Lakin, əgər insan ihsana malik olan qulların dairəsini tərk edirsə onda o Allaha yaxın olanların cəmiyyətindən məhrum olur, onların xoşbəxt həyatından və kamil ləzzətdən ayrılır. Allah ona xeyir istəyərsə onu sadə möminlər dairəsində saxlayar. Əks halda o onu möminlər dairəsindən çıxaran günahlar edər və bu barədə Peyğəmbər , buyurub: "Zinakar zina etdiyi anda mömin deyil və oğru oğurluq etdiyi zaman mömin deyil və içki içən içdiyi zaman mömin deyil” . Bundan çəkinin, çəkinin, çünki bundan sonra siz artıq tövbə edə bilməyəcəksiniz. Kim möminlərin cəmiyyətini tərk edərsə bütün möminləri himayə edən Allahın himayəsindən məhrum olur və onlar üçün olan bütün imtiyazlardan məhrum olur. Allahın Kitabında hərəsi bu dünya və içində olanlardan daha yaxşı olan yüzə yaxın belə imtiyazlar qeyd edilib. Bunlardan bəziləri aşağıdakılardır: