nütfə bağlanmasında təsirlidir[87] (insan şərab içdikdən sonra cinsi əlaqədə olarsa və bu yaxınlıqdan uşaq doğularsa, o uşağın dəli olması, şüur baxımından zəif olması ehtimalı böyükdür).
              Spirt, qanda lazım olan maddələrdən biridir. Onun minimum və maksimum miqdarı da bəllidir. Bədənin ehtiyacı olan bu miqdar spirt qida vasitəsilə təmin edildiyi halda, qida metabolizmi (maddələr mübadiləsi) olmayan spirt içməyə heç bir lüzum yoxdur. Spirtin dərhal qana keçməsini nəzərə alaraq, bir şəxs az bir miqdarda spirt içərsə, qan spirti artar və bu özü bir növ xəstəlik sayıla bilər. Xəstəliyindən yalnız həkimə müraciət etmək və müayinə yolu ilə agah olan şəkər xəstəliyinə düçar olmuş şəxs kimi, az şərab içən şəxs də, məst olmaya, lakin eyni halda özünün də xəbəri olmadan xəstəliyə yoluxması mümkündür.
    Tanınmış psixoloq, doktor Hans Luksanberq, Munix şəhərində keçirilən konfransda, "hətta bir qurtum şərab belə, sürücülük üçün təhlükəlidir" söylədi.
                Doktor Məlvin Kənzəli, 1969-cu ildə Nyuyorkda keçirilən spirt və spirtizmlə mübarizə adlı səkkizinci beynəlxalq konfransda, dedi: Spirtin az istifadəsi də, bir çox beyin pozğuntuları ilə nəticələnə bilər. Cənubi Karolinanın tibb institunun tədqiqat mərkəzinə başçılıq edən doktor Kənzəli eləcə də əlavə etdi: "Bəziləri güman edirlər ki, məclislərdə necə deyərlər, boğaz yaşlasalar, spirtə qurşanmayacaq və ya beyin pozğuntuluqlarına düçar olmayacaqlar, halbuki, bu zəmində həyata keçmiş araşdırmalar göstərir ki, spirtli içkilər, az miqdarda da belə, beyin hüceyrələrində pozğuntuluğa səbəb olur”.
                Sözügedən konfransda digər alimlər, o cümlədən, doktor Raymund Penigton çıxış edərək, spirtin mənfi təsirlərinə (hətta az miqdarda da), toxundular.
               Nurdrayn Vesteflen əyalətində baş vermiş on dörd min yol qəzası üzərində aparılan araşdırmada məlum oldu ki, cavanlar, hətta pivə içməklə, qocalardan daha tez yol hərəkət qaydalarını pozurlar. Cavanların qanında az miqdarda olan spirt ( mində 0.5) iradə və şüurlarını əldən verməyə səbəb olur. Aparılmış araşdırmalara görə, sürücünün qanında mində 0.4 spirt mövcud olduqda, yol qəzaları daha təhlükəli, daha ağır olmuşdur.
             Şərab qangətiricidirmi?
             Şərab və məstedici maddələrin tərkibində olan spirt, qanın zəifləməsinə səbəb olduğu halda, necə qangətirici ola bilər? Yüz il bundan öncə bir sıra təbiblər, şərabın bəzi xəstəliklərə xeyirli olduğunu düşünürdülər, lakin son zamanlar sezmişlər ki, şərab, xəstənin bədəninə xeyir verməməyi ilə yanaşı, bir çox zərərləri də ona çatdırır, belə ki, spirtin ən kiçik zərrələri ağ qan cisimciklərinin fəaliyyətini iflic edir.
    Bilirsiniz ki, ağ qan cisimcikləri (leykositlər), insan qanına mikrob daxil olarkən, mikrobla mübarizəyə qalxaraq onu məğlub edir. Bir sözlə ağ qan cisimciyi bədənin əsgəri rolunu oynayır, xəstənin ağ qan cisimciyinin müqavimət edərək, mikrobların məhv edildiyi surətdə o sağalır, bədənində ağ qan cisimciyi olmayan və ya zəif olan şəxs, xəstəliyə məğlub olub, yenidən ağ qan cisimciyinin yaratmadığı surətdə həyatını itirir.
              Spirt, qana daxil olcaq, ağ qan cisimciklərinin fəaliyyətini dayandırır. Bu zaman bu maddə artıq, milyonlarla mikrobun bədənə daxil olduğu təqdirdə kiçicik reaksiya da göstərmir.
           Sağalmaq üçün şərab
           Bir sıra insanlar, bəzi xəstəliyə düçar olduqda, onun çarəsini şərab içməkdə görür və "xəstəliyimizin aradan qaldırılması üçün şərab içirik" deyirlər. Bu şəxslərdən bəziləri, öz vicdanlarını rahatlaşdırmaq və ya içki içmələrinə don geydirmək üçün bu sözü dilə gətirirlər.
    Hazırda dünyada, şərabı xeyirli hesab edən, hətta ona az miqdarda icazə verən bir təbib tapmaq olmaz. Belə bir həkim müşahidə edildiyi surətdə, tibb elminin tədqiqatçılarının qeyd etdiyi şərabın çoxsaylı zərərlərini nəzərə alaraq demək olar ki, onun tibbi informasiyasında çatışmazlıq var.
            Şərabın hər hansı bir xəstəliyi aradan qaldırmasını fərz etsək də, onun minlərlə digər cismi və mənəvi xəstəliyi əlavə etməsini danmaq olmaz. Sağlam zəka sahibi bu tip işi görməz. Bu iş eynilə, suya düşmüş 10 manatını götürmək üçün, bir neçə dalğıc tutaraq yüzlərlə manat artıq pul xərcləyən şəxsin əməlinə bənzəyir.
    Əzizlərimiz bilməlidirlər ki, ən gözəl üslübda bədənimizi yaradan Tanrı, nələrin bizim bədənimizə xeyirli və nələrin zərərli olduğunu çox gözəl bilir. Şərabın istifadəsində xeyir, məsləhət olsaydı, Allah onu azad edər və onu içməyi qadağan etməzdi.
          Şərabda şəfa yoxdur
          İbn Əbi Yəfur, hz. İmam Sadiqə (ə), bir xəstəliyə düçar olduğunu və ağrısı baş qaldırdıqda bir miqdar şərab içərək sakitləşdiyini bildirdi. İmam Sadiq (ə) buyurdu: İçmə, haramdır, bu şeytanın səni harama salmasından başqa bir şey deyil. O (şeytan) şərab içməyindən ümidsiz olarsa, ağrın kəsiləcəkdir. Daha sonra Əbi Yəfur Kufəyə qayıtdı, ağrısı daha da gücləndi, yaxınları ona şərab gətirərək, içməyini istədilər, o isə, "Allaha and olsun ki, bir damcı da içməyəcəyəm" dedi.
    Neçə gün kəskin ağrılara dözməli oldu. Daha sonra isə, ağrıları dayandı və ömrünün sonuna kimi bu xəstəliyə düçar olmadı.
           Üç şərtlə şərabdan müalicə qəsdilə istifadə etmək olar
           Bəziləri, hər bir məstedicidən, hətta xəstəliyi aradan qaldırmaq üçün də olsa, çəkinməyi bildirirlər; çünki Allah şəfanı hər bir məstedicidən götürmüşdür. Bu, məşhur fəqihlərin sözüdür.
    Bəzi müctehidlər isə, üç şərt əsasında şərabdan şəfa qəsdilə istifadə etməyi maneəsiz hesab edirlər.
            1- Həmin xəstəliyin müalicəsinin mümkün olması bilinməlidir.
           2- O xəstəliyin müalicəsini tərk etmək, öülmlə və ya ona bənzər məşəqqətə səbəb olarsa.
            3- Əlacın yalnız şərabda olduğu yəqin edilsin. Demək, müalicənin şərabdan başqa yolla da mümkün olduğunu ehtimal verərsə, bu şərt mövcud deyil və yalnız bu üç şərtin mövcud olduğu təqdirdə, zərurəti aradan qaldırmaq miqdarında içməyin eybi yoxdur. Ancaq deyildi ki, haramda şəfa yoxdur və bu sadəcə bir fərzdir.
              Həkimin göstərişi icra edilsin
              Əbu Bəsir deyir: Ümm Xalid Əbdiyyə İmam Sadiqin (ə) yanına daxil oldu. O zaman mən də İmamın yanında idim. O dedi: Sənə qurban olum, mənim qarnımda qurultular və qıvrılmalar çoxdur. İraq həkimlərinə müraciə etdim, onlar: "Yaxşılaşmaq üçün pivə içərək qovut yeməlisən" - söylədilər.
               Mən isə, bu göstərişə əməl etmədim. Çünki sizin bu işdən xoşunuz gəlmədiyini bilirdim. İndi isə, sizdən soruşuram, mən nə edim?
    İmam buyurdu: Onu içməkdən səni nə çəkindirdi? O dedi: Sizə təqlid etməyim. Allah qəlbimə saldı ki, sizdən soruşana qədər içməyim.
    İmam mənə (Əbu Bəsirə) buyurdu: Bu qadının sözlərini və sualını eşitdinmi? Daha sonra o qadına belə dedi: And ola Allaha, onun bir damcısını içməyi sənə icazə vermirəm, çünki səni peşman edər. Yalnız canın boğazına yetişərsə. İmam əli ilə, boğazına işarə edərək, üç dəfə buyurdu: Nə dediyimi anladınmı? Dedi: Bəli.
              Şərab içmə və imansız dünyadan getmə
              Fuzeyl ibn Əyaz şagirdi can verərkən, onun başı üzərində oturaraq Yasin surəsini oxumağa başladı. Şagirdi: ey ustad Quran oxuma, dedi. Fuzeyl oxumağı dayandırdı və daha sonra yenidən ona təlqin deməyə, şagirdinə: ""la ilahə illallah" cümləsini təkrarla", dedi. Şagirdi dedi: bu sözü mən dilə gətirmərəm, çünki ondan bezmişəm. Şagird elə o halda da dünyasını dəyişdi. Füzeyl çox qəmgin idi. O evinə qayıtdı, yuxuda əzab edilən şagirdini gördü. Ondan soruşdu: niyə imansız dünyadan getdin? Mənim ən savadlı şagirdlərimdən biri olmasına baxmayaraq, niyə inancsız, mərifətsiz dünyanı dəyişdin? Şagirdi cavabında dedi: Üç səbəbə:
             1- Söz gəzdirmə; mən ağıl sahiblərinə sən dediyinin əksini deyirdim.
            2- Paxillıq; Dostlarıma paxıllıq edirdim.
             3- Xəstəliyimə görə həkimə müraciət etdim və o, hər il bir badə şərab içməyi tapşırdı, "İçməsəm, xəstəlik bədənimdə qalar" - dedi. Mən də hər il bir badə şərab içirdim.
           Spirtli içkilər rahatlığa səbəb olurmu?
           Bəzi şəxslər, spirtli içkiləri içməklə, dərd-qəmlərinin dağılmasını söyləyirlər. Spirt, bədənin təfəkkür sistemini zəiflədərək, beynin, duyğu orqanları vasitəsilə alınan məlumatları düzgün analiz etməsinə mane olur... Beyin düzgün işləmədikdə və bununla da duyğunun təsirləri aradan getdikdə, həqiqətdə duyğuların fəaliyyətinin inikası sayılan qəm-qüssələr, dərdlər öz həddini itirir və nəticədə, insan bir növ aldadıcı sevinc, kədərsizlik halını əldə edir.
             Cavab: Doğrudur, insan qəmini unudur; çünki spirt, xarici təhrikedicilər qarşısında reaksiyanı azaldaraq, müəyyən həddə insana rahatlıq, sakitlik gətirir, lakin əvvəla: spirtin təsiri getdikdə və narahatçılığın kökləri qaldıqda, onun hücumu daha artıq və daha kədərləndirici olur. Qəm-qüssənin kökü kəsilməsə, məstlik halından sonra, əsəb sistemlərinə daha dağıdıcı təsir göstərəcəkdir.
              İkincisi: Qəm-qüssəni dağıtmağın çoxsaylı yolu olduğu halda (namaz, oruc, səfər, dua, dərdi dostla bölüşmək, idman və s.), niyə məhz günahı seçməliyik? Bu şəkildə qəm-qüssəni dağıtmaq eynilə ona bənzəyir ki, az bir miqdarda qəmi olan şəxs, öz dərdinə çarə qılmaq, müalicə etmək və problemin kökünü kəsmək əvəzinə narkozdan istifadə edir. Bir keyitmə iynəsi ilə, məsələn bir iki gün huşsuz olaraq, ağrını hiss etməyə bilər, lakin ayıldıqda isə, ağrının kökünü aradan aparmadığından, ağrısının öz qüvvəsində qalmasından əlavə, huşsuzluq dərmanının mənfi təsirləri də ona əlavə edilir. Şübhəsiz ki, ağıllı insan belə bir iş görməz.
          Spirtli içkilər, zinadan daha pisdir
           Möminlərin əmirinə (ə) dedilər: Siz buyurmusunuz ki, şərab, zina və oğurluqdan pisdir? O həzrət cavabında buyurdu: " Bəli, çünki zina edən, başqa bir günaha aludə olmaya bilər, oğurluq edən də həmçinin; lakin şərab içən məst olduqda, zina da edər, adam da öldürər və namazı da tərk edər".

     

    Категория: Bəzi məsləhətlər | Просмотров: 1316 | Добавил: Asker | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер