Меню сайта
Категории раздела
Umumi [37]
Audio [45]
Dualar [13]
Kitablar [20]
Hədislər [13]
Videolar [24]
Programlar [12]
Dinin Əsasları [12]
Quran [11]
Məqalələr [4]
Namaz [17]
Həqiqətlər [6]
Mənəviyyat [10]
Bəzi məsləhətlər [19]
Islamda qadinlar [6]
Мини-чат
200
Наш опрос
Azərbaycanı islam dövləti kimi görmək istərdizmi?
Всего ответов: 872
Часы

Статистика
Дополнительные

14 Непорочных
Сахабы
  • Hz. Hemze (a.s.)
  • Hz. Bilal (a.s.)
  • Hz. Salman Farsi (a.s.)
  • Hz. Yasir Emmar (a.s.)
  • Hz. Muslim (a.s.)
  • Hz. Meysəm Təmmar (a.s.)
  • Hz. Hücr ibn Ədi (a.s.)
  • Hz. Hebib ibni Mezahir (a.s.)
  • Хадисы
  • 40 məclis - 1000 hədis
  • Camaat namazı hədisləri
  • 14 məsumdan möcüzələr
  • Nəhcul Bəlağə (türkcə)
  • Mizanul Hikmət (1-ci cild)
  • Mizanul Hikmət (2-ci cild)
  • Səhifeyi Səccadiyyə
  • Nəhcul Bəlağə (1-ci hissə)
  • Nəhcul Bəlağə (2-ci hissə)
  • Bir dəstə gül
  • Ğurərul Hikəm
  • Tuhəful Ukul (ağıllara hədiyyə)
  • Məscidlərin fəziləti
  • Hədis çırağı (İmam Rza (ə.s.))
  • Реклам
    Омовение
    Видео Дня
    Главная » 2010 » Март » 29 » Ailədə tərbiyyənin mahiyyəti və çağırılma
    1:46 PM
    Ailədə tərbiyyənin mahiyyəti və çağırılma
    Bismilləhir-Rahmənir-Rahim!

    Bugünkü bəhsimiz İslamda ailədir. Ailə hər bir mədəniyyət üçün mərkəzi mövzulardandır və inancımızın bu mövzuya münasibəti İlahi yolla getmək istəyən insan üçün çox əhəmiyyətlidir. Öncəki mövzularda toxunduq ki, dünyagörüşünə aid məsələlər həyatın bir çox sahələrini əhatə edir. Yəni əksər məsələlər dünyagörüşün məhsuludur. Və insanın dünyagörüşü, onun praktik həyatda atdığı addımları müəyyənləşdirir. Həmin bu lnə etməli» məsələsini insanın atdığı addımları müəyyənləşdirir. Və insanın ailəyə münasibəti, ailədaxili rabitələr də onun dünyagörüşündən irəli gələn məsələdir.


    İnsan mümkünəl-vücuddur, ehtiyaclıdır, yaranmışdır, başdan-ayağa ehtiyac içindədir. Dünyagörüşü insana müəyyən məsələləri anladır. Deyir sən yaranmısan, sənin Allahın var, peyğəmbərlər (ə) gəlib, imamlar (ə) gəlib sənə necə yaşamağı öyrədiblər və sən bir varlıqsan ki, sənin özünün özünlə, Allahınla, başqa insanlarla, sənin təbiətlə, digər varlıqlarla münasibətin olmalıdır. Bu sadalananlardan biri də insanın insanlarla münasibətidir. Yəni özü kimi iradəyə, şüura, təfəkkürə malik olan varlıqlarla münasibətidir. Bu insanlararası münasibəti də iki növə bölmək olar:

    1) insanın daha çox ünsiyyətdə olduğu insanlar;
    2) daha az ünsiyyətdə olduğu insanlar.

    İslam dini insanın daha çox ünsiyyətdə olduğu insanlarla münasibətinə təbii ki, xüsusilə böyük önəm verir və ailə mövzusu bu baxımdan həddən artıq əhəmiyyət daşıyır. İslamda ailə mövzusu mahiyyətcə dinimizin nəzərində insanın ailəsindəki münasibətlərin bütün spektrını ehtiva edir. Bura həyat yoldaşları arasında münasibətlər, valideyn-övlad münasibətləri daxildir, övladların bir-biri ilə münasibətləri, övladın valideynə münasibəti daxildir. Ailə və onun daxilindəki münasibətlər ən mühüm və ən əhəmiyyətli məsələdir. Toplum bunun üzərində qurulub. Ev tərbiyəsi görənlə ev tərbiyəsi görməyənin arasında böyük fərq var. Ömrünün axırına qədər də bu məsələ hiss olunur. Görürük ki, bir insandır, dindən-imandan xəbəri yoxdur, amma insan olaraq dəyər yiyəsidir, müəyyən yaxşı xüsusiyyətləri var. Araşdırırsan, məlum olur ki, sadəcə ev tərbiyəsi görüb.
    Çox təsirlidir ev tərbiyəsi məsələsi. Bir insandır, ev tərbiyəsi məsələlərində problemləri olub, hər nə qədər səy edir, amma ömrünün axırınadək əxlaqi baxımdan axsayır. O, çox böyük işlər görməlidir ki, öz problemlərini düzəldə. Hamı bunu anlayır ki, ev hər şeyin başlanğıcıdır. Ev özəkdir, bünövrədir. Orada necədir, ondan sonra da o cür davam edir. Bu baxımdan bu bəhs həddən artıq əhəmiyyətlidir.

    Ünsiyyətin 3 mühüm nöqtəsi

    Bizim bugünkü bəhsimiz ən sadə məsələdən - müraciətdən başlayacaq. Zahirən çox sadə məsələdir. Evdir, ailədir, burada insanların bir-birinə müraciəti necəsə olmalıdır. Bir-birlərini necəsə səsləməli, necəsə çağırmalıdırlar. Bəli, zahirən çox sadə məsələdir. Ola bilər ki, bir kəs desin ki, burada nə problem var, necə istəyir o cür də çağırsın. Amma necə istəyir o cür çağırmaqla deyil. İslam bununla da bağlı resept verir. Bu resept nədir?
    Burada İslamın ümumi bir meyarı var. Bir mübarək hədisə nəzər salsaq, "Üsuli Kafi" kitabında görürük Məsumlardan (ə) nəql olunur: "Üç şey var ki, bir müsəlmanın digər müsəlmana dostluğunu, məhəbbətini saflaşdırar və paklaşdırar: 1) Onunla görüşən zaman gülərüzlü halda olmaq; 2) Onun yanında əyləşmək istəyən zaman ona yer vermək; 3) Onun bəyəndiyi ən yaxşı adla ona müraciət etmək".
    Üçü də çox mühüm məsələdir. Birincisi mühüm məsələdir ki, insan insanla, müsəlman müsəlmanla görüşəndə gərək üzü gülsün. Təbəssüm münasibətləri öncədən mehribanlaşdıran, insanları isti münasibətlərə kökləndirən mühüm amillərdəndir. İslam deyir ki, insanların, müsəlmanların görüşən zaman üzlərinin gülməsi, onların arasındakı münasibətə birbaşa təsir göstərir. Münasibətlər toplumda pisdirsə, deməli bunu düzəltmək lazımdır. Toplumda münasibətlərin düzəlməsinin yollarını İslam göstərir, deyir: "İnsanlar, üzünüz gülsün! Münasibətləriniz mehriban olsun!"
    İkinci məsələ də zahirən sadədr. Deyir tutaq ki, biri gəlib sənin yanında əyləşmək istəyir. Sən fikirləşməyəsən ki, necə edim bu çıxıb getsin. Sən gərək yer verəsən ona. Ədəb-ərkan öyrədir bizə İslam. Axı yer verməyin zahirən sadə görünən bir məsələ olmasına rəğmən insanın daxili mədəniyyətini göstərir. İctimai nəqliyyatda, metroda bunun hər gün şahidi oluruq. Təsəvvür edək ki, əgər insanlar bir-birlərinə qarşı kifayət qadər diqqətli olsalar, yaşamaq nə qədər rahat olar.

    Müraciətin əhəmiyyəti

    Amma hazırda bizi maraqlandıran üçüncü hissədir. Üçüncüsü budur ki, insanın bəyəndiyi ən yaxşı adla ona müraciət edəsən. Yəni bir insan başqa insanı çağırır, deyə bilər "ədə", deyə bilər "filankəs” və bundan pis müraciətlərlə də çağıra bilər. Toplumda da, təəsüflər olsun ki, belə hal yaranır, inkişaf edir. Bəhs budur ki, müraciətə adi cür baxılsa da, adi halda görünsə də, bu, toplumda ən əhəmiyyətli məsələlərdəndir. İnsanlar bir-birlərini necə çağırır? Necə müraciət edir? Necə səsləyir? Burada İslam çox sadə bir resept verir. Aydınlaşdırır ki, ümumiyyətlə insanlar arasında məhəbbətin artması üçün müraciət, çağırılma çox böyük rol oynayır. Gözəl səsləyərsən, yaxşı səsləyərsən, yaxşı da nəticə verər. Burada ümumi bir formul da var. Formul ondan ibarətdir ki, insanın bəyəndiyi, xoşu gəldiyi kimi onu çağırmaq. Ümumi formuldur. Ola bilər, kimsə xoşlayır adı ilə çağırasan. Ola bilər kimsə xoşlayır onu ziyarət etdiyi yerlərə işarə edən adı ilə çağırasan. Deyəsən məşhədi, deyəsən hacı, deyəsən kərbəlayi. Adam var professordur, istəyir bunu elə professor çağıralar. Evdə də professor çağıralar, küçədə də. Başqa cür çağırsan çox narahat olar. Bu da insanlardan asılıdır. Hərənin öz məsələsi var.
    Maraqlısı budur ki, mübarək İslam dini konkret demir filan cür adlandır. Ümumi formul, ümumi qayda verir. Deyir zamanın, şəraitin, adətin, ənənən fərqli ola bilər. Ola bilər, bir mədəniyyətdə bir cür çağırış yaxşı olar, amma həmin çağırış başqa mədəniyyətdə pis sayılar. İslam o işə qarışmır. İslam bizə çox sadə resept təqdim edir. Deyir o cür çağır ki, insanın o çağırışdan xoşu gəlsin.
    Ola bilər bir mühitdə insanı adı ilə çağırmaq təhqirdir, başqa mühitdə isə yaxşı. İslamın işi yoxdur baxsın ki, xüsusi olaraq Bakı üçün nə edin, tutaq ki, Dəməşqdə nə edin və s. İslam bizə ümumi surətdə təqdim edir. Yəni sadəcə, insanın xoşladığı nə cürdürsə, o cür də çağır.

    "Ey Allahın əmanəti!”

    Bu gəlir ailə məsələsində də öz təsdiqini tapır. Ailə üzvləri arasında da çox əhəmiyyət daşıyır. Ailə üzvləri arasında da, dediyimiz kimi, həyat yoldaşları bir-birlərini çağıranda, valideyn övladı çağıranda, övlad valideyni çağıranda, övladlar bir-birini çağıranda çox böyük təsiri var bu məsələnin.
    İslam deyir həddən artıq diqqətli olun və bunun birbaşa ailədəki münasibətlərə, ailədəki ünsiyyətə, ailədəki ab-havaya təsiri var. Yenə də burada biz misallara toxuna bilərik. Məsələn, işarə olunur ki, ariflər, İlahi bəndələr ailədə o ab-havanı yaratmaq üçün xüsusi çağırışlardan da istifadə ediblər. Hədisdə də gedib ki, həyat yoldaşı Allahın əmanətidir. Deyir müraciət edəndə də çağır: "Ey Allahın əmanəti!"
    Çox böyük psixoloji təsiri var belə müraciətin. Hər iki tərəfə. Çağıran başa düşür ki, bu Allahın əmanətidir və ona etdiyi münasibətinə görə cavab verəcək. Çağırılan da anlayacaq ki, o, Allahın əmanətidir və özünü Allahın əmanəti kimi aparsın. Deməli, burada hər iki tərəfə təsir var.
    Çağıran hər dəfə bunu dilinə gətirəndə başa düşür ki, bu Allahın əmanətidir və buna görə də əmanətlə necə rəftar edib, cavab verəcək. İkinci tərəf ki, həmin Allahın əmanətidir, bu da öz rəftarında, öz hərəkətlərində Allahın əmanəti səviyyəsinə qalxmağa çalışacaq. Çox sadə bir misal, çox təbii, məntiqli bir yanaşmadır.
    Ya uşaqların özünü çağıranda, öz övladlarını çağıranda. Elə biabırçı hallar olur ki, qız uşağı və yaxud oğlan uşağı böyüyür, bir müddət sonra valideynin üzünə ağ olur. Səbəbi nədir? Səbəbi odur ki, bu uşaq evdə sevgi-məhəbbət görməyib. Sabah bunun üzünə başqa yerdə yüngülvari güləndə, uşaq həmin o istiliyi, həmin o məhəbbəti başqa yerdə axtarır. Uşaq bu istiliyi evdə görməyəndə, başqa yerdə axtarır. İnsanın ehtiyacı var buna, bu ödənməlidir, evdə verilməsə, başqa yerdə ödənilməsini axtaracaq. Başqa yerdə isə heç də həmişə düzgün verilmir. Nəticə pis ola bilir.
    Deməli, əgər istəyiriksə bu uşaq sabah böyüyəndə valideynin üzünə ağ olmasın, əvvəldən bu uşaqla danışığımız, rəftarımız, uşağa müraciətimiz dəqiq olmalıdır. İmam Museyi-Kazım (ə) buyurub: "Kişinin öz övladına verdiyi ilk hədiyyə və ehsan onun üçün gözəl ad seçməyidir. Beləliklə, övladlarınıza gözəl adlar seçin”.
    Uşağı təhqir edə-edə böyütsən, onu təhqiramiz ünvanlarla çağırsan, uşaq da özünü o cür dərk edəcək və elə o cür də olacaq. Həzrət Rəsuli-Əkrəm (s) buyurub: "Öz övladınıza hörmət qoyun və onları yaxşı tərbiyə edin”.
    Bir uşağı bu cür çağırsan ki, "ey mömin, ey şücaətli, ey pəhləvan, ey vətənpərvər, ey Hüseyn (ə) aşiqi, ey Zəhranın (ə) davamçısı” və bu kimi digər müraciətlər uşağa bir cür təsir edəcək. Sonra uşaq oturub fikirləşir ki, Hüseyn (ə) kimdir, Zəhra (ə) kimdir ki, mən onun davamçısıyam. Uşaq oturub fikirləşir ki, aha, mən pəhləvanam, mən professoram, mən vətənpərvərəm, görək bunlar nədir, necə olum ki, bu adı doğruldum. Gördüyümüz kimi, hər bir insanı üçün burada praktik tövsiyələr var.

    Valideyni adı ilə çağırmamalı

    Bu məsələlərdə düzgün yanaşmanın fövqəl əhəmiyyəti var. Təsəvvür edək ki, uşaqlıqdan insana "ey Vətən müdafiəçisi”, "ey Əli (ə) kimi şücaətli” kimi müraciətlər edilir. Bu uşaq böyüyəndə ondan torpaq almaq olarmı? Onun beyninə "reallıq məğlubiyyəti qəbul etməyi diktə edir” kimi sözləri yeritmək olarmı? Uşağa desən ki, sən də pəhlivan olarsan, şücaətli olarsan, böyüyəndə sən də Vətənin, millətin, ümmətin qeyrətini çəkərsən, o, elə də böyüyəcək. Uşaq uşaqlıqdan özündə missiya hiss edəcək. Biləcək ki, qorunmalı şeyləri qorumaq lazımdır, mərd böyümək lazımdır.
    Amma uşağa uşaqlıqdan desən ki, sən ağılsızın birisən, uşaq elə ağılsız olaraq böyüyəcək. Uşağa elə uşaqlıqdan desən ki, sən səfehsən, qorxaqsan - uşaq elə doğrudan da belə olacaq. Uşağın standartlarını qaldırmaq lazımdır. Uşağa demək lazımdır ki, sənin əqlin çox iti işləyir. Əqli çox iti olmasa da, nəticədə öz üzərində işləyib, düzəldəcək.
    Əlbəttə ki, uşaqların valideynə müraciəti də böyük əhəmiyyət daşıyan məsələdir. Valideynə müraciət ona olan ehtiram və məhəbbətin təzahürlərindəndir. Münasibətlər nə qədər səmimi, sadə olarsa da, müraciətin ehtiramlılığına diqqət yetirmək gərəkdir. Valideynin övlad üzərindəki haqqı fövqəldir. Allahın Peyğəmbəri (s) buyurub: "Kim ata-anasına yaxşılıq etsə, Allah onun ömrünü uzadar. Xoş onun halına!”
    İmam Rzadan (ə) nəql edirlər: "... Kim ata-anasına təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir”.
    Valideynə müraciətlə bağlı müqəddəs dinimizin konkret tövsiyələri var. Atanın övlad üzərində olan haqqı barədə suala cavabda Həzrət Peyğəmbər (s) buyurur: "Onu adı ilə çağırmasın, ondan qabağa düşüb getməsin, ondan qabaq əyləşməsin ...”.
    Bəli, dinimiz bəyənmir ki, övlad atasını adıyla çağırsın. Bunu bir növ ehtiramsızlıq hesab edir. Aradan pərdə götürən amillərdəndir valideyni adı ilə çağırmaq.

    "Qızılgülcüyüm”

    Toplumda da insanlar arasında münasibət elədir. Hər gün, hər saat insan toplumda müxtəlif rabitələrdə olur. Onun insanlara müraciəti ən gözəl formada olmalıdır. İnsan çalışmalıdır ki, standartları qaldırsın yuxarı. Hər bir şəxs bu prosesdə iştirak etməlidir.
    Bir məsələyə qayıdaq ki, bir daha burada İslamın ana xətti gedir. Bütün bunlar qayıdır şəxsiyyət məsələsinə. İnsanın şəxsiyyət və ləyaqəti toxunulmazdır. İnsan o cür çağırılmalıdır ki, onun şəxsiyyət və ləyaqətinə uyğun olsun. Təhqirlə çağırış onun hər dəfə şəxsiyyət və ləyaqətini aşağı endirir. Ailədə və toplumda müraciət forması böyük əhəmiyyət kəsb edir. Və Allahın muxlis bəndələri hər zaman bu məsələyə diqqət yetirib. Həzrət Peyğəmbərimizin (s) və Əhli-Beytin (ə) həyatında bunu təsdiq edən misallar çoxdur.
    Bəhsi sadə bir misalla yekunlaşdıraq. Peyğəmbər (s) öz həyat yoldaşını lqızılgülcüyüm» çağırarmış. Bunu bir misal üçün deyirik. Peyğəmbərimiz (s) o əzəməti, böyüklüyü ilə yenə nəzərindən heç nəyi qaçırmazdı. Hər şeyin öz yerində yerinə yetirilməsinin gözəl nümunəsidir Rəsuli-Əkrəm (s). Çağırmada, müraciətdə o, ən nəcib və lətif standartlar qoyub bizim üçün. Əhli-Beyt (ə) həyatın hər sahəsi üçün tövsiyələr qoyub və həyatımızda da, hər bir məsələdə də biz bu standartların qorunmasında diqqətli olmalıyıq.
    Allahım! Bizləri insanlarla əziz Rəsulullah (ə) və Əhli-Beytinə (ə) uyğun rəftar etməyə müvəffəq et! AMİN!
    Hacı İlqar İBRAHİMOĞLU

    Категория: Məqalələr | Просмотров: 1318 | Добавил: Mermidonec | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Салам Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
    Логин: Пароль:

    Поиск
    Галерея
    Слушай Коран
    Ашура
    Закат
    Библиотека
    Лев Аллаха
    Права Мусульман
    Исламские книги
  • История раннего периода Ислама
  • Исламская цивилизация
  • Истори Исламской Философии
  • История пророков
  • Жизнь Пророка Мухаммада (с.а.а.)
  • Жизнь четырнадцати непорочных
  • История традиции посланника Аллаха
  • Дорога, ведущая в рай
  • Призыв к благому и запрет предосудительного
  • Имамат
  • «Гадир Хум» и единство мусульман
  • О руководстве имама Али в письмах
  • Сахифа Саджадия (молитвы)
  • Краткое знакомство с шиизмом в Исламе
  • Истина, какая она есть
  • Из рода Пророка (мир им!)
  • Жемчужина творения
  • Мусульманские меньшинства проблемы и их решения
  • Основные принципы
  • Cближение - путь к реализации единства
  • Вопросы идеологии
  • Практические заповеди Ислама
  • 114 особенностей молитвы
  • Обитель надежды
  • Молитва Кумейл
  • Божественное откровение и пророческая миссия
  • Жизнь 14непорочных
    Пророк Мухаммед (с.а.а.)
  • Имам Али (а.с.)
  • Святая Захра ханум (с.а.)
  • Имам Хасан (а.с.)
  • Имам Хусейн (а.с.)
  • Имам Саджад (а.с.)
  • Имам Бакир (а.с.)
  • Имам Джафар Садык (а.с.)
  • Имам Казим (а.с.)
  • Имам Риза (а.с.)
  • Имам Джавад (а.с.)
  • Имам Хади(а.с.)
  • Имам Аскари (а.с.)
  • Имам Махди (а.ф.)
  • Таяммум
    Облака тейга

    Для красивого отображения Облака
    необходим
    Adobe Flash Player 9
    или выше
    Скачать Adobe Flash Player

    Баннер