Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Март » 17 » İmam Cəfər Sadiqin (ə) nəzərinə görə bitkilərin faydaları
    3:02 PM
    İmam Cəfər Sadiqin (ə) nəzərinə görə bitkilərin faydaları


    "Ey Müfəzzəl! Ağac və onun insanın ehtiyaclarını ödəməsi və faydaları haqda fikirləş. Onun meyvələri qidalanmaq üçün, şaxələri yandırmaq üçün, budaqları və şirəsi isə müxtəlif sahələrdə istifadə olunur.
    Heç bilirsənmi ki, əgər meyvələr yerin üstündə olsa, bizə nə qədər ziyan dəyər? Bu vaxt qidanın olmasına baxmayaraq, insan odunun, çubuğun və samanın faydalarından məhrum olardı".
    Dənli bitkilərin sirri
    "Ey Müfəzzəl! Tarlaların, dənli bitkilərn çoxluğu haqda təfəkkür et. Bir dən yüz dənə olur. Nə olardı əgər hərdən bir dən verərdi? Bu əkinçilərin ruzisini təmin etmək və gələn il üçün toxumun olmasına görədir.
    Xurma ağacının da meyvəsi bol olur. Ona görə də onun budağından, yarpağından və həm də özündən faydalanırlar. Niyə belədir? Bu insanların öz ehtiyaclarını ödəmək üçündür".
    Dənlərin örtülməsinin sirri
    "Paxla, mərci və vələmir kolunun forması haqda fikirləş. Onların dənləri kisələrə və qablara qoyulmuşdur ki, möhkəmlənsin və bəlalardan amanda olsun.
    Buğda və onun kimi bitkilər də salxım şəklində möhkəm qabıqların arasında qərar verilmişdir. Dənlərin başına nizə kimi bir şey də qoyulmuşdur ki, quşların onları yeməsinin qarşısını alsın. Və əkinçilərə ziyan dəyməsin. Əgər bir kəs deyə: Məgər quşlar buğdadan yemirlər? Cavabında deyilməlidir ki, bəli. Təqdir belədir. Bu bitkilər belə yaradılmışdır ki, quşlar onu viran edə bilməsinlər. Əgər quşlar dənləri açıq-aşkar görsələr, onların ona hücum etməsini mənasız olardı. Quşlar özlərinə lazım olan ruzini onlardan götürür və onun çoxu insan üçün qalır. Çünki insan quşlardan mühümdür, həm də bu işin zəhmətini və əziyyətini insan çəkmişdir".
    Ağac və bitkilərin yaranışının hikməti
    "Ağacların və bitkilərin yaranışına nəzər sal. Ağac da heyvan kimi həmişə qidaya möhtacdır. Amma onun yeməyi götürməsi üçün ağzı və hərəkəti yoxdur. Ağacın kökləri yerin dərinliklərinə gedir və qidanı ordan götürüb budaqlarına, yarpaqlarına və meyvələrinə verir. Bəs "yer” bir ana kimi onu bəsləyən və "köklər” qidanı götürmək üçün ona lazım olan ağızdır. Heyvanalrın öz uşaqlarına süd verdiyi kimi, köklər də ağacın qidalanmasında böyük rol oynayır. Xeymənin möhkəm dayanması üçün iplərlə yerə bağlandığı kimi, ağacın kökləri də yerin altında bir neçə tərəfə paylanmışdır.
    Yaradanın hikmətinə diqqət et. İnsanlar da xeymələrin möhkəm olması üçün ondan bəhrələnirlər".
    Ağacın yarpağının yaranışı və vəsfi.
    "İndi də ey Müfəzzəl! Yarpağın yaranışı haqda təfəkkür et. Yarpağın səthi damar kimi şeylərlə örtülmüşdür. Onların bəzisi böyük və uzun, bəzisi isə nazik və zəifdir.
    Əgər belə bir işi qurmaq istəsə, bir ilə də ona nail ola bilməz. Həm də bunun üçün bir çox şeyə ehtiyacı olar. Bir halda ki, bahardan bir neçə gün keçməsi kifayətdir ki, hər yer yarpaqla dolu olsun.
    Bununla belə zəif, dəqiq və nazik yarpaqların sirrini bilməyin yaxşı olar.
    Bu damarlar suyun yarpaqlara yetişməsi üçündür. Necə ki, damarlar qidanı bədənin hər yerinə yetirir. Bu damarlar, bundan əlavə, yarpağın süst olmasının qarşısını alır. Buna görə də insan parçadan yarpaq düzəldəndə onun hər tərəfinə taxta qoyur ki, süst olmasın. Bil ki, insan təbiətdə gizlənmiş hikmətlərin həqiqətinə yetişə bilməsə də, onun işi bir növ təbiətin bəyan edicisidir".
    Ağacların və bitkilərin tumu və çəyirdəyi.
    "Çəyirdək, tum və onlarda olan sirlər haqda fikirləş. Çəyirdək meyvənin içində olur. Əgər ağacın özünün əkilməsi üçün bir maneə qabağa gəlsə, tum onun yerini doldurur. Necə ki, bəzən bir qiymətli şeyə ehtiyac çox olanda, onu başqa yerdə saxlayırlar ki, ona xətər dəyməsin.
    Həmçinin, möhkəm tum yumşaq və lətif meyvəni qoruyur. Əgər belə olmasaydı, meyvə tez məhv olardı. Bəzi çəyirdəkləri sındırırlar və yeyirlər. Bəzisindən yağ alırlar və müxtəlif sahələrdə istifadə edirlər.
    Meyvənin çəyirdək və tumunun faydalarından agah olandan sonra, fikirləş ki, niyə çəyirdəkdən xurma, tumundan üzüm əmələ gəlir? Xurmanın və üzümün yerinə əgər sərv və çinar ağacları əmələ gəlsəydi, necə olardı? Bu insanın onlardan xeyir və ləzzət alması üçündür.
    Ağacların ölməsində və onların yenidən canlanmasında gizlənmiş hikmətlər
    "Ağacın yaradılışında gizlənmiş hikmətlər və tədbirlər haqda fikirləş. Onlar hər il ölür. Ancaq onun qərizəvi hərəkəti qalır və ondan meyvənin maddələri əmələ gəlir. Sonra hər yerə yayılır. Və sonra ləziz bir yemək şəklində sənə verilir. Sənə müxtəlif və xoşdadlı meyvələr təqdim olunur. Onun budaqları əl kimi sənə təqdim olunur və gözəl meyvələri sənin ixtiyarına verilir. Bu dəqiq hesab-kitab və əzəmətli hikmət fəqət böyük yaradanın işidir. Bu insanların meyvələrin ləzzətindən bəhrələnməsinə görədir.
    Təəccüblüdür ki, bəşər nemətin şükrünü etmək əvəzinə, Munimi (nemət verən) inkar edirlər".
    Narın ecazkarlığı və xilqətin hədəfinin nişanələri
    "Narın hikmətli yaranışından ibrət dərsi al. Əgər ona diqqətlə fikir versən, onun dənələrinin necə düzüldüyünü görərsən. Dənələrin arası zərif və nazık parçalarla toxulmuş və hamı birlikdə möhkəm qabığın arasında qərar tutmuşdur.
    Əgər narın arası birbaşa dənə olsaydı, dənələrə gedən qidanın yolu bağlanardı. Nar dənələrinin kökləri onun daxilində olan hündürlüyə birləşmişdir və bu yolla onlar qidalanırlar. Nar dənələri bu hündürlüyün üzərinə əkilmişdir və pərdəyə bükülmüşdür. Həm də onların üstü möhkəm qabıqla örtülmüşdür ki, dənləri xətərdən qorusun. Bunlar yalnız narın ecazkarlığının bir hissəsidir. Əgər bir kəs mütaliə etsə çox şeylər öyrənə bilər. Amma ibrət almaq üçün bu qədər bəsdir".
    Zəif kollar və böyük meyvələr
    "Ey Müfəzzəl! Kudu, yemiş, qarpız və xiyar kimi zəif kolların necə böyük və ağır meyvələr verməsi haqqında fikirləş. Əgər bu zəif kollar ağaclar kimi olsaydı, bu cür ağır meyvələri saxlaya bilməzdi.
    Görürsən ki, necə onun yarpaqları və yer kolun əvəzinə bu ağır meyvələri öz çiynində daşıyır. Sən bir kudu və ya yemiş koluna nəzər sal. Gör necə onlar bir-birinə oxşayır. Ancaq onun ətrafını neçə dənə meyvə tutmuşdur. Elə bil yerdə uzanmış pişikdir və balaları ondan süd içir".
    Meyvələr yetişəndə bizim onlara ehtiyacımız olur
    "Meyvələr o vaxt istifadə olunur ki, onlara ehtiyac duyulur. Məsələn, bəzi meyvələr yayın qızmar istisində yetişir. Çünki, həmin vaxt istifadə olunur. Əgər yay meyvələri qışda yeyilsəydi, insana ziyan verməkdən əlavə, insan onları yeməkdən imtina edərdi.
    Görürsən, bəzən xiyar qışda yetişir. Onu öz xeyrini və ziyanını bilməyən insanlardan başqa heç kim yemir".
    Xurma ağacında olan hikmətlər və onun budaqları və çubuqlar
    "Ey Müfəzzəl! Xurma barəsində fikirləş. Onun budaqlarına nəzər sal. Elə bil onları əllə düzəltmisən. Və onların bərk və möhkəm saplağı vardır ki, ağır xurma salxımlarını saxlaya bilsin. Onlar bu cür möhkəm yaradılmışdır ki, evlərin və körpülərin tikilməsində istifadə edilə bilsin.
    Xurmanın çubuqları da budaqları kimi möhkəmdir. Əgər onlar daş kimi möhkəm olmasaydı, bu çubuqlardan taxta yeşik, pəncərə və kürsülər hazırlamaq olmazdı. Bu çubuqların böyük xüsusiyyətlərindən biri də budur ki, onlar suyun üzərində qalır və batmır. Bütün insanlar onun bu xüsusiyyətindən agahdır, ancaq bu işin böyük əhəmiyyətindən bixəbərdirlər. Əgər onda bu xüsusiyyət olmasaydı, böyük gəmilər və qayıqlar özlərinin dağ kimi ağır yükünü daşıya bilməzdilər. Əgər bu iş olmasaydı insanlar çox çətinliyə düşərdi və bəzi şey tapılmazd"ı.
    Dərman bitkilərinin xüsusiyyətləri
    Dərman bitkiləri və onların hər birindən xüsusi bir dərman hazırlanması barədə fikirləş. Məsələn: şahtərə bitkisi insanın daxilində olan artıq və ağır maddələri ondan dəf edir. Səkbinə, vərəm və onun kimi xəstəlikləri aradan aparır.
    Bütün bunları kim yaratmışdır? Kim canlıları onlardan agah etmişdir?
    Heyvanlar necə bu bitkilərin xüsusiyyətlərindən xəbərdardır. Yırtıcıların bəzisi öz yaralarını bunlarla sağaldırlar.
    Səhralarda və çöllərdə çoxlu bitkilər bitir. Deyə bilərsən ki, axı bu yerlərdə insan yaşamır. Bəs bu bitkilər nəyə yarayır. Amma belə deyil. Onun budağı və yarpaqları heyvanların qidası, dənləri quşların yeməyi, çubuqları isə insan üçün xəlq olunmuşdur. Həm də, insanlar onların çoxundan dərman üçün istifadə edir.
    Həmçinin, onların bəzisindən əşyaları rəngləmək və dəri hazırlamaq üçün istifadə edirlər. Qamış - ən kiçin bitki olmasına baxmayayraq, onda çoxlu faydalar gizlənmişdir. Ondan kağızlar düzəldirlər, həsir hazırlayırlar, qabalar üçün örtüklər düzəldirlər və s. Bir məxluqun böyük və kiçik, qiymətli ya qiymətsiz olmasına baxma, sən onda gizlənmiş hikmətlərdən ibrət dərsi al. Onların ən pisi heyvanın peyinidir. Ancaq o tarlalar və bitkilər üçün elə qiymətlidir ki, heç nə onun yerini verə bilmir.
    Bil ki, bir şeyin məqam və mənziləti onun qiymət ilə ölçülür. Bəlkə, bu iki müxtəlif qiymətdir ki, iki bazar da istifadə edilir. Ola bilər bir şey alıcı bazarında qiymətsiz və faydasız olsun. Amma bilik meydanında çox qiymətli və dəyərli olsun.
    Bəs bir şeyi ucuz olduğuna görə, etibarsız sayma. Əgər kimyaçı alimlər nəcisin xüsusiyyətini dərk etsəydilər, onu çox baha qiymətə alardılar"".
    Müfəzzəl deyir: bu vaxt günorta namazının vaxtı yetişdi: Mövlam (ə) namaz qılmaq üçün ayağa qalxdı və buyurdu: "Allah Təalanın istəyi ilə sabah sübhdən yenə də yanıma gəl". Mən də İmamdan bunları öyrəndiyimə görə çox şad oldum və Allahın nemətlərinin müqabilində şükür etdim. Sonra evə getdim. Həmin gecəni rahat və şad istirahət etdim".

    ("İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri" kitabından)
    deyerler.org



    Категория: Mənəviyyat | Просмотров: 1527 | Добавил: Mermidonec | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер